Willkommen auf den Seiten des Auswärtigen Amts
Milli viza üçün müraciətə dair ümumi məlumatlar
Milli viza üçün müraciətə dair ümumi məlumatlar
Əgər Siz 90 gündən artıq fasiləsiz Almaniyada qalmaq istəyirsinizsə, məs.: təhsil, iş və ya ailə birləşməsi üçün, bu halda milli viza üçün (D-Vizası) müraciət etməlisiniz. Milli viza yaşamaq üçün yalnız qanunla tənzimlənən məqsədin olduğu təqdirdə verilə bilər. Xahiş olunur tələb olunan sənədlərin siyahısını səfirliyin məlumat vərəqələrini oxumaqla əldə edin.
Sizin daimi yaşayış yeriniz Azərbaycan olduğu halda səfirlik Sizin viza müraciətinizin işlənməsinə cavabdehdir. Əgər Siz ən az 6 ay müddətində Azərbaycanda qalmısınızsa, yaşayış yerinizin Azərbaycanda olduğunu güman etmək olar. Azərbaycan vətəndaşlığı olmayanlar bunu Azərbaycanda oturum icazəsini göstərən sənəd ilə təsdiq edirlər. Bu məsələdə Sizin hansı dövlətin vətəndaşı olmağınızın fərqi yoxdur. Daimi yaşayış yeri Azərbaycandan kənarda olan Azərbaycan vətəndaşları viza üçün yaşadıqları ölkədə səlahiyyətli alman nümayəndəliyinə müraciət etməlidirlər.
Aşağıdakı məqsədlər üçün milli viza müraciətləri yalnız əvvəlcədən görüş təyin edilməklə kənar xidmət təminatçısı olan TLScontact tərəfindən qəbul edilir:
“Yaşama Haqqında Qanun”un (AufenthG) 16d maddəsi
Qısamüddətli kvotalı əmək fəaliyyəti
90 gündən artıq davam edən dil kursları
Yük maşını və avtobus sürücüsü kimi əmək fəaliyyəti
Praktika
90 gündən artıq davam edən tibbi müşahidə təcrübəsi (hospitasiya)
“Yaşama Haqqında Qanun”un (AufenthG) 81a maddəsinə əsasən ixtisaslı mütəxəssislər üçün sürətləndirilmiş prosedur
Xahiş olunur bu məqsədlə milli viza üçün görüş vaxtı təyin edin.
Viza müraciətlərini qəbul edən mərkəzin ünvanı aşağıdadır: Xocalı prospekti 37, Dəmirçi Biznes Mərkəzi, 3-cü mərtəbə, AZ 1025 Bakı.
Milli viza müraciətlərinin qəbulu:
Mavi kart (Aİ)
Muzdlu əmək fəaliyyəti (müəyyən şərtlər daxilində və “Yaşama Haqqında Qanun”un 81a maddəsi uyğun mütəxəssis proseduru tətbiq edilmədən)
Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları
Şans kartı
Peşə təhsili və ixtisasartırma
üçün bütün tələb olunan sənədlərlə birlikdə yalnız online qaydada Almaniyanın Xarici İşlər Nazirliyinin internet portalı üzərindən həyata keçirilir.
Onlayn proses çərçivəsində səfirlik kənar viza xidməti olan TLScontact kənar viza xidməti ilə işləyir.
Xahiş olunur internet portalında qeydiyyat ilə yanaşı həmçinin TLScontactdan qeydiyyatdan keçin. TLScontact sənədlərinizin tam şəkildə hazırlandığını onlayn qaydada yoxlayır. Bütün sənədlər hazır olduqda, sizə ən yaxın viza qəbulu mərkəzində görüş təyin olunacaq. Orada barmaq izləriniz götürüləcək və viza rüsumlarını da saytda ödəyəcəksiniz. Daha sonra ərizəniz səfirliyə göndəriləcək. Viza müraciətinizlə bağlı qərarı kənar viza xidməti deyil, məhz səfirlik verir. İstənilən vaxt Alman XİN-nin internet portalı vasitəsilə müraciətinizin işlənməsinin hansı mərhələdə olduğunu izləyə bilərsiniz.
Aşağıdakı milli viza müraciətləri:
Au-pair
Ailə birləşməsi
Könüllülük xidməti
90 gündən artıq davam edən tibbi müşahidə təcrübəsi (hospitasiya)
Alman immiqrasiyası (Repatriantlar)
Yəhudi immiqrasiyası
Ölkəyə təkrar giriş
90 gündən artıq qalmaqla burada adı qeyd olunmayan digər səfər məqsədləri üçün ərizələrin qəbulu birbaşa səfirliyin viza şöbəsində həyata keçirilməyə davam edir.
Viza üçün müraciət yalnız səfirliyin rəsmi internet səhifəsi vasitəsilə əvvəlcədən görüş vaxtı təyin edildikdən sonra mümkündür. Hər bir ərizəçinin adına (azyaşlı uşaqlar da daxil olmaqla) ayrıca görüş vaxtı təyin edilməlidir. Görüş vaxtının təyin edilməsi ödənişsizdir. Səfirliyin qəbul sisteminə aşağıdakı link vasitəsilə daxil ola bilərsiniz.
Xahiş olunur öncədən qəbul vaxtı təyin etmək haqqında düşünün, belə ki, milli viza üçün qəbul vaxtları mütəmadi olaraq bir neçə həftə əvvəl tutulduğundan boş yerlər qalmır.
Ərizə-anket, Yaşamaq haqqqında qanunun § 54-cü paraqrafına əsasən bəyannamə, habelə ayrı-ayrı məqsədlər üçün məlumat vərəqələrini Siz ödənişsiz olaraq səfirlikdən əldə edə yaxud https://baku.diplo.de/viza internet səhifəsindən yükləyib doldurub çap edə bilərsiniz. Xahiş olunur ki, rəsmi internet səhifəsində qoyulan elektron ərizə anketdən VIDEX istifadə edəsiniz.
Əgər cari viza prosesi zamanı suallar yaranarsa və ya sənədin işlənməsi yekunlaşmışdırsa Sizə bu barədə email və ya telefon vasitəsilə məlumat veriləcəkdir. Bu səbəbdən fikir verin ki, ərizə-anketdə email ünvanınız və telefon nömrəniz düzgün və aydın yazılmış olsun.
Bütün sənədlərin 1 ədəd surəti təqdim olunmalıdır. Natamam sənədlər onların geri qaytarılması və ya təqdim edilən sənədlərə əsasən