Willkommen auf den Seiten des Auswärtigen Amts
Milli viza
Qalma müddəti 3 aydan çox
Altı ay ərzində 90 gündən artıq davam edən qalma müddətləri və ya Almaniyada ailə birləşməsi, təhsil almaq və yaxud əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə həyata keçirilən səfərlər üçün, bir qayda olaraq, viza tələb olunur. Almaniyaya daxil olduqdan sonra Xaricilərlə İş üzrə İdarə (Ausländerbehörde) Səfirlik tərəfindən əvvəlcədən verilmiş viza əsasında sizə yaşayış icazəsi (Aufenthaltserlaubnis) verir.
Milli vizanın alınması üçün atılan 6 addım
Viza müraciəti prosesi ilə bağlı ümumi məlumatları və tez-tez verilən suallara (FAQ) dair izahları diqqətlə nəzərdən keçirin.
Müvafiq qalma məqsədinizə uyğun viza müraciəti üçün hansı sənədlərin tələb olunduğunu sizin üçün hazırladığımız yoxlama siyahılarında tapa bilərsiniz. Buna görə də, xahiş edirik, burada yerləşdirilmiş məlumat vərəqələrimizi diqqətlə nəzərdən keçirəsiniz.
Görüş vaxtının təyin edilməsi üçün tələb olunan addımlar qalma məqsədindən asılı olaraq fərqlənir. Bu səbəbdən sizin üçün ətraflı məlumat hazırlamışıq.
Aşağıda qeyd olunan məqsədlər üzrə müraciət edən şəxslər əvvəlcə sənədlərini Xaricdəki Müraciətlər Portalına (Auslandsportal) yükləməlidirlər. Sənədlərin ilkin yoxlanışı uğurla başa çatdıqdan sonra biometrik məlumatların təqdim edilməsi üçün xarici xidmət təminatçımız TLS Contact -a müraciət etməlidirlər
- Şans Kartı vizası
- (Aİ) Mavi Kart vizası
- Universitet məzunlarının iş üçün viza
- Peşə təhsilinə başlamaqla iş üçün viza
- İxtisaslaşmış peşə təcrübəsinə əsaslanan iş üçün viza
- Kvalifikasiya təhlili aparmaq üçün viza
- Universitet təhsili və universitet yeri axtarmaq üçün viza
- Peşə təhsili, əlavə təhsil və təkmilləşdirmə təhsil yeri axtarmaq üçün viza
- Peşə təhsilinin qismən tanınması əsasında əmək fəaliyyətinə başlamaq üçün viza (§6d AufenthG)
- İxtisaslı mütəxəssislər üçün sürətləndirilmiş prosedur (§ 81a AufenthG)
- Qısamüddətli kvota əsasında əmək fəaliyyəti (§ 19c I AufenthG i.V.m § 15d BeschV)
- 90 gündən artıq davam edən dil kursu
- Peşəkar sürücü kimi əmək fəaliyyəti
- Təcrübə proqramı (Praktikum)
Aşağıda qeyd olunan qalma məqsədləri üzrə hazırda Xaricdə Müraciətlər Portalında (Auslandsportal) ilkin sənəd yoxlanışından keçmək mümkün deyil. Bu səbəbdən, 1-ci addımda göstərilən sənədləri əlavə etməklə viza müraciətinizi bizim kənar viza mərkəzi TLS Contact-a təqdim etməlisiniz:
Aşağıda qeyd olunan qalma məqsədləri üzrə də hazırda Xaricdəki Müraciətlər Portalında (Auslandsportal) ilkin sənəd yoxlanışından keçmək mümkün deyil. Bu halda, görüş vaxtını təyin etdikdən sonra 1-ci addımda göstərilən sənədlərlə birlikdə viza müraciətinizi birbaşa Səfirliyə təqdim etməlisiniz:
- Au-pair
- Ailə birləşməsi
- Könüllü xidmət
- 3 aydan artıq davam edən hospitasiya
- Alman köçkünləri (Spätaussiedler)
- Yəhudi immiqrasiyası
- Ölkə ərazisinə təkrar giriş
- Burada qeyd olunmayan, 90 gündən artıq davam edən digər qalma məqsədləri (məsələn, fərdi məşğulluq)
Viza mərkəzində görüş təyin etmisiniz? Elə isə ərizənizi və tələb olunan sənədlərin əslini və sutrətini təyin edilmiş vaxtda şəxsən orada təqdim edin. Ərizəniz artıq xarici portala (Auslandsportal) yüklənibsə, biometrik məlumatların təqdim olunduğu görüşə lazımi sənədlərin əslinin özünüzlə götürdüyünüzdən əmin olun.
