Willkommen auf den Seiten des Auswärtigen Amts

Milli viza

Məqalə

Qalma müddəti 3 aydan çox

Milli viza müəyyən bir səfər məqsədi ilə uzun müddət qalmaq üçün ölkəyə giriş vizasıdır. Bir qayda olaraq bu viza 90 günlük, müəyyən hallarda isə bir illik verilir. Ölkəyə daxil olduqdan sonra bir qayda olaraq ölkədaxili yaşamaq icazəsinin verilməsinə müraciət etmək lazımdır.

Ərizəni hazırlamaq

Pässe mit verschiedenen Visa
Visa© Colourbox

Almaniyaya uzun müddətli səfər etməyinizi planlaşdıran kimi, viza üçün müraciət ərizənizi hazırlamağa başlayın. Bütün viza proseduru bir neçə ay davam edə bilər.

Ərizənizi aşağıdakı kimi hazırlayın:

  • Viza üçün ərizə formasını doldurun və bir nüsxəsini qəbul vaxtına gələrkən özünüzlə gətirin. Burada Siz doldurulmuş nümunə ərizə formaları ilə tanış ola bilərsiniz.
  • Ərizəyə əlavə olunacaq sənədləri toplayın. Çatışmayan sənədlər və ya sübutlar ərizənizə imtina cavabının verilməsi ilə nəticələnə bilər. Biz Sizin üçün hər səfər məqsədinə uyğun gələn yaddaş vərəqələri tərtib etmişik
  • Xahiş olunur sənədlərinizi təqdim etmək üçün qəbul vaxtı təyin edin. 
  • Bütün viza proseduruna dair ətraflı məlumatları Siz milli viza üçün müraciət etməyə dair məlumat vərəqəsindən əldə edə bilərsiniz.

    Viza rəsmiləşdirmə prosesində Fərdi Məlumatların Mühafizəsinə dair məlumatları əldə edə bilərsiniz

Xahiş olunur nəzərə alın ki, qəbul vaxtını təyin etmək üçün gözləmə vaxtı həftələrlə davam edir. Ona görə də xahiş olunur planlaşdırdığınız səfər vaxtından xeyli əvvəl zamanında qəbul vaxtı təyin edin.

Ərizə ilə müarciət

Viza sənədlərinizi təqdim etmək üçün xahiş olunur şəxsən təyin etdiyiniz qəbul vaxtında viza şöbəsinə gələsiniz. Alman Səfirliyi tam şəkildə toplanmış sənədlərinizi habelə rüsumu qəbul edəcək, nəzərdə tutduğunuz səfərinizə dair suallar verəcək və Sizin fotoşəklinizi və barmaq izlərinizi götürəcəkdir.

Sənədlərin işlənməsi zamanı


Səfirlik Sizin sənədlərinizi yoxlayır və qərar verir. Bunu etmək üçün Səfirlik ərizənizin qanuni tələblərə cavab verdiyini yoxlayır. Səfərin məqsədindən asılı olaraq sənədlərinizin yoxlama müddəti 3 ayadək davam edə bilər.İşlənmə müddətinə dair daha dəqiq məlumatı hər səfərə dair tərtib olunmuş müvafiq yaddaş vərəqəsindən əldə etmək olar. Sizin sənədlərinizə dair qərar verildikdən dərhal sonra Alman Nümayəndəliyi Sizinlə əlaqə saxlayacaqdır. Xahiş edirik anlayış göstərəsiniz ki, işlənmə müddətində işin gedişatına dair sualların cavablandırılması bir qayda olaraq mümkün olmayacaqdır. Bundan sonra isə: Yalnız ərizəçinin özü, onun qanuni nümayəndəsi və ya səlahiyyətli nümayəndəsinin sorğuları cavablandırıla bilər.

Pasportun geri qaytarılması

Səfirlik müraciətə dair qərar qəbul etdikdən sonra Sizə email və ya telefon vasitəsilə bu barədə bildiriləcəkdir. Bəzi hallarda Sizə artıq sənəd verərəkən pasportunuzu nə zaman götürə biləcəyiniz haqqında məlumat veriləcəkdir.


Yaxşı yol! Viza sahibləri üçün məlumat

Əgər Sizin viza etiketinizin üzərindəki bütün məlumat düzgündürsə Sizin səfərinizin baş tutmasına artıq heç bir maneə qalmır. Xahiş edirik pasportunuzu əlinizə alan kimi bu məlumatları yoxlayın. Səhvlərin olduğu təqdirdə xahiş olunur bu barədə yubanmadan bizə dərhal məlumatı bildirin ki, biz Sizə yeni viza verə bilək. Əgər Siz bir səhv tapdınızsa, dərhal bizə aşağıdakı email ünvanına yazın: visa@baku.diplo.de

Sizin vizanız Sizin tam adınızı, pasport nömrənizi və fotoşəklinizi göstərir. Burada həmçinin vizanızın etibarlılıq müddəti, yəni Almaniyanın ölkədaxili yaşamaq haqqında icazəsini alanadək qüvvədə olan qalmaq vaxtı əks olunmuşdur.

Bu səbəbdən Almaniyaya gəldikdən dərhal sonra əhalinin qeydiyyatı idarəsində (Einwohnermeldeamt) qeydiyyatdan keçməyi və Xaricilərlə İş üzrə İdarədə (Ausländerbehörde) qəbul vaxtı təyin etməyi unutmayın. Ölkəyə giriş vizası ilə Siz yarım il ərzində 90 gün Şengen ərazisi daxilində səfər edə bilərsiniz.

 

Səhifənin əvvəlinə