Willkommen auf den Seiten des Auswärtigen Amts

Rüsumlar

Avro

Die Euro-Münze in einer Vielzahl von Bedingungen , Länder, als Symbol für die Fragen rund um die Finanzkrise in Europa, © Colourbox

Məqalə

Burada müxtəlif viza növləri üçün nəzərdə tutulan rüsumlara dair məlumatla tanış ola bilərsiniz.

Viza rüsumu Azərbaycan Manatı ilə ödənilməlidir. Rüsum ödənişi üçün məbləğ Avro ilə təyin edilərək Səfirliyin aktual məzənnəsinə üyğun olaraq Manata çevrilir.

Siz viza rüsumunu birbaşa bizim rəsmi tərəfdaşımız VisaMetric servis şirkətinin viza qəbulu mərkəzinə sənədlərinizi təqdim edərkən ödəyəcəksiniz. Sizə ödədiyiniz məbləğə müvafiq qəbz veriləcəkdir.

Rüsumdan azad olma və ya güzəştin tətbiqinə dair səbəblər ərizəçi tərəfindən birbaşa sənədlər təqdim olunarkən göstərilməlidir.

Şengen vizası (qalma müddəti 90 günə qədər)

Azərbaycan Respublikasının vətəndaşları üçün:

Rüsum

12 yaşa qədər

pulsuz

12 yaşdan etibarən

35 €

Aşağıdakı şəxslər müvafiq sübutları təqdim etməklə rüsumdan azad oluna bilərlər:

- Şengen ərazisində qanuni yaşayan Azərbaycan Respublikasının və ya Şengen ölkələrivətəndaşlarının yaxın qohumları

sübut: nigah şəhadətnaməsi, doğum şəhadətnaməsi, övladlığa götürmə haqqında şəhadətnamə (tam şəkildə qohumluq əlaqələrinin təsdiqi), yaxın qohum Almaniyada Şengen ölkələrinin vətəndaşı olduğu təqdirdə pasportun surəti, yaxın qohum Almaniyada yaşayan Azərbaycan vətəndaşıdırsa yaşamaq haqqında icazəsi
yaxın qohumlar = həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr; bacilar və ya gardaşlar bu siyahıya aid deyil

- rəsmi dəvət əsasında rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və mübadilə proqramlarında habelə dövlətlərarası təşkilatların tədbirlərində iştirak edən rəsmi nümayəndə heyətlərinin üzvləri o cümlədən rəsmi nümayəndə heyətlərinin daimi üzvləri

sübut: rəsmi dəvətnamə

- Tədqiqat və təhsil məqsədilə səfər edən şagirdlər, tələbələr, aspirantlar və onlarla birgə səfər edən pedoqoji kollektiv, həmçinin mübadilə proqramları çərçivəsində və digər təhsil məqsədləri üçün

Qeyd:

Əgər söhbət rəsmi təhsil proqramı çərçivəsində Almaniyada mütləq qalmaqdan və ya rəsmi mübadilə proqramından getmirsə, şagird və tələbələr prinsip etibarı ilə viza rüsumundan azad olunmur.

Təcrübə keçənlər də viza rüsumundan azad deyillər.

sübut: dəvətnamə, tələbə arayışı, şagird olmanın təsdiqi, müşayiətçi müəllimlər üçün əlavə olaraq işdən arayış

- Əlilliyi olan insanlar və ehtiyac olduğu təqdirdə onları müşayiət edən şəxslər

sübut: əlillik şəhadətnaməsi

- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşə fəaliyyətləri ilə bağlı müşayiət edən şəxslər

sübut: dəvətnamə və ya Azərbaycan İdman Federasiyasının rəsmi təsdiqi

- elmi, mədəni, incəsənət tədbirlərinin iştirakçıları, o cümlədən ali məktəb və digər mübadilə proqramlarının iştirakçıları

sübut: dəvətnamə

- təcili tibbi müalicəyə ehtiyacı olan şəxslər və onların müşayiətçiləri

sübut: klinikadan dəvətnamə müalicənin zəruriliyi və müşayiətçinin gəlməsinin lazım olduğunu təsdiq etməklə