Görüş günü Siz bundan başqa müvafiq viza rüsumlarını da ödəyirsiniz. Biometrik məlumatlarınız toplanır və siz rüsumu ödəyirsiniz.
Əgər bu, Almaniya Yaşayış Qanununun (AufenthG) 81a-cı maddəsinə əsasən ixtisaslı mütəxəssislər üçün sürətləndirilmiş prosedurçərçivəsində edilən müraciət deyilsə, biometrik məlumatlar təqdim edildikdən sonra baxılma müddəti təxminən 12 həftə təşkil edir.
Ayrı-ayrı hallarda sistemin yaddaşında saxlanılan barmaq izlərinin (məs.: keyfiyyətsizlk və ya texniki problem səbbindən) yeni proqram üçün istifadə oluna bilməzsə sizdən barmaq izlərini yenidən götürmək məcburiyyətində olacayıq.
Müraciətinizin yoxlanılması və onunla bağlı qərarın qəbul edilməsi yalnız Səfirlik tərəfindən həyata keçirilir. Bu zaman təqdim edilmiş müraciət sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluq hər bir hal üzrə fərdi qaydada yoxlanılır.
Əgər müraciət Almaniya Yaşayış Qanununun (AufenthG) 81a-cı maddəsinə əsasən ixtisaslı mütəxəssislər üçün sürətləndirilmiş prosedur çərçivəsində edilməyibsə, biometrik məlumatlar təqdim edildikdən sonra müraciətə baxılma müddəti təxminən 12 həftə təşkil edir. Səfər planlarınızı qurarkən bu müddəti mütləq nəzərə alın. Belə ki, məsələn, işə başlamaq üçün nəzərdə tutulan tarix və ya kursun başlama tarixi müraciətə baxılma prosesində nəzərə alına bilməz. Yuxarıda qeyd olunan müddət ərzində müraciətin vəziyyəti ilə bağlı göndərilən sorğular Səfirlik tərəfindən cavablandırılmır.
Əgər əlavə sənədlərin təqdim edilməsi tələb olunarsa, müraciətə baxılma müddəti daha da uzana bilər. Müraciətin hansı mərhələdə olması ilə bağlı sorğuların, bir qayda olaraq, cavablandırılmadığını nəzərə almağınızı xahiş edirik.
Nəzərinizə çatdırırıq ki, viza proseduru çərçivəsində şəxsi məlumatlarınız da toplanılır.
Müraciətinizə baxılması tam başa çatdıqdan sonra, əgər biometrik məlumatlarınızı TLS Contact vasitəsilə təqdim etmisinizsə, pasportunuz TLS Contact-a geri göndəriləcəkdir.
Pasportun Səfirlikdən şəxsən götürülməsi yalnız biometrik məlumatlarınızı birbaşa Səfirlikdə təqdim etdiyiniz hallarda mümkündür.
Vizanın üzərində sizin tam adınız, pasport nömrəniz və şəkliniz qeyd olunur. Həmçinin vizanın təsdiq edilmiş etibarlılıq müddəti göstərilir. Bu müddət ərzində Almaniyaya daxil ola və zərurət yarandıqda ölkə daxilində yaşayış icazəsi (Aufenthaltstitel) almaq üçün müraciət edə bilərsiniz.
Viza etiketini aldıqdan dərhal sonra üzərindəki bütün məlumatların düzgünlüyünü yoxlamağınız xahiş olunur. Hər hansı səhv aşkar edildikdə, bu barədə vizanı verən müvafiq viza şöbəsinə dərhal məlumat verilməlidir.
Bir dəfə verilmiş viza sonradan düzəldilə, uzadıla və ya dəyişdirilə bilməz. Artıq verilmiş vizada hər hansı dəyişikliyin edilməsi üçün yeni müraciət təqdim olunmalıdır. Əgər bütün məlumatlar düzgündürsə, Almaniyaya səfəriniz üçün artıq heç bir maneə yoxdur.
Almaniyaya daxil olduqdan dərhal sonra yaşadığınız yer üzrə qeydiyyat idarəsində (Einwohnermeldeamt) qeydiyyatdan keçməyi və həmçinin Xaricilərlə İş İdarəsində (Ausländerbehörde) görüş təyin etməyi unutmayın.
