Willkommen auf den Seiten des Auswärtigen Amts

Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Qaydalarının 13-cü maddəsinə əsasan (ÜMMQ) Fərdi məlumatların qorunması haqqında bəyanat

Məqalə

Burada internet səhifəmizdə məlumatların nə zaman, hansı məqsədlə toplanması və məlumatların necə emal olunması barədə ətraflı məlumat təqdim olunur.

Fərdi məlumatlar Federal Xarici İşlər Nazirliyi və Almaniyanın diplomatik nümayəndəlikləri tərəfindən Aİ-nin Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (ÜMMQ), Fərdi Məlumatların Mühafizəsi haqqında Federal Qanuna (FMMQ) və tələb olunarsa, xüsusi hüquqi qaydalara uyğun olaraq işlənilir. Sizi məlumatların emalı və hüquqlarınız haqqında məlumatlandırmaq və bizim məlumat vermək öhdəliyimizi yerinə yetirmək (maddə 13 və 14 ÜMMQ) məqsədilə  internet səhifəmizdən istifadə etdiyiniz, bizimlə əlaqə saxladığınız (əlaqə forması, e-poçt, telefon və ya poçt vasitəsilə) və xəbər bülletenlərimizdən birinə abunə olduğunuz zaman şəxsi məlumatların işlənməsi barədə Sizə  məlumat verəcəyik.
 

1. Əsas müddəalar
 

1.1. Məsul şəxs və fərdi məlumatların mühafizəsi üzrə məsul şəxs 
 

«Diplomatik Xidmət haqqında Qanun“un 2-ci bəndinə uyğun olaraq Federal Xarici İşlər Nazirliyi (baş ofis) və xaricdəki diplomatik  nümayəndəliklər birlikdə vahid federal idarə təşkil edir.

Federal Xarici İşlər Nazirliyi ÜMMQ-nın mad. 4 bənd.7 uyğun olaraq şəxsi məlumatların emalına cavabdehdir:

Auswärtiges Amt
Werderscher Markt 1
10117 Berlin
Almaniya/Germany

Telefon: +49 (0)30 18 17-0 / Vətəndaş müraciətləri xidməti: +49 (0)30 18 17-2000
Telefaks: +49 (0)30 18 17-3402

Vətəndaşlar müraciətləri xidmətinə müraciət forması

Siz Federal Xarici İşlər Nazirliyinin məlumatların mühafizəsi üzrə məsul şəxslə əlaqə saxlaya bilərsiniz:

Federal Xarici İşlər Nazirliyində məlumatların mühafizəsi üzrə məsul şəxs

Datenschutzbeauftragte/r des Auswärtigen Amts
Auswärtiges Amt
Werderscher Markt 1
10117 Berlin
Almaniya/Germany

Telefon: +49 (0)30 18 17-7099
Telefaks: +49 (0)30 18 17-5 7099

Məlumatların mühafizəsi üzrə məsul şəxs ilə əlaqə forması

Məlumatların mühafizəsi ilə bağlı hər hansı sualınız varsa, xaricdəki diplomatik nümayəndəliklərdə məlumatların mühafizəsi üzrə əlaqələndirici şəxslə də əlaqə saxlaya bilərsiniz. Siz səhifənin sonunda xaricdəki diplomatik nümayəndəlikdə məlumatların mühafizəsi üzrə əlaqələndirici şəxslə necə əlaqə saxlayacağınızı öyrənə bilərsiniz (bax. 8-ci bənd: Xaricdəki diplomatik  nümayəndəlikdə məlumatların mühafizəsi üzrə əlaqələndirici şəxs).

1.2. Fərdi məlumatlar
 

Fərdi məlumatlar müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə aid olan bütün məlumatlardır. Müəyyən edilə bilən fiziki şəxs dedikdə, bilavasitə və ya dolayısı ilə, xüsusilə ad, şəxsiyyət nömrəsi, yerləşmə məlumatları, onlayn identifikator və ya həmin fiziki şəxsə aid olan bir və ya bir neçə xüsusi əlamət vasitəsilə tanına blən şəxs başa düşülür (ÜMMQ mad. 4 bənd 1).
 

