Willkommen auf den Seiten des Auswärtigen Amts

Alman vətəndaşlığının əldə edilməməsi haqqında

Məqalə
Nationality
Nationality© Ute Grabowsky/photothek.net

„Alman vətəndaşlığı haqqında“ qanuna əsasən mənşə prinsipinə əsaslanır. Bu o deməkdir ki, Almaniya vətəndaşlığı ilk növbədə alman mənşəli bir valideynin etnik mənsubiyyəti əsasında alınır. 2000-ci ildən etibarən Almaniyada doğulan və əcnəbi valideynlərə malik uşaq üçün də alman vətəndaşlığını almaq mümkündür.


Alman vətəndaşlığını əldə etmək üçün aşağıdakı əsaslar movcuddur:


Rəsmi nikahda doğulmaqla vətəndaşlığın alınması

1 yanvar 1914-cü ildən 1963-cü il dekabrın 31-dək rəsmi nikahda doğulan uşaqlar yalnız alman atası olduğu təqdirdə Almaniya vətəndaşlığını alırdılar.

1964-cü il yanvarın 1-dən sonra və 31 dekabr 1974-cü ilə qədər rəsmi nikahda alman ana tərəfindən doğulan uşaqlar digər bir ölkənin vətəndaşlığına mənsub olmadıqları təqdirdə Almaniya vətəndaşlığını alırdılar.

1975-ci il yanvarın 1-dən sonra rəsmi nikahda doğulan uşaqlar, əgər iki valideyndən biri almandırsa, alman vətəndaşlığını alırlar.

1953-cü il aprelin 1-dən sonra və 1975-ci il yanvarın 1-dən əvvəl alman ananın rəsmi nikahda doğulan və artıq Almaniya vətəndaşlığına malik olan uşaqları 1975-ci il yanvarın 1-dən etibarən Almaniya vətəndaşlığını almaq istədikləri barədə bəyannamə təqdim etmək imkanına malik idilər. Bu bəyannamə ilə müraciət müddəti ilkin olaraq 31 dekabr 1977-ci ildə başa çatdı. 20 avqust 2021-ci il tarixindən etibarən bu uşaqlar və onların övladları on il ərzində Almaniya vətəndaşlığını almaq üçün yenidən bəyannamə təqdim etmək imkanı əldə ediblər. Bu qaydanın tətbiq qrupuna aid olub-olmadığınızı yoxlamaq üçün aşağıdakı meyarlara istinad edə bilərsiniz:

Bəyannamə ilə müraciət etmək səlahiyyətinə malikdir:

  1. Bir alman valideyninin doğularkən alman vətəndaşlığını almamış uşaqları (1975-ci il yanvarın 1-dən əvvəl alman anaya və əcnəbi ataya və ya 1975-ci il yanvarın 1-ə qədər rəsmi nikahdan kənar doğulmuş alman ata və xarici ananın uşaqları),
  2. 1953-cü il aprelin 1-nə qədər Almaniya vətəndaşlığından uşaq doğulmamışdan əvvəl əcnəbi ilə nikah bağlaması ilə „Vətəndaşlıq haqqında qanunun“ 17-ci maddəsinə uyğun olaraq məhrum edilmiş ananın uşaqları;
  3. Doğularkən alman vətəndaşlığına malik olan, sonradan bir əcnəbinin təsiri/müdaxiləsi nəticəsində alman qanunvericiliyinə əsasən „Vətəndaşlıq haqqında qanunun“ köhnə verisyasının maddə 7 № 5-ə uyğun olaraq 04.01.1953-cü il tarixindən əvvəl alman vətəndaşlığını itirmiş uşaqlar,
    və ya
  4. 1-ci və 3-cü bəndlərdə təsvir edilən uşaqların övladları.

Bəyannamə ilə müraciət etmək səlahiyyətinə malikdir deyildir:

  • Bir dəfə alman vətəndaşlığına malik olan və sonra bu vətəndaşlıqdan məhrum olan şəxslər.
  • 31.12.1999-cu il tarixindən sonra xarici ölkədə doğulan və valideynləri tərəfindən bir yaşınadək alman doğum şəhadətnaməsi üçün müraciət edilməyən uşaqlar.
  • Almaniyada və ya xaricdə iki və ya daha çox il müddətinə azadlıqdan məhrum etmə və ya gənclər üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qabaqlayıcı həbs-qətimkan tədbirinə məruz qalmış və ya hazırda həbsdə olan və ya „Vətəndaşlıq haqqında qanun“un 11-ci maddəsinə uyğun olaraq istisna edilmək üçün digər əsasların olduğu şəxslər.

Rəsmi nikahdan kənar doğulmaqla əldə edilmiş vətəndaşlıq:

Alman ananın nikahdan kənar uşaqları 1914-cü il yanvarın 1-dən etibarən anaları vasitəsilə alman vətəndaşlığını alırlar.

Alman atanın nikahdan kənar övladları 1 iyul 1993-cü il tarixindən etibarən Almaniya vətəndaşlığını əldə edirlər, bu şərtlə ki, uşağın 23 yaşı tamam olmamışdan əvvəl atalığın tanınması və ya atalığın müəyyən edilməsi barədə etibarlı sənəd olsun.

Bu uşaqların müvafiq olaraq naturalizasiya imkanı vardır. Əlavə məlumat üçün səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayın.

