Willkommen auf den Seiten des Auswärtigen Amts

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair Saziş haqqında

Pasport

Pasport, © Colourbox

Məqalə

1 sentyabr 2014-cü il tarixində etibarən Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Viza Rəsmiləşdirilməsinin Sadələşdirilməsinə dair Saziş qüvvəyə minmişdir.

1 sentyabr 2014-cü il tarixində Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Viza Rəsmiləşdirilməsinin Sadələşdirilməsinə dair Saziş qüvvəyə minmişdir.

Bu Saziş həm Şengen vizası üçün müraciət edən bütün Azərbaycan vətəndaşlarına, həm də Azərbaycan Respublikasına səfər məqsədilə qısa müddətli viza üçün müraciət edən bütün Şengen ölkələri vətəndaşlarına şamil edilir.

Bu Saziş Azərbaycanda daimi yaşayan digər ölkələrin vətəndaşlarına şamil edilmir.

Ən vacib dəyişiklikləri Sizə burada təqdim edirik. Bu Saziş milli vizaya aid deyil, yalnız Şengen vizasının rəsmiləşdirilməsinə aid edilir.

1. Viza rüsumunun məbləğinin azaldılması

Şengen vizası etibarlılıq müddətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları üçün 35 avro təşkil edəcəkdir.

Aşağıdakı şəxslər müvafiq sübutları təqdim etməklə rüsumdan azad oluna bilərlər:

- Şengen ərazisində qanuni yaşayan Azərbaycan Respublikasının və ya Şengen ölkələrivətəndaşlarının yaxın qohumları

sübut: nigah şəhadətnaməsi, doğum şəhadətnaməsi, övladlığa götürmə haqqında şəhadətnamə (tam şəkildə qohumluq əlaqələrinin təsdiqi), yaxın qohum Almaniyada Şengen ölkələrinin vətəndaşı olduğu təqdirdə pasportun surəti, yaxın qohum Almaniyada yaşayan Azərbaycan vətəndaşıdırsa yaşamaq haqqında icazəsi
yaxın qohumlar = həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr; bacilar və ya gardaşlar bu siyahıya aid deyil

- rəsmi dəvət əsasında rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və mübadilə proqramlarında habelə dövlətlərarası təşkilatların tədbirlərində iştirak edən rəsmi nümayəndə heyətlərinin üzvləri o cümlədən rəsmi nümayəndə heyətlərinin daimi üzvləri

sübut: rəsmi dəvətnamə

- Tədqiqat və təhsil məqsədilə səfər edən şagirdlər, tələbələr, aspirantlar və onlarla birgə səfər edən pedoqoji kollektiv, həmçinin rəsmi mübadilə proqramları çərçivəsində və digər təhsil məqsədləri üçün

Qeyd:

Əgər söhbət rəsmi təhsil proqramı çərçivəsində Almaniyada mütləq qalmaqdan və ya rəsmi mübadilə proqramından getmirsə, şagird və tələbələr prinsip etibarı ilə viza rüsumundan azad olunmur.

Təcrübə keçənlər də viza rüsumundan azad deyillər.

sübut: dəvətnamə, tələbə arayışı, şagird olmanın təsdiqi, müşayiətçi müəllimlər üçün əlavə olaraq işdən arayış

- Əlilliyi olan insanlar və ehtiyac olduğu təqdirdə onları müşayiət edən şəxslər

sübut: əlillik şəhadətnaməsi

- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşə fəaliyyətləri ilə bağlı müşayiət edən şəxslər

sübut: dəvətnamə və ya Azərbaycan İdman Federasiyasının rəsmi təsdiqi

- elmi, mədəni, incəsənət tədbirlərinin iştirakçıları, o cümlədən ali məktəb və digər mübadilə proqramlarının iştirakçıları

sübut: dəvətnamə

- təcili tibbi müalicəyə ehtiyacı olan şəxslər və onların müşayiətçiləri

sübut: klinikadan dəvətnamə müalicənin zəruriliyi və müşayiətçinin gəlməsinin lazım olduğunu təsdiq etməklə

- yaxın qohumunun dəfninə səfər edən şəxslər

sübut: dəfnin və qohumluq əlaqəsinin təsdiqi
yaxın qohumlar = həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr; bacilar və ya gardaşlar bu siyahıya aid deyil

- ağır xəstə olan yaxın qohumunun yanına gedən şəxslər

sübut: dəfn və qohumluq əlaqəsi haqqında təsdiq
yaxın qohumlar = həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr; bacilar və ya gardaşlar bu siyahıya aid deyil

- kurslara, seminarlara və ya konfranslara səfər edən vətəndaş cəmiyyətlərinin nümayəndələri, habelə mübadilə proqramları çərçivəsində

sübut: təşkilata üzvlük haqqında şəhadətnamə/ təşkilatda iş haqqında arayış və dəvətnamə

- təqaüdçülər (= pensionerlər)

sübut: pensiya haqqında arayış

- 12 yaşdan kiçik uşaqlar

- jurnalistlər və texniki işçilər peşə ilə bağlı səfərləri

sübut: mətbuat kartı və dəvətnamə

Rüsumdan azad olunmaq üçün yuxarıda adı çəkilən arayışları viza üçün müraciət edərkən birbaşa təqdim edilməlidir, əks halda viza rüsumu ödənilməlidir.

Səfirliyin yaddaş vərəgələri etibarlı olarag galır. Ərizəçi yuxarıda qeyd edilen sübutları təqdim etdiyi halda viza rüsumundan azad olunur. Nəzərininə alın ki sənədlər internet saytımızda və səfərinizə uyğun olan yaddaş vərəqəsi əsasında yiğılmalıdır.

2. Çoxdəfəli viza almaq üçün sadələşdirlimiş şərtlər

Mütəmadi səfərlərin zəruriliyi məs.: dəvətnamə və ya işə götürənin arayışı ilə təsdiq edildiyi təqdirdə müəyyən insan qrupları üçün çoxdəfəli viza rəsmiləşdirilməsində sadələşdirlimiş şərtlər tətbiq edilir.

Əgər Siz çoxdəfəli viza üçün müraciət etmək istəyirsinizsə o zaman mütləq ərizə blankını da müvafiq olaraq doldurun (25-ci və 29-cu bəndlər: məs.: 90 gün, 01.09.2014 – 31.08.2015). Kifayət qədər maliyyə vəsaiti və müvafiq dəvətnamə çoxdəfəli viza rəsmiləşdirilməsi üçün əlavə şərtlərdir.

3. Diplomatik pasport sahibləri üçün vizasız ölkəyə giriş.

01.09.2014-cü il tarixindən etibarən diplomatik pasport sahiblərinin Şengen ərazisinə qısa müddətli səfərlər etməsi üçün vizaya ehtiyac yoxdur.

Oxşar məzmunlar

Səhifənin əvvəlinə