1.3. Fərdi məlumatların işlənilməsi üçün hüquqi əsaslar
 

Biz fərdi məlumatlarınızın işlənilməsində aşağıdakı hüquqi bazaya əsaslanırıq:
 

•    ÜMMQ Maddə 6, bənd 1a) əgər Siz məlumatların işlənilməsi üçün razılıq vermişdiniz (məs. məlumat bületenlərin abunəsi),
•    ÜMMQ Maddə 6, bənd 1b) əgər məlumatların işlənməsi müqavilənin icrası və ya müqavilədən əvvəlki tədbirlərin həyata keçirilməsi üçün zəruri olarsa,
•    ÜMMQ Maddə 6, bənd 1c) əgər fərdi məlumatların işlənilməsi qanuni öhdəliyimizi yerinə yetirmək üçün zəruridirsə,
•    ÜMMQ  Maddə 6, bənd 1d) müvafiq şəxsin və ya digər fiziki şəxsin həyati maraqları üçün fərdi məlumatların işlənməsi zəruridir,
•    ÜMMQ  Maddə 6, bənd 1e və BDSG § 3 uyğun:  əgər məlumatların işlənilməsi ictimai maraqlar naminə bizə həvalə edilmiş tapşırığın icrası üçün, və ya dövlət hakimiyyətinin həyata keçirilməsi üçün zəruridirsə (məsələn, sorğuların cavablandırılması). Almaniya Federal Xarici İşlər Nazirliyinin ictimai vəzifələrinə başqaları ilə yanaşı, ictimaiyyətlə əlaqələr və Almaniya Federativ Respublikası haqqında xaricdə məlumatların verilməsi daxildir (bax: Diplomatik Xidmət haqqında Qanun §1 GAD).
 

2. İnternet səhifəyə daxil olan zaman məlumatların işlənməsi
 

2.1. Məlumatların toplanması
 

İstifadəçi hər dəfə internet resurslarımıza daxil olanda və hər dəfə fayl yüklənəndə bu proses haqqında məlumat müvəqqəti olaraq jurnalda saxlanılır və işlənir.

İstifadəçi fəaliyyətini təhlil etmək üçün istifadə edilən “matomo” izləmə aləti elə konfiqurasiya edilib ki, istifadəçilərdən heç bir şəxsi məlumat toplanmasın.

Bundan əlavə, IP ünvanınız anonimləşdirilib və bunu görə istifadəçini izləmək mümkün deyil.

İzləmə aləti, Federal İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən təsdiqlənmiş təhlükəsiz şəbəkə sahəsində öz serverlərimizdə işləyir və bu, izləmə məlumatlarının sızmamasını təmin edir.

Bundan əlavə, Siz öz brauzerinizin parametrlərini dəyişdirə bilərsiniz və bununla sayta daxil olmağınız ümumiyyətlə qeydə alınmayacaq və təhlil edilməyəcək (“Do-Not-Track ” parametri). Brauzer parametrini göndərməklə, izləmə aləti sayt ziyarətçisinin izlənilmək istəyib-istəmədiyi barədə siqnal alır.

Brauzerinizdə müvafiq parametrləri necə dəyişdirəcəyinizi öyrənmək üçün axtarış sistemində  „Do not track [brauzerinizin adı]“aktivləşdirməlisiniz.

Aşağıdakı məlumatlar JavaScript izləmə vasitəsilə toplanır:

  • Request/ Sorğu (axtarılan faylın adı), sorğunun tarixi və vaxtı 
  • Brauzer növü/versiya (məs.: Firefox 115.0)
  • Brauzer dili (məsələn: alman dili)
  • İstifadə olunan əməliyyat sistemi (məsələn: Windows 11)
  • Cihaz növü, cihaz modeli, cihaz markası
  • Ekran icazəsi
  • İstifadə olunan plaginlər: (məsələn, Flash, Java)
  • İstinad edən URL (əvvəllər ziyarət edilmiş səhifə)
  • Anonim IP ünvanı
  • Sorğu edildiyi ölkə və region
  • Yükləmələr
  • Kliklər
  • Göndərilən formaların sayı (hədəf təriflərdən asılı olaraq)

2.2. Sessiya kukiləri
 

Fərdi səhifələrə daxil olduqda, naviqasiyanı asanlaşdırmaq üçün müvəqqəti kukilərdən istifadə olunur. Bu sessiya kukilərində heç bir şəxsi məlumat yoxdur və sessiyanın sonunda kukinin müddəti başa çatır. Alış-veriş səbətindən istifadə edərkən kukilərdən də istifadə olunur. Bunlar da sessiya bitdikdən sonra ləğv olunur.

İstifadəçilərin giriş davranışını başa düşməyə imkan verən üsullardan istifadə edilmir.
 