Giriş vizası ilə yarım il/6 ay ərzində Şengen zonası daxilində 90 günədək səyahət edə bilərsiniz.
Əgər sizə viza əvəzinə imtina qərarı (Ablehnungsbescheid) təqdim olunubsa, həmin sənəddə müraciətinizin hansı səbəbdən rədd edildiyi göstərilir.
Siz istənilən vaxt tam, ətraflı və yoxlanıla bilən sənədlərlə yeni viza müraciəti təqdim edə bilərsiniz.
Xarici nümayəndəliyin qəbul etdiyi qərara qarşı remonstrasiya (inzibati qaydada etiraz) vermək mümkün deyil. Əlavə məlumatları imtina qərarında tapa bilərsiniz.
İşlənməsi davam edən viza müraciətinin aktual vəziyyəti ilə bağlı sorğular
Biometrik məlumatlarınızı təqdim etdikdən və bütün tələb olunan sənədləri tam şəkildə təhvil verdikdən sonra müraciətinizin baxılma müddəti bir neçə həftə təşkil edir. Xahiş edirik, anlayışla qarşılayasınız ki, bütün sənədlərin tam şəkildə təqdim edildiyi və biometrik məlumatların götürüldüyü tarixdən etibarən 12 həftə ərzində müraciətinizin hazırkı vəziyyəti ilə bağlı sorğularınızı cavablandıra bilmirik.Hər bir məlumat sorğusu zamanı müraciətinizin icra prosesi dayandırılır, işiniz mümkün uyğunsuzluqların olub-olmaması baxımından yoxlanılır. Bu isə müraciətinizin baxılma müddətinin daha da uzanmasına səbəb olur, çünki həmin müddət ərzində işinizin icrası mümkün olmur. Əlavə məlumat və ya sənədlərə ehtiyac yarandığı təqdirdə Səfirlik sizinlə əlaqə saxlayacaqdır. Müraciətinizin tam sənədlər təqdim edildiyi tarixdən etibarən 12 həftəlik baxılma müddəti başa çatdıqdan sonra məlumat sorğunuz cavablandırıla bilər. Nəzərə alın ki, işəgötürəniniz və ya ailə üzvləriniz tərəfindən Almaniyanın Federal Məşğulluq Agentliyinə (Bundesagentur für Arbeit – ZAV) və ya Almaniyadakı Xaricilərlə İş üzrə İdarəyə (Ausländerbehörde) təqdim edilən sənədlər də bu müddətə təsir göstərir. Belə hallarda məlumat sorğusuna yalnız həmin qurumlara sonuncu sənədin təqdim edildiyi tarixdən ən azı 12 həftə keçdikdən sonra cavab verilə bilər.
TLS Contact vasitəsilə müraciət edilmiş milli vizanın hazırkı işlənmə statusunu TLS Contact-ın internet səhifəsi vasitəsilə izləmək mümkündür. Əlavə suallarınız yaranarsa, TLS Contact ilə əlaqə saxlaya bilərsiniz. Bəzi müraciət növləri üzrə sənədlər (Auslandsportal) Xaricdə Müraciətlər Portalı vasitəsilə təqdim edildikdə, müraciətin statusunu həmin portal üzərindən də izləmək mümkündür. Birbaşa Səfirliyə təqdim edilmiş müraciətlər üçün onlayn izləmə imkanı mövcud deyil və müraciətin hazırkı vəziyyəti ilə bağlı fərdi məlumat verilmir.
Xahiş olunur nəzərə alın ki, Federal Məşğulluq Agentliyindən (ZAV) və ya Xaricilərlə İş üzrə İdarədən (Ausländerbehörde) tələb olunan cavablar daxil olduqdan sonra müraciətinizin Səfirlikdə baxılması prosesi davam etdirilir. Bu səbəbdən, Almaniyadakı digər dövlət qurumlarından tələb olunan cavabların və sənədlərin artıq təqdim edildiyini düşünsəniz belə, səbirli olmağnızı xahiş edirik.
Əmin ola bilərsiniz ki, Səfirliyin əməkdaşları müraciətlərin mümkün qədər qısa müddətdə baxılması üçün səy göstərirlər və hər hansı yenilik olduğu təqdirdə sizinlə əlaqə saxlayacaqlar.