- yaxın qohumunun dəfninə səfər edən şəxslər

sübut: dəfnin və qohumluq əlaqəsinin təsdiqi
yaxın qohumlar = həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr; bacilar və ya gardaşlar bu siyahıya aid deyil

- ağır xəstə olan yaxın qohumunun yanına gedən şəxslər

sübut: dəfn və qohumluq əlaqəsi haqqında təsdiq
yaxın qohumlar = həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr; bacilar və ya gardaşlar bu siyahıya aid deyil

- kurslara, seminarlara və ya konfranslara səfər edən vətəndaş cəmiyyətlərinin nümayəndələri, habelə mübadilə proqramları çərçivəsində

sübut: təşkilata üzvlük haqqında şəhadətnamə/ təşkilatda iş haqqında arayış və dəvətnamə

- təqaüdçülər (= pensionerlər)

sübut: pensiya haqqında arayış

- 12 yaşdan kiçik uşaqlar

- jurnalistlər və texniki işçilər peşə ilə bağlı səfərləri

sübut: mətbuat kartı və dəvətnamə

Rüsumdan azad olunmaq üçün yuxarıda adı çəkilən arayışları viza üçün müraciət edərkən birbaşa təqdim edilməlidir, əks halda viza rüsumu ödənilməlidir.

Səfirliyin yaddaş vərəgələri etibarlı olarag galır. Ərizəçi yuxarıda qeyd edilen sübutları təqdim etdiyi halda viza rüsumundan azad olunur. Nəzərininə alın ki sənədlər internet saytımızda və səfərinizə uyğun olan yaddaş vərəqəsi əsasında yiğılmalıdır.

vətəndaşları viza rejiminin sadələşdirilməsi prosedurunda nəzərdə tutulmayan şəxslər aşağıdakı rüsumları ödəməlidirlər:

Rüsum

6 yaşa qədər

pulsuz

6 – 11 yaş

45 €

12 yaşdan etibarən

90 €

Aİ dövlətlərinin vətəndaşlarının ailə üzvləri

pulsuz

Avropa İttifaqı aşağıda göstərilən dövlətlərlə viza rejiminin sadələşdirilməsinə dair müqavilə bağlamışdır: Albaniya, Bosniya və Hertseqovina, Gürgüstan, Ermənistan, Makedoniya, Moldaviya, Montenegro, Rusiya, Serbiya və Ukrayna.

Bu dövlətlərin vətəndaşları aşağıda göstərilən rüsumları ödəməlidirlər:

Rüsum

6 yaşa qədər

(Gürcüstan: 12 yaşa qədər

Ukrayna/Moldaviya: 18 yaşa qədər )

pulsuz

6 yaşdan etibarən

(Gürcüstan: 12 yaşdan etibarən

Ukrayna/Moldaviya: 18 yaşdan etibarən)

35 €

Almaniyada yaşayan yaxın qohumları ziyarət etmək məqsədilə səfər

pulsuz

Şagirdlər, tələbələr, aspirantlar və tələbələri təhsil/təlim səfərlərdə müşayiət edən müəllimlər, elmi tədqiqatçılar

pulsuz

Almaniya Səfirliyinin viza üçün ərizə forması və bütün məlumat vərəqələri pulsuzdur. Rədd cavabı verilən hallarda rüsum geri qaytarılmır.

Milli viza (qalma müddəti 90 gündən artıq)


Viza rüsumu Azərbaycan Manatı ilə ödənilməlidir. Rüsum ödənişi üçün məbləğ Avro ilə təyin edilərək Səfirliyin aktual məzənnəsinə üyğun olaraq Manata çevrilir.

Siz viza rüsumunu Səfirlikdə birbaşa sənədlərinizi təqdim edərkən nağd şəkildə ödəyəcəksiniz. Sizə ödədiyiniz məbləğə müvafiq qəbz veriləcəkdir.

Rüsum

0 – 17 yaş

37,50 €

18 yaşdan etibarən

75 €

Stipendiatlar

pulsuz

Alman vətəndaşlarının həyat yodaşları və azyaşlı uşaqları

pulsuz

Almaniya Səfirliyinin viza üçün ərizə forması və bütün məlumat vərəqələri pulsuzdur.

Oxşar məzmunlar

Səhifənin əvvəlinə