2.3. Sosial media plaginlərindən istifadə
 

Hazırda biz aşağıdakı sosial media plaginlərindən istifadə edirik: Facebook, X, Instagram və YouTube (Google). Burada biz “iki klik” prinsipindən istifadə edirik. Bu o deməkdir ki, şəxsi məlumatlarınız internet səhifəmizə daxil olduğunuz zaman plagin provayderinə ötürülmür. Yalnız sosial şəbəkə düyməsini aktivləşdirsəniz, şəxsi məlumatlarınız müvafiq plagin provayderinə ötürüləcək və onlarla birlikdə saxlanılacaq (ABŞ-da Amerika provayderləri ilə bağlı hallarda). Biz Sizinlə və digər istifadəçilərlə əlaqə saxlamaqla təklif etdiyimiz məlumatları daha da maraqlı etmək üçün sosial şəbəkə plaginlərindən istifadə edirik.

FacebookXInstagramYouTube (Google)

 

Məlumatların toplanmasına və sosial şəbəkələr tərəfindən sonrakı istifadəsinə bizim heç bir təsirimiz yoxdur. Məlumatların nə dərəcədə, harada və nə qədər müddətə saxlandığını, şəbəkələrin mövcud silmə öhdəliklərinə nə dərəcədə uyğun olduğunu, məlumatlarla hansı qiymətləndirmələrin və əlaqələrin edildiyini və məlumatların kimə ötürüldüyünü müəyyən edə bilmirik.

Buna görə də Sizdən xahiş edirik ki, internet səhifəmizdən istifadə edərkən sosial şəbəkələrə hansı fərdi məlumatlarınızı təqdim etdiyinizi diqqətlə yoxlayasınız. Əgər Siz sosial şəbəkələrin saytımız vasitəsilə ünsiyyətinizdən fərdi məlumat almasını istəmirsinizsə, bu saytdakı əlaqə formasından istifadə etmək kimi başqa vasitələrlə bizimlə əlaqə saxlamalısınız.

2.4 Google Maps
 

Bizim internet səhifəmiz “Google” provayderinin “Google Maps” xəritə xidmətinə bağlıdır. Xidmətdən istifadə etdiyiniz zaman (xəritəyə klikləməklə) Google fərdi məlumatları, xüsusən də istifadəçilərin IP ünvanlarını və yer məlumatlarını emal edir, lakin bu, Sizin razılığınız olmadan (adətən mobil cihazlarınızdakı parametrlərin bir hissəsi kimi) toplanmır.

Xidmət təminatçısı:

Google Ireland Limited, Gordon House, Barrow Street, Dublin 4, Ireland

İnternet səhifə: https://maps.google.de

Fərdi məlumatların qorunmasına dair məlumat: https://policies.google.com/privacy

Məlumatların toplanmasının dayandaırılması (Opt-Out-Plugin): http://tools.google.com/dlpage/gaoptout?hl=de 

3. Bizimlə əlaqə saxlayarkən fərdi məlumatların işlənilməsi 

Bizimlə əlaqə saxladığınız zaman təqdim etdiyiniz  fərdi məlumatlar (adınız, e-poçt ünvanınız, habelə yaşayış ünvanınız, telefon və faks nömrələri,) və məzmunla bağlı məlumatlar (göstərdiyiniz təqdirdə - fərdi məlumatlar) Sizinlə əlaqə saxlamaq üçün saxlanılır və sorğunuzun işlənilməsi məqsədi ilə Federal Nazirliklərin Birgə Prosedur Qaydalarını (BPQ) əlavə edən Reyestr Təlimatlarında müəyyən edilmiş saxlama müddətlərinə uyğun olaraq saxlanılır.

Əgər müraciətiniz üzrə səlahiyyətli qurum deyilsəksə, cavablandırma məqsədilə məlumatların digər yerli və ya mərkəzi dövlət orqanlarına ötürülməsi, şəxsi məlumatların qorunması tələblərinə riayət edilməklə və razılığınız olmadan da həyata keçirilə bilər. Bu yalnız o halda mümkündür ki, məlumatların ötürülməsi müraciətinizin cavablandırılmasına xidmət edir, sizin mənafeyinizə uyğundur və ötürülən məlumatlarda həssas şəxsi məlumatlar yer almır (ÜMMQ mad. 6, bənd 1e BDSG mad. 3 ilə əlaqəli olaraq , FMMQ mad. 25 bənd 1  mad. 23 bənd 1.1 ilə əlaqəli olaraq).
 

