Willkommen auf den Seiten des Auswärtigen Amts

MƏSULİYYƏTDƏN İMTİNA BƏYANATI: Bu „Tez-tez verilən suallar“ bölməsində (FAQ) yer alan bütün məlumatlar mətnin tərtib edildiyi an üçün səfirliyin əldə etdiyi məlumat və qiymətləndirmələrə əsaslanır. Lakin, sonradan baş verə biləcək dəyişikliklər səbəbindən, məlumatların tamlığı və doğruluğuna zəmanət verilmir.

FAQ

Uşaqlar da şəxsiyyətlərini təsdiqləmək üçün görüşə şəxsən gəlməlidirlər.

Azərbaycanda verilən rəsmi sənədlər ASAN Xidmət Mərkəzləri tərəfindən apostil edilməlidir. Əlavə məlumatı aşağıdakı internet saytından əldə edə bilərsiniz:

Almaniya Federativ Respublikasının Səfirliyi viza müraciətləri çərçivəsində apostil proseduru ilə bağlı məlumatları toplayaraq nəzərinizə çatdırır:
• Apostil sənədin əsli üzərində yerləşdirilməlidir.
• Təhsil və ya tədqiqat məqsədilə viza müraciəti üçün həm diplomlarınız  həm də diploma əlavə/qiymət cədvəli üçün apostil tələb olunur. Əgər məktəbi bitirmə haqqında attestatınız varsa, həmin attestatın qiymət cədvəli daxil olmaqla apostil edilməsi tələb olunur.

Azərbaycan idarələri QR kodu ilə elektron şəkildə verilən buraxılış sənədlərinə apostil qoymur. Viza müraciətiniz üçün bu sənədi Azərbaycanda qeydiyyatdan keçmiş tərcüməçi tərəfindən tərcümə etməlisiniz və bu tərcümə ASAN Xidmət Mərkəzləri tərəfindən apostil edilməlidir.

• Ailə birləşməsi üçün nikah şəhadətnaməsi, boşanma şəhadətnaməsi (əgər varsa), yetkinlik yaşına çatmayan uşaqların qəyyumluq sənədi (əgər varsa) və yetkinlik yaşına çatmayan uşaqların doğum şəhadətnamələri (əgər varsa) üçün apostil tələb olunur.

• Məşğulluq/işlə bağlı hallarda ən son universitet diplomuna apostil tələb olunur. 

Azərbaycan idarələri QR kod ilə elektron şəkildə verilən buraxılış sənədlərinə apostil vermir. Viza müraciətiniz üçün bu sənədi Azərbaycanda qeydiyyatdan keçmiş tərcüməçi tərəfindən tərcümə etməlisiniz və bu tərcümə ASAN Xidmət Mərkəzləri tərəfindən apostil edilməlidir.

• Əsasən apostilin  tərcüməsinə ehtiyac olmur.  Bəzi hallarda isə Səfirlik tərcümənin gətrilməsini tələb edə bilər.
• Almaniya Federativ Respublikasının Səfirliyi tərəfindən artıq leqallaşdırılmış sənədlər üçün apostil tələb olunmur.
• Almaniyada və ya Avropa Birliyi daxilində verilmiş sənədlər üçün apostil tələb olunmur.

Digər ölkələrdə verilmiş sənədlərlə bağlı leqallaşdırmanın (məsələn, Malayziya və ya Birləşmiş Krallıqda verilən sənədlər) və ya apostilin(məsələn, Sinqapur, ABŞ və ya Avstraliyada verilən sənədlər)  tələb olunduğu barədə məlumatı həmin ölkədə fəaliyyət göstərən Almaniya  Federativ Respublikasının diplomatik nümayəndəliyinin rəsmi internet səhifəsindənəldə edə bilrəsiniz.

Yalnız "Association of Language Testers in Europe"(ALTE) standartlarına uyğun standartlaşdırılmış dil imtahanına əsaslanan dil sertifikatları alman dili biliklərini sübut kimi qəbul edilə bilər.

Bu, hazırda imtahanın keçirildiyi yerdən asılı olmayaraq aşağıdakı qurumların sertifikatlarına aiddir:

• Goethe-Institut e.V.,
• Telc GmbH,
• Österreichisches Sprachdiplom (ÖSD),
• TestDaF-Institut e.V. (Hagen Universiteti və Bochum Ruhr Universiteti ; dil biliyi səviyyəsi GER səviyyəsindən "B2" başlayır),
• ECL İmtahan Mərkəzi (imtahan qurumu; imtahanlar AFU GmbH tərəfindən keçirilir).

Bir qayda olaraq, imtahan tarixi viza proseduru zamanı biometrik məlumatların verilməsi üçün şəxsi görüş tarixində 2 il ildən çox olmamalıdır. Ayrı-ayrı imtahan modulları üzrə imtahan təkrar verilibsə, ən əvvəl uğurla keçən modulun tarixi tətbiq olunur. Imtahanın ayrı-ayrı modulları tanınmış təhsil müəssisələri olması şərtilə, müxtəlif imtahan institutlarında verilə bilər.

Almaniyada verilən dil imtahanları, yuxarıda adı çəkilən imtahan institututlarından biri və ya onların lisenziyalı tərəfdaşları tərəfindən verilibsə və dil sertifikatları müvafiq olaraq verilibsə, qəbul edilə bilər. Digər dil məktəblərinin dil sertifikatları, hətta həmin məktəblərin inteqrasiya kursları keçirmək səlahiyyəti olsa belə, tanınmaq üçün uyğun deyil.

