Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfir Dr. Ralf Horlemann

Məqalə

Cənab Dr. Ralf Horlemann 2022-ci ilin avqust ayından etibarən Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. 

Almaniya ilə Azərbaycanı uzunmüddətli bir dostluq birləşdirir. Belə çağırışlarla dolu bir zamanda bizim hər  iki ölkənin xalqlarının rifahı üçün habelə sülh və sabitlik naminə əlaqələrimizi daha da gücləndirmək istəyirəm.


Səfirin tərcümeyi-halı

Ralf Horlemann 2022-ci ilin avqust ayından etibarən Almaniyanın Azərbaycandakı səfiridir.

Dr. Ralf Horlemann
Dr. Ralf Horlemann © Deutsche Botschaft Baku

O, əvvəllər Almaniyanın Xarici İşlər Nazirliyində və xarici nümayəndəliklərdə bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 2011-ci ildə o, Federal Xarici İşlər Nazirliyində sabitləşdirmə və böhranların qarşısının alınması idarəsinin direktoru təyin edilmişdir. 2015-ci ildə ABŞ-ın Boston şəhərində baş konsul vəzifəsini icra edib. O, 2018-сi ildən Almaniyanın Argentinada, Buenos-Ayres şəhərindəki səfirliyində səfirin müavini  vəzifəsində çalışmışdır.

Ralf Horlemann Asiyada və beynəlxalq təhlükəsizlik siyasəti ilə bağlı məsələlərdə çoxillik təcrübəyə malikdir. O, Pekin, Moskva və Vaşinqtonda fəaliyyət göstərmişdir. Federal Xarici İşlər Nazirliyində o, iyirmi ildən çox mülki böhranın qarşısının alınması üzərində çalışıb və Berlində Beynəlxalq Sülh Əməliyyatları Mərkəzinin (BSƏM) həmtəsisçisi olub.

Ralf Horlemann politologiya üzrə doktorluq dərəcəsini qazanmışdır və ingilis, fransız, ispan və çin dillərini bilir. Ailəlidir və bir oğlu var.

Etimadnamənin təqdim olunması mərasimi

16 avqust 2022-ci ildə Almaniya Federativ Respublikasının yeni səfiri Dr. Ralf Horlemann Azərbaycan Respublikasının Prezidenti, Zati –aliləri cənab İlham Əliyevə etimadnaməsini təqdim etdi və Federal Prezident Frank Valter Ştaynmayerin salamlarını yetirdi.

Səhifənin əvvəlinə