4. Elektron xəbər bülleteni
 

Siz Federal Xarici İşlər Nazirliyinin xəbərləri və press-relizləri və ya səyahət məlumatları və təhlükəsizlik tövsiyələri haqqında məlumat verəcəyimiz xəbər bülletenlərimizə abunə ola bilərsiniz.

Biz bülletenə abunə olmaq üçün double-opt adlanan üsuldan istifadə edirik. Bu o deməkdir ki, xəbər bülleteni üçün qeydiyyatdan keçdikdən sonra Sizə göstərdiyiniz elektron poçt ünvanına elektron məktub göndərəcəyik və bu məktubda bülletenə abunə olmaq istədiyinizi təsdiqləməyinizi xahiş edirik. Yalnız e-poçtda göstərilən link vasitəsilə təsdiqləndikdən sonra e-poçt ünvanınız bülletenimizdən istifadə etdiyiniz müddət ərzində verilənlər bazasında saxlanılacaq. Abunəliyinizi 24 saat ərzində təsdiq etməsəniz, məlumatlarınız avtomatik olaraq silinəcək.

İstənilən vaxt bülleteni almaq üçün verdiyiniz razılığı ləğv edə və bülletenə abunəlikdən çıxa bilərsiniz. Xəbər bülleteninin abunəliyini ləğv etmək üçün bülletendən aldığınız hər bir elektron məktubda olan müvafiq keçidə klikləyə bilərsiniz.
 

5. Çap məhsullarının sifarişi
 

İnternet səhifəmiz vasitəsilə broşuralar, bukletlər və digər çap materialları sifariş edərkən, sifarişinizi icra etmək üçün bizə aşağıdakı fərdi məlumatlar lazımdır:

  • soyad, ad
  • küçə, ev nömrəsi
  • poçt indeksi, yaşayış yeri
  • e-poçt ünvanı

Sifarişinizi tam şəkildə icra edə bilməsək, təqdim etdiyiniz məlumatlar üçüncü tərəflərə ötürüləcək (kuryer şirkəti, , lazım gələrsə sifariş edilmiş materialları göndə bilən digər idarə və ya təşkilatla,). Fərdi məlumatlarınızın emalı üçün hüquqi əsas Ümumi Qaydaların 6-cı maddəsinin 1a bəndinə uyğun olaraq Sizin razılığınızdır. Yuxarıdakı məlumatlar olmadan sifarişi icrası mümkün deyil.

Təqdim etdiyiniz məlumatlar sifarişin yerinə yetirildiyi tarixdən 90 gün sonra silinəcəkdir.
 

6. Tədbirlər, mətbuat və ictimaiyyətlə əlaqələr
 

Federal Xarici İşlər Nazirliyi və Almaniyanın xaricdəki nümayəndəlikləri öz vəzifələrini yerinə yetirərkən müxtəlif tədbirlərin təşkilatçısı və həmtəşkilatçısı kimi çıxış edirlər.

Tədbirə dəvət olunsanız və ya tədbirdə iştirak etsəniz, biz fərdi məlumatları (ad, ünvan və s.) emal edirik. Bu, müxtəlif yollarla edilə bilər: məsələn, sorğu anketi, onlayn anket doldurmaqla, elektron poçtla, telefonla və ya vizit kartı təhvil verməklə. Təqdim olunan xüsusi şəxsi məlumatlar müvafiq sorğu vərəqəsindən, məlumatların daxil edilməsi şablonundan və ya şifahi ünsiyyət zamanı Sizdən hansı məlumatları təqdim etməyiniz xahiş olunduğundan asılıdır.
 

6.1. Müşayiət edən şəxslərin məlumatlarının toplanması
 

Tədbirlərin düzgün keçirilməsini təmin etmək üçün dəvət olunmuş iştirakçıları müşayiət edən şəxslərin məlumatları da toplanır və emal edilir. Bu şəxslər həmçinin 7-ci bənddə göstərilən və məlumatları toplanan bütün şəxslərin istifadə etdiyi hüquqlara malikdirlər.
 

6.2. İctimaiyyətə açıq mənbələrdən məlumatların toplanması
 

Bundan əlavə, Federal Xarici İşlər Nazirliyi ictimaiyyətə açıq mənbələrdən məlumatları toplayır və emal edir: məsələn, aidiyyəti şəxslərin internet saytından və ya ictimaiyyət üçün açıq olan məlumat mənbələrdən. 

