Willkommen auf den Seiten des Auswärtigen Amts

Nikah bağlamaqla legitimləşdirmə/qanuniləşdirmə yolu ilə vətəndaşlığın əldə ediməsi.

Məqalə

Qanunilik, qeyri-qanuni uşağın valideynlərinin sonradan nikahın bağlanmasıdır. Qanuniləşdirmə, məhkəmə tərəfindən uşağın nikahda dünyaya gəlməsini elan etməsi ilə də baş tuta bilər. Bu halda alman vətəndaşlığının əldə edilməsi ümumiyyətlə nikahda doğulan uşaqlara tətbiq edilən şərtlərə əsaslanır. 1998-ci il iyulun 1-dən etibarən Almaniya hüququnda legitimlik/qanuniləşdirmə kimi hüquqi anlayışı artıq mövcud deyildir.

Almaniya vətəndaşlığı 1914-cü il yanvarın 1-dən 1998-ci il iyunun 30-dək qanuniləşdirmə yolu ilə də əldə edilə bilərdi.

Səhifənin əvvəlinə