Willkommen auf den Seiten des Auswärtigen Amts

Azərbaycanda alman izləri

Məqalə
Deutsche in Aserbaidschan
Deutsche in Aserbaidschan © Privates Archiv

Bu gün ilk baxışda alman izlərini Azərbayanda tapmaq çətindir. Buna rəğmən diqqətlə müşahidə edərkən 19-cu əsrin əvvələrində ilk alman mühacirlərinin daha sonralar isə fərdi köc edən insanların Cənubi Qafqazda nəzərə çarpacaq irs qoyduqlarını görmək olur.

19-cu əsrin əvvəllərində vətənləri Şvabiyadan şərqə üz tutan mühacirlər əsasən kəndlilər və sənətkarlar idi. Onlar rus çarı 1-ci Aleksandrın dəvətilə əvvəl bu günkü Gürcüstan ərazisinə gəlmişdirlər. Böyük ərazi olan Tiflisdə məskunlaşmada rast gəlinən uğursuzluqlardan sonra təxminən 40 ailə yollarına davam etməyə qərar verdi və Elizavetpol şəhərinin yaxınlığında (bu gün Azərbaycanın qərbində Gəncə şəhəri) məskunlaşaraq burada 1818-ci ildə ilk Helenendorf (bu gün Göygöl) koloniyasını yaratdı.

Deutsche in Aserbaidschan
Deutsche in Aserbaidschan © Privates Archiv

Mühacir ailələri Almaniyaya əlvida deyib onlar üçün naməlum dünyaya addım atmağa cəsarət etdilər. Helenendorfdan 40 kilometr aralıda ikinci alman koloniyası olan Annenfeldin (bu gün Şəmkir) əsası qoyuldu və eynilə öz qardaş şəhəri kimi çox gözəl inkişaf etməyə başladı. Bundan sonra bir sıra yeni məskənlər salındı, mövcud olanlar isə genişləndirildi.

Almanlar öz əşyalarını lakin ondan da vacib təsərrüfatçılıq və sənətkarlıqla bağlı bacarıqlarını özləri ilə gətirmişdirlər və beləliklə yeni məskənlər böyüməyə və iqtisadi baxımdan çiçəklənməyə başladı. Köç edənlər öz yeni evlərinə, torpaqlarına və kəndlərinə böyük zəhmət və bacarıq sərf etmişdirlər və bu günədək onların müəyyən hissəsi yaxşı vəziyyətdə qalmışdır və heyranlıqla seyr edilir. Zamana qalib gələn (Göygöl) Helendorfdakı Müqəddəs Yohannes kirxası və ya (Şəmkir) Annefelddə Lüter Kirxasını misal göstərmək olar. Yalnız lütheranlığa etiqad edən mühacirlər özlərinin xüsusi dindarlıqları ilə seçilir və adət-ənənələrin qorunub saxlanılmasına böyük dəyər verirdilər.

Deutsche in Aserbaidschan
Deutsche in Aserbaidschan © Privates Archiv

Xüsusi məhsuldarlığı Almanlar şərabçılıq sahəsində nümayiş etdirmişdirlər. Kaloniyalarda istehsal olunan üzüm və şərab qısa müddət ərzində bütün Azərbaycanda sevildi və 20-ci əsrin əvvəllərində hətta Moskva və Sankt Peterburqa qədər ərazilərdə ticarət olunurdu. Traubenfeld (bu gün Tovuz) koloniyasındakı şərabçılıq fabrikinə bu gün də baş çəkmək olar.

Çox sayda alman mühacirləri 28 may 1918 -ci ildə elan edilən Azərbaycan Demokratik Respublikasının Müstəqilliyini rəğbətlə qarşılamışdırlar. Qəbul edilmiş konstitusiya ilə alman milli azlığına da parlamentdə bir yer ayrılmasına zəmanət verilmişdir.