6.3. Məlumatların toplanması ilə bağlı sonrakı prosedur
 

Şəxsi məlumatlar icazəsiz üçüncü şəxslərə ötürülmür, yalnız daxili istifadə üçün və tədbirin təşkili və keçirilməsi məqsədilə (məsələn, qonaq siyahılarının tərtib edilməsi, giriş nəzarətinin təmin edilməsi) saxlanılır və işlənilir. Biz şəxsi məlumatların yalnız daxili istifadə məqsədilə və bizim adımızdan hərəkət edən  bir və ya bir neçə podratçıya ötürülməsini təmin edə bilərik. 

Tədbirin növündən asılı olaraq, biz digər tərəfdaş ilə birgə təşkilatçı kimi çıxış edə bilərik. Bu hallarda, tədbir məqsədləri üçün toplanmış məlumatlar tərəfdaşlarımıza ötürüləcək, onlar da məlumatlardan yalnız tədbirin düzgün keçirilməsi məqsədilə istifadə edə bilərlər. Konkret tərəfdaşlar tədbirin təşkili zamanı ayrıca elan ediləcək..

Məlumatlar tədbirin təşkili və həyata keçirilməsi, həmçinin bizim ictimaiyyətlə əlaqələr sahəsindəki vəzifələrimizi yerinə yetirməyimiz üçün zəruri olduğu müddətdə saxlanılır. Əgər Siz məktublar/ dəvətnamələr abırsınızsa Siz istənilən vaxt gələcəkdə göndəriləcək məktublar/dəvətnamələrin göndərilməsindən imtina edə bilərsiniz.

6.4. Fotoşəkillər
 

Federal Xarici İşlər Nazirliyi və Almaniyanın xaricdəki diplomatik nümayəndəlikləri mətbuat və ictimaiyyətlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər və görüşlər zamanı Sizin foto və video görüntüləriniz çəkilə və yayımlana bilər. Siz həm çəkilişə, həm də yayımlanmaya etiraz edə bilərsiniz. Etiraz etmək üçün birbaşa fotoqrafa müraciət edə və ya yuxarıda göstərilən əlaqə məlumatlardan istifadə edə bilərsiniz. Nəzərə alın ki, biz kütləvi informasiya vasitələri və media nümayəndələri tərəfindən aparılan çəkilişlərə nəzarət etmirik. Onlar  “Ümumi Məlumatların Mühafizəsi  Qaydalarına” (ÜMMQ) uyğun olaraq özləri məsuliyyət daşıyırlar.
 

7. Sizin hüquqlarınız
 

7.1. Siz fərdi məlumatlarınızla bağlı bizim qarşımızda aşağıdakı hüquqlara malikdiniz:
 

  • Məlumat almaq hüququ, ÜMMQ maddə 15 
  • Düzəliş etmək hüququ, ÜMMQ maddə 16 
  • Məlumartların silinmə hüququ (“unudulmaq hüququ”), ÜMMQ maddə 17 
  • Məlumatların emalının məhdudlaşdırılması hüququ, ÜMMQ maddə 18 
  • Məlumatların ötürülməsi, ÜMMQ maddə  20 
  • Etiraz etmək hüququ, ÜMMQ maddə 21 

7.2.
 

Əgər fərdi məlumatlarınızın emalı Sizin verdiyiniz razılıq əsasında həyata keçirilirsə, Siz bu razılığı istənilən vaxt, heç bir səbəb göstərmədən geri çağırmaq hüququna maliksiniz. Razılığın geri çağırılması, həmin razılıq əsasında geri çağırılma vaxtınadək həyata keçirilmiş emalın qanuniliyinə təsir etmir( Mad. 7 bənd 3 DSGVO)

7.3.
 

Bundan əlavə, şəxsi məlumatlarınızın bizim tərəfimizdən emalı ilə bağlı nəzarət orqanına şikayət etmək hüququnuz mövcuddur (ÜMMQ mad. 77). 

Xarici İşlər Nazirliyi və səfirlik üzrə məsul olan müvafiq nəzarət orqanı Almaniya Federativ Respublikasının Federal Məlumatların Mühafizəsi və İnformasiya Azadlığı üzrə Müvəkkili:

Der Bundesbeauftragte für den Datenschutz und die Informationsfreiheit
Graurheindorfer Straße 153
D-53117 Bonn

Səhifənin əvvəlinə