Willkommen auf den Seiten des Auswärtigen Amts

Qəbul vaxtının təyin edilməsi

Məqalə

Şengen vizası ərizələrinin qəbulu üçün Səfirlik yalnız müqavilə əsasında kənar xidmət təminatçısı-TLScontact ilə əməkdaşlıq edir. Müqavilə əsasında xidmət təminatçısının Visametric-dən TLScontact-a dəyişdirilməsi ilə bağlı məlumat qutusuna baxın.

TLScontact-da Şengen vizasına müraciət etmək üçün qəbul yalnız əvvəlcədən görüş götürməklə mümkündür: Görüş üçün buraya klikləyin. 

Berlində Bayram günü
Berlində Bayram günü © dpa

Milli viza müraciətlərinin qəbulu: 

  • Mavi kart (Aİ)
  • Muzdlu əmək fəaliyyəti
  • Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları
  • Şans kartı
  • Peşə təhsili və ixtisasartırma
     

üçün bütün tələb olunan sənədlərlə birlikdə yalnız online qaydada Almaniyanın Xarici İşlər Nazirliyinin internet portalı üzərindənhəyata keçirilir.

Onlayn proses çərçivəsində səfirlik kənar viza xidməti olan VisaMetric (2025-ci ilin iyul tarixindən etibarən: TLScontact) şirkəti ilə işləyir. Kənar viza xidməti sənədlərinizin tam şəkildə hazırlandığını onlayn qaydada yoxlayır. Bütün sənədlər hazır olduqda, sizə ən yaxın viza qəbulu mərkəzində (VAZ) görüş təyin olunacaq. Orada barmaq izləriniz götürüləcək və viza rüsumlarını da saytda ödəyəcəksiniz. Daha sonra ərizəniz səfirliyə göndəriləcək. Viza müraciətinizlə bağlı qərarı kənar viza xidməti deyil, məhz səfirlik verir. İstənilən vaxt Alman XİN-nin internet portalı vasitəsilə müraciətinizin işlənməsinin hansı mərhələdə olduğunu izləyə bilərsiniz.

Aşağıdakı milli viza müraciətləri:

  • İxtisas dili imtahanı/ixtisas biliyi üzrə imtahan məqsədilə §16d maddəsinin 5-ci bəndinə uyğun olaraq (Fachsprachenprüfung / Kenntnisprüfung nach § 16d Absatz 5 AufenthG)

  • 90 gündən artıq davam edən dil kursları

  • Yük maşını və avtobus sürücüsü kimi əmək fəaliyyəti

  • Praktika

məqsədilə milli viza üçün yalnız kənar viza xidməti olan TLScontact şirkətinə müraciət edə bilərsiniz. Xahiş olunur bu məqsədlə milli viza üçün ödənişsiz görüş vaxtı təyin edin.

Aşağıdakı milli viza müraciətləri:

• Au-pair

• Ailə birləşməsi

• Könüllülük xidməti

• Hospitasiya 90 gündən artıq 

• Xarici peşə ixtisasların tanınması üçün tədbirlər

• Alman immiqrasiyası (Repatriantlar)

• Yəhudi immiqrasiyası

• Ölkəyə təkrar giriş

• 90 gündən artıq qalmaqla burada adı qeyd olunmayan digər səfər məqsədləri üçün ərizələrin qəbulu birbaşa səfirliyin viza şöbəsində həyata keçirilməyə davam edir.

Görüş vaxtının götürülməsi ödənişsiz və rahat online şəkildə mümkündür: Görüş vaxtı burada təyin olunur

Hər bir ərizəçinin adına ayrıca qəbul vaxtı təyin edilməlidir. Bu qayda həmçinin azyaşlı uşaqlara da şamil edilir. Bir qəbul vaxtına bir neçə adın yazılması qadağandır. Adına qəbul vaxtı təyin edilməyən ərizəçilər buraxılmayacaqdır.

Milli viza üçün qəbul vaxtını təyin edərkən sənədlərin işlənməsi üçün daha çox vaxtın tələb olunduğunu nəzərə almağınız xahiş olunur (adətən ən az 8 həftə).

Konsulluq məsləhət saatları çərçivəsində göstərilən xidmətlər üçün xahiş olunur buradakı məlumata diqqət yetirin. Bu xidmətlər üçün görüşü kənar viza xidməti olan TLScontact şirkətinə təqdim edilməsi üçün qəbul vaxtını buradan təyin edin.

Təyin olunmuş qəbul vaxtında gələ bilməyəcəyiniz təqdirdə xahiş olunur həmin reservasiyanı ləğv edin. Bunu Siz çox asanlıqla Sizə e-poçtunuza göndərilmiş təsdiq mailində ləğv etmə linki vasitəsilə həyata keçirə bilərsiniz. 

Səhifənin əvvəlinə