İstisna yalnız səlahiyyətli imtahan institutu tərəfindən verilmiş ixtisas üzrə dil imtahanları üçün sertifikatlardır.

Əgər işəgötürəniniz tələb olunan B1 səviyyəsində kifayət qədər dil bacarıqlarınıza (dinləmə, oxuma, danışma, yazı) sahib olduğunuzu təsdiqləyə bilirsə, viza müraciəti prosesinin bir hissəsi olaraq bu məktubun əslini təqdim edə bilərsiniz. Bununla belə, nəzərə alın ki, təliminizin bir hissəsi olaraq peşə məktəbində oxuyacaqsınızsa, B1 səviyyəsində (dinləmə, oxuma, yazma və danışma) kifayət qədər dil bacarıqlarınıza sahib olduğunuzu bildirən peşə məktəbindən orijinal təsdiq də təqdim etməlisiniz. Alternativ olaraq, tələb olunan səviyyədə tanınmış dil sertifikatı təqdim edə bilərsiniz (müvafiq imtahan modulunun verilmə tarixi 24 ayı keçməmişdirsə).

Dil sertifikatındakı imtahan tarixi viza proseduru zamanı biometrik məlumatların verilməsi üçün şəxsi görüş tarixində 2 il ildən çox olmamalıdır. Ayrı-ayrı imtahan modulları üzrə imtahan təkrar verilibsə, ən əvvəl uğurla keçən modulun tarixi tətbiq olunur. Imtahanın ayrı-ayrı modulları tanınmış təhsil müəssisələri olması şərtilə, müxtəlif imtahan institutlarında verilə bilər.

Yalnız tam şəkildə təqdim edilmiş ərizələrin müsbət cavablandırma şansı var. Sənədləriniz natamamdırsa, xahiş edirəm görüşünüzü ləğv edin. Zəhmət olmasa, bütün sənədlərin tamamlandığı bir vaxtda yeni görüş təyin edin.

İmmiqrasiya orqanının iştirakı prosesin yalnız bir hissəsidir və işlənmə hələ başa çatmayıb. Yekun qərar qəbul edilən kimi dərhal sizinlə əlaqə saxlayacağıq. Əmin olun ki, səfirlik ərizənizi mümkün qədər tez yekunlaşdırmaq üçün hər cür səy göstərir.

Milli viza üçün müraciətlərin işlənməsi 12 həftəyə qədər çəkə bilər, lakin bu müddət fərdi hallardan asılı olaraq dəyişə bilər. Dəqiq təxmini qiymətləndirmə vermək mümkün deyil.

Təyin olunmuş görüşdə iştirak edə bilərsiniz. Zəhmət olmasa, həm köhnə, həm də yeni pasportlarınızı özünüzlə gətirin.

Vizanız müəyyən bir səfər məqsədi üçün verilib. Bir qayda olaraq səfər məqsədini dəyişdirmək mümkün deyil və vətəndaşı olduğu ölkədə yeni viza müraciətinin edilməsi zəruridir. Almaniyadakı səlahiyyətli miqrasiya idarəsi sizə mümkün olan hər hansı istisnalar barədə məsləhət verə bilər.

Verilmiş vizanın məhdud etibarlılıq müddəti var. Pasportu və ya vizanı gec alsanız, vizanın müddəti bitməmişdən əvvəl Almaniyaya daxil ola biləcəyinizdən əmin olmalısınız. Etibarlılıq tarixlərini dəyişdirmək mümkün deyil. Etibarlılıq müddəti bitdikdən sonra yeni viza müraciəti prosesinə başlamalısınız (görüş təyin etmək, rüsumu ödəmək, ərizə sənədlərini təqdim etmək və sənədlərin işlənməsini gözləmək daxil olmaqla).

Doktorantura (PhD) üçün digər tələbələr kimi eyni sənədləri təqdim etməlisiniz. Almaniya təqaüdünə maliksinizsə  bu halda bloklanmış hesab təqdim etmək lazım deyildir.

Bakalavr və ya magistr dərəcəsi almaq niyyətində olmağınızdan asılı olmayaraq, viza müraciəti siyahımızda sadalanan bütün sənədləri təqdim etməlisiniz.

Ərizə sorğunuzu onlayn portal vasitəsilə təqdim edə bilərsiniz, burada sənədlərinizi addımbaaddım yükləyə və hər addımda yaddaşda saxlaya bilərsiniz. Sənədlərinizi təqdim etdikdən sonra, müraciətinizin tamamlanıb-tamamlanmadığını sizə bildirəcəyik. Daha sonra birbaşa lazımi düzəlişlər və ya uyğunlaşdırmalar edə bilərsiniz. 

Daha sonra Sizə yerində görüş təyin edilərək  məlumat göndərilir. Bundan sonrakı prosedur sürətli və səmərəlidir: yerində orijinal sənədlərinizi təqdim edir, biometrik məlumatlarınızı (barmaq izləri və fotoşəkil) təqdim edir və rüsumu ödəyirsiniz.

Portalda aşağıdakı kateqoriyalar mövcuddur:

Gələcəkdə yeni kateqoriyalar əlavə olunacaqdır.

Burada "Portal" haqqında ətraflı məlumat, eləcə də tez-tez verilən suallara cavablar tapa bilərsiniz.

Səhifənin əvvəlinə