Azərbaycanda alman həyatının sonu Respublikanın sovet Rusiyası tərəfindən ilhaq edilməsi ilə başladı. Koloniyaların özünüidarəçiliyi aradan qaldırldı, onlar böyük müəssisələrdən məhrum edildilər və dini etiqad azadlığı ciddi təzyiqlərə məruz qaldı. İqtisadi liberallaşma zamanı 1920-ci illərdə „Yeni İqtisadi Siyasət“ çərçivəsində alman cəmiyyəti Azərbaycanda qısa bir anlıq iqtisadi dirçəliş və rifah yaşadı. Beləliklə məsələn üzümçülük və ticarət cəmiyyəti olan „Concordia“ ittifaqdaxili tanınmağa və şərabın xaricə ixracına nail oldu.

Moskvanın 20-ci illərin sonlarında tətbiq edilən kollektivləşmə və repressiya siyasəti buna ani son verdi. Alman Vermaxtının 2-ci dünya müharibəsi zamanı Sovet İttifaqına etdiyi hücumdan sonra alman mühacirlərinin yerdə qalan 22.741 nəfərdən ibarət nəsli etnik mənsubiyyətinə görə Mərkəzi Asiyaya deportasiya edildi. Çoxları əmək düşərgələrində və xüsusi yaşayış yerlərində tələf oldular.

Deutsche Spuren in Aserbaidschan
Deutsche Spuren in Aserbaidschan © Elchin Aliyev

Sağ qalan az sayda insan isə bəraət qazandıqdan sonra Azərbaycana geri qayıtdılar. Keçmiş Helenendorfda ilk mühacirlər nəslinin sonuncu nümayəndəsi olan Viktor Klein 2007-ci ildə rəhmətə getdi. Onun yaşadığı ev 2014-cü ildə GİZ təşkilatının dəstəyi ilə muzeyə çevrilmişdir.

Mühacirlərlə yanaşı həmçinin 19-cu əsrdə digər almanlar da Azərbaycana böyük maraq göstərirdilər. Gədəbəydə Siemens firması mis əritmə zavodu açmış və ölkənin ən böyük zavoduna çevirmişdir. Siemens qardaşları texnikanın ən yeni nailliyyətlərindən və o dövrün ən müasir texnologiyalarından istifadə etmişdir. Belə ki, bir neçə il sonra Gədəbəyin yaxınlığında daha bir yeni mis əritmə zavodu açılmışdır.

Deutsche Spuren in Aserbaidschan
Deutsche Spuren in Aserbaidschan © Elchin Aliyev

Siemens firması bu dövrdə Azərbaycanda dağ-mədən sənayesində birinci yeri tuturdu və yerli infrastruktur və iqtisadiyyata həlledici töhfə verə bilirdi.Hələ də Azərbaycanın qərbində təpələrin üzərindəki daş körpülər alman-azərbaycan tarixinin bu səhifəsindən xəbər verir.

Nəhayət bəzi almanların adı həmçinin Azərbaycan paytaxtının bu günkü siması ilə də bağlıdır. Memar Yohann Vilhelm Edel Bakının ən möhətəşəm binaları sırasına aid edilən onlarla yaşayış binasında özünü əbədiləşdirmişdir. Onların arasında şəhərin ən gözəl binalarından biri olan Nefçilər prospekti 103 ünvanında yerləşən binadır. Həmçinin memarlar Adolf Eixler və Nikolaus von der Nonnen Bakının şəhər simasında Lüteran kilsəsi (Eixler) və bugünkü Azərbaycan İncəsənət muzeyinin (v.d. Nonne) binası ilə öz izlərinizi qoymuşdurlar. Nikolaus von der Nonne memar olmaqla yanaşı həmçinin 1898-ci ildən 1901-ci sonunandək paytaxtın burqomistri və şəhərsalma üzrə direktoru olmuşdur. Bu vəzifəsində o İçəri Şəhərin simasını əsaslı şəkildə dəyişmişdir.

Deutsche Spuren in Aserbaidschan
Deutsche Spuren in Aserbaidschan © Elchin Aliyev

Həmçinin sovet hökuməti tərəfindən sökülən Aleksander Nevski Katedrali o zaman Moskvanın Xilaskar Məsihin Katedralindan sonra dünyanın ən böyük ortodoks kilsəsi idi və alman memarı Robert Marfeldin layihəsi üzrə tikilmişdir.

Səhifənin əvvəlinə