Alman valideynləri 31 dekabr 1999-cu il tarixindən sonra xaricdə doğulmuş və özləri də /xaricdə doğulan uşaqlar üçün alman vətəndaşlığının əldə edilməsi („Vətəndaşlıq haqqında qanunun“ 4 maddəsinin 4 –cü bəndi)

Alman valideynləri və ya bir alman valideyni 31 dekabr 1999-cu il tarixindən sonra xaricdə anadan olmuş uşaqlar, əgər valideynlər və ya valideynlərdən birinin uşağın doğulduğu vaxt daimi yaşayış yeri xaricdə olubsa və uşaq xaricdə doğulduğuna görə ona xarici vətəndaşlıq verilibsə, bu halda xaricdə doğulan uşağa alman vətəndaşlığı verilmir.

Valideynlər uşağın doğulduğu gündən bir il ərzində Almaniyadakı məsul qeydiyyat şöbəsinə və ya xaricdəki məsul Almaniya diplomatik nümayəndəliyinə uşağın doğum reyestrində qeyd olunması üçün müraciət edərsə, uşaq doğulduğu tarxidən retrospektiv qaydada Almaniya vətəndaşlığını əldə edə bilər.

Övladlığa götürmə yolu ilə vətəndaşlığın əldə edilməsi

1977-ci il yanvarın 1-dən etibarən Almaniya vətəndaşlığı alman valideyn tərəfindən övladlığa götürülməklə də əldə edilə bilər. Əlavə suallar üçün səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayın.

1 yanvar 1959-cu il və 31 dekabr 1976-cı il tarixləri arasında alman valideyn tərəfindən övladlığa götürülən uşaqlar 31 dekabr 1979-cu ilə qədər bəyannamə ilə müraciət yolu ilə Almaniya vətəndaşlığını əldə etmək imkanına malik idilər.

Nikah bağlamaqla legitimləşdirmə/qanuniləşdirmə yolu ilə vətəndaşlığın əldə ediməsi

Qanunilik, qeyri-qanuni uşağın valideynlərinin sonradan nikahın bağlanmasıdır.
Qanuniləşdirmə, məhkəmə tərəfindən uşağın nikahda dünyaya gəlməsini elan etməsi ilə də baş tuta bilər. Bu halda alman vətəndaşlığının əldə edilməsi ümumiyyətlə nikahda doğulan uşaqlara tətbiq edilən şərtlərə əsaslanır. 1998-ci il iyulun 1-dən etibarən Almaniya hüququnda legitimlik/qanuniləşdirmə kimi hüquqi anlayışı artıq mövcud deyildir.

Almaniya vətəndaşlığı 1914-cü il yanvarın 1-dən 1998-ci il iyunun 30-dək qanuniləşdirmə yolu ilə də əldə edilə bilərdi.

Almaniyada anadan olmusunuzsa və valideynləriniz əcnəbidirsə vətəndaşlığın verilməsi

2000-ci il yanvarın 1-dən etibarən əcnəbi valideynlərdən ən az birinin Almaniyada müəyyən yaşama şərtlərinə cavab verədiyi halda Almaniyada doğulan uşağa alman vətəndaşlığı verilir.

Əcnəbinin almanla evlənməsi yolu ilə vətəndaşlığın əldə edilməsi

Alman kişi ilə evlənən əcnəbi qadınlar 1914-cü il yanvarın 1-dən 1953-cü il martın 31-dək avtomatik olaraq Almaniya vətəndaşlığını almışdırlar.

1 aprel 1953-cü ildən 23 avqust 1957-ci il tarixləri arasında alman kişi ilə evlənən əcnəbi qadınlara xüsusi şərtlər tətbiq edilirdi.

Əgər 24 avqust 1957-ci il və 31 dekabr 1969-cu il tarixləri arasında evlənmisinizsə, nikah zamanı və ya ondan sonra bəyannamə ilə müraciət etməklə Almaniya vətəndaşlığını əldə etmək seçimi mövcud olmuşdur.

1970-ci il yanvarın 1-dən etibarən evlilik artıq avtomatik alman vətəndaşlığını almaq üçün səbəb deyildir. Bununla belə, müəyyən şərtlər daxilində Almaniya vətəndaşlarının həyat yoldaşları xaricdən alman vətəndaşlığını əldə etmək üçün müraciət edə bilərlər. Bununla bağlı Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Vətəndaşlığın əldə edilməsinin digər əsasları

Alman vətəndaşlığı həmçinin vətəndaşlığın əldə olunması üçün vəsatət verməklə və ya təltif olunmaqla əldə edilə bilər.

Keçmiş Almaniya Demokratik Respublikasındakı almanlar Almaniya vətəndaşları idilər və indi də Almaniya vətənbdaşıdırlar. Əgər siz Almaniya Demokratik Respublikasının vətəndaşlığını əldə etmisinizsə (məsələn, Sizə ADR-də şəxsiyyət vəsiqəsi verilmişdir), xahiş olunur, səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayın.

Xüsusi qaydalar, İkinci Dünya Müharibəsi zamanı kollektiv naturalizasiya yolu ilə Almaniya vətəndaşlığını almış olan Mərkəzi və Şərqi Avropadakı alman milli azlıqlarının üzvlərinə də şamil edilir. Əgər siz bu qrupa aidsinizsə, səfirliklə əlaqə saxlamağınız xahiş olunur.

Viza və konsulluq şöbəsi ilə əlaqə

Səhifənin əvvəlinə