Willkommen auf den Seiten des Auswärtigen Amts

Korrupsiyanın qarşısının alınması

Məqalə

Federal administrativ orqanlarda korrupsiyanın qarşısının alınması  haqqında 30 iyul 2004-cü il tarixli direktivi Federal Xarici İşlər Nazirliyinin mərkəzi aparatı və diplomatik missiyalarda korrupsiyanın qarşısının alınması üçün hüquqi bazanı təşkil edir. 

Korrupsiyanın qarşısının alınması

Federal administrativ orqanlarda korrupsiyanın qarşısının alınması  haqqında 30 iyul 2004-cü il tarixli direktivi Federal Xarici İşlər Nazirliyinin mərkəzi aparatı və diplomatik missiyalarda korrupsiyanın qarşısının alınması üçün hüquqi bazanı təşkil edir. Direktivin məqsədi azsaylı və birmənalı göstərişlər vasitəsi ilə loyal, ədalətli və şəffaf idarəetmə fəaliyyəti üçün istiqaməti müəyyənləşədirməkdir.

Federal Xarici İşlər Nazirliyinin mərkəzi aparatı, ezam edilmiş diplomatlar və yerli kadrların şüurunda etik prinsiplər və korrupsiyadan imtina möhkəm yer tutumalıdır. Federal Xarici İşlər Nazirliyinin mərkəzi aparatı və diplomatik missiyalarda korrupsiyanın qarşısının alınması çərçivəsində  əməkdaşların bu mövzuya həssaslıqlarını artırılması, mümkün korrupsiya risklərindən müdafiə   və yüksək etik və hüquqi standartların saxlanılması kimi vacib məsələlər administrativ fəaliyyətin ayrılmaz hissəsidir.

Mükafatlar, şəxsi hədiyyələr və ya digər imtiyazlar

Qüvvədə olan prinsip: Qəbul qadağanı!

Federal Xarici İşlər Nazirliyinin mərkəzi aparatı, ezam edilmiş diplomatlar və yerli kadrlara rəhbərliyin razılığı olmadan xidməti vəzifələrlə bağlı mükafatlar, hədiyyələr və ya digər imtiyazlar qəbul etmək qadağandır. Bütün digər qaydalar federal administrativ orqanlarda mükafat və ya hədiyyələrin qəbul edilməsinin qadağan olmasına dair Federal Daxili İşlər Nazirliyinin 08.11.2004-cü il tarixli  məktubunda və Federal Xarici İşlər Nazirliyinin birmənalı sirkular əmrlərində öz əksini tapmışdır. Mükafatlar, hədiyyələr və ya digər imtiyazların (faydaların) qəbulu haqqında daha ətraflı məlumatı və tez-tez verilən suallara cavabları  Federal Daxili İşlər Nazirliyinin rəhbərliyi altında Federal Administrasiya və iqtisadiyyat dairələrinin birgə korrupsiya qarşısının alınması üzrə Təşəbbüs Qrupu tərəfindən hazırlanmış sual-cavab kataloqundan əldə edə bilərsiniz.

Siz korrupsiya qarşısının alınması mövzusuna aid sual və qeydlərinizi və Federal Xarici İşlər Nazirliyində korrupsiya qarşısının alınması üzrə müvəkkilə göndərə bilərsiniz.

Səhifənin əvvəlinə