Willkommen auf den Seiten des Auswärtigen Amts
Viza proseduruna dair məlumatlar
Vacib məlumat
Yeni kənar viza xidməti TLS contact şirkətinində viza müraciəti və konsulluq xidmətləri barədə vacib məlumat
Səfirlik əvvəlki kənar viza xidməti olan Visametric şirkətindən yeni müqavilə tərəfdaşı TLS contact şirkətinə keçidin 08.07.2025 tarixində başa çatdığını bldirməkdən sevinc duyur.
TLScontact-da Şengen vizaları (C vizaları) üçün yeni gözləmə siyahısı sistemi
Səfirlik Şengen vizası ərizələrinin (C vizalarının) qəbulu üçün yalnız səfirliklə müqavilə əsasında xidmət göstərən TLScontact kənar viza xidməti ilə işləyir. Şengen vizalarına (C vizalarına) yüksək tələbat səbəbindən yeni müqavilə tərəfdaşı TLScontact görüşlərin planlaşdırılması üçün ədalətli və şəffaf gözləmə siyahısı sistemini tətbiq etdi.
Əgər Almaniya üçün Şengen vizasına müraciət etmək istəyirsinizsə, TLScontact Baku portalında qeydiyyatdan keçin və sonra "C-Visa" (Şengen vizası) müraciət növünü seçin.
Bundan sonra gözləmə siyahısı sistemi vasitəsilə sizə avtomatik görüş təyin olunacaq: Ərizəçilər qeydiyyatdan keçdikləri ardıcıllıqla gözləmə siyahısına yerləşdirilir. Görüş imkanı yaranan kimi, ərizəçi TLScontact-dan xüsusi görüş təklifi ilə elektron məktub (email) alacaq.
Daha sonra ərizəçi elektron poçtdakı təlimatlara uyğun olaraq 24 saat ərzində bu görüşü təsdiq edə və ya rədd edə bilər. Tələbdən asılı olaraq görüş üçün gözləmə müddəti bir neçə həftə ola bilər.
Gözləmə siyahısı sistemi haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz bilərsiniz.
Əlavə suallar üçün ərizəçilər TLScontact ilə birbaşa əlaqə saxlaya bilərlər.
Təəssüf ki, səfirliyə ünvanlanan görüş vaxtı ilə bağlı sorğulara bir qayda olaraq cavab vermək mümkün deyildir.
TLScontact-da Milli viza və Konsulluq şöbəsinin xidmətləri
Milli viza müraciətlərinin qəbulu:
• Mavi kart (Aİ)
• Muzdlu əmək fəaliyyəti
• Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları
• Şans kartı
• Peşə təhsili və ixtisasartırma
üçün bütün tələb olunan sənədlərlə birlikdə yalnız online qaydada Almaniyanın Xarici İşlər Nazirliyinin internet portalı üzərindən həyata keçirilir.
Onlayn proses çərçivəsində səfirlik kənar viza xidməti olan TLScontact kənar viza xidməti ilə işləyir.
Xahiş olunur internet portalında qeydiyyat ilə yanaşı həmçinin TLScontact-dan da qeydiyyatdan keçin.
TLScontact sənədlərinizin tam şəkildə hazırlandığını onlayn qaydada yoxlayır. Bütün sənədlər hazır olduqda, sizə ən yaxın viza qəbulu mərkəzində görüş təyin olunacaq. Orada barmaq izləriniz götürüləcək və viza rüsumlarını da saytda ödəyəcəksiniz. Daha sonra ərizəniz səfirliyə göndəriləcək. Viza müraciətinizlə bağlı qərarı kənar viza xidməti deyil, məhz səfirlik verir. İstənilən vaxt Alman XİN-nin internet portalı vasitəsilə müraciətinizin işlənməsinin hansı mərhələdə olduğunu izləyə bilərsiniz.
• İxtisas dili imtahanı/ixtisas biliyi üzrə imtahan məqsədilə §16d maddəsinin 5-ci bəndinə uyğun olaraq (Fachsprachenprüfung / Kenntnisprüfung nach § 16d Absatz 5 AufenthG)
• 90 gündən artıq davam edən dil kursları
• Yük maşını və avtobus sürücüsü kimi əmək fəaliyyəti
• Praktika
məqsədilə milli viza, habelə
• Leqalizasiyalar
• Surətlərin təsdiqi
üçün yalnız kənar viza xidməti olan TLScontact kənar viza xidmətinə müraciət edə bilərsiniz. Buradan görüş vaxtı təyin edə bilərsiniz.
Səyahət məqsədiniz üçün viza ərizəsinin kənar xidmət şirkəti vasitəsilə və ya birbaşa səfirlikdə təqdim edilməli olub-olmaması barədə əvvəlcədən özünüz üçün məlumat alın və tələb olunan görüş üçün istisnasız olaraq səfirliyin rəsmi internet saytına müraciət edin.
Çox zaman görüş götürmək üçün və ya viza müraciətində yardım üçün böyük məbləğlər tələb edən yerli turizm agentliklərindən istifadə etmək lazım deyildir. Səfirlik və TLScontact bu cür agentliklərlə əməkdaşlıq etmir. Ərizəçilər dəfələrlə belə şirkətlərin çaşdırıcı səhv məlumatlar və aldadıcı vədlər veriblər. Yalnız Bakıdakı Alman Səfirliyi və səfirliyin müqavilə tərəfdaşı olan kənar xidmət şirkəti tərəfindən verilən rəsmi məlumatlara etibar edin.