Willkommen auf den Seiten des Auswärtigen Amts

Sağlamlıq imkanları məhdud insanların bu internet səhifəsindən maneəsiz istifadəsinə dair bəyannamə

Məqalə

Almaniyanın Federal Xarici İşlər Nazirliyi və xaricdəki diplomatik nümayəndəlikləri Avropa İttifaqı Parlamenti və Şurasının direktivlərinin (EU) 2016/2102  həyata keçirilməsi məqsədilə milli qanunvericilik ilə uzlaşdırılaraq öz internet səhifələrini maneəsiz etməyə səy göstəririlər.
Maneəsiz istifadəyə dair bəyannamə bu internet səhifəsinin hazırda internetdə mövcud olan versiyasına aiddir.
Bu səhifə 17 sentyabr 2020-ci ildə yaradılıb.

Hansı hissələr maneəsiz deyildir? 

Maneəsiz olmayan bölmələr:

  • PDF yükləmələri. Biz maneəsiz olmayan PDF fayllarını mümkün qədər tezliklə maneəsiz versiya ilə əvəz etməyə çalışırıq.
  • Qismən videoların subtitrləri. Videolar  səhifəyə qoyularkən subtitrlər yoxdursa mümkün qədər ən qısa müddətdə  subtitrləri çatdırıb daxil etməyə çalışırıq.

Rəylər  və əlaqə

SBu internet səhifəsində mövzulara maneəsiz girişdə çatışmamazlıqlar nəzərinizə çarpdımı? Yoxsa maneəsiz isitafdəyə dair suallarınız varmı? Belədirsə bizimlə əlaqə saxlaya bilərsiniz. Xahiş olunur bu məqsədlə təqdim olunan rəy üçün formadan istifadə edin.
Bizə poçtla və ya telefonla da müraciət edə bilərsiniz.
Almanca  işarə dilində sorğunuzu burada təqdim edə bilərsiniz. Xatırladaq ki, işarə dili ilə olan telefon alman dilindədir.

Arbitraj prosesi

Sağlamlıq İmkanları Məhdud İnsanlarla İş üzrə Federal Hökumətin məvəkkili yanında əlillərin hüquqularının müdafiəsi qanunu (BGG)-nin 16-cı maddəsinə  uyğun olaraq arbitraj idarəsi vardır. Arbitraj idarəsinin vəzifəsi, əlillərlə Federal Hökumətin dövlət orqanları arasındakı ziddiyyətləri həll etməkdir.
Yuxarıdakı əlaqə imkanından gələn cavablar sizi qane etmirsə, Siz arbitraj idarəsini bu məsələyə cəlb edə bilərsiniz. Söhbət qalib və ya məğlub olanları tapmaqdan getmir.  Məqsəd daha çox arbitraj şurasının köməyi ilə ortaq və məhkəmədən kənar şəkildə hər hansı bir  problemin həllini tapmaqdır.
Arbitraj proseduru pulsuzdur. Ayrıca hüquqi yardıma ehtiyacınız yoxdur.
Arbitraj idarəsinin internet səhifəsində arbitraj proseduru haqqında bütün məlumatları (alman və ingilis dillərində) tapa bilərsiniz. Orada Siz arbitraj prosedurunun necə baş tutduğunu və arbitraj prosesi üçün ərizə ilə necə  müraciət etməyin yolları haqqında məlumatla tanış ola bilərsiniz. Siz ərizənizi sadə dildə və ya almanca işarə dilində də təqdim edə bilərsiniz.
Arbitraj idarəsinə aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Schlichtungsstelle nach dem Behindertengleichstellungsgesetz bei dem Beauftragten der Bundesregierung für die Belange von Menschen mit Behinderungen (Sağlamlıq imkanları məhdud insanlarla iş üzrə Federal Hökumətin məvəkkili yanında əlillərin hüquqularının müdafiəsi qanununa əsasən arbitraj idarəsi)

Mauerstraße 53 
10117 Berlin 
telefon: +49 (0)30 18 527-2805 
faks: +49 (0)30 18 527-2901 
email: info@schlichtungsstelle-bgg.de
internet səhifə: www.schlichtungsstelle-bgg.de 

Səhifənin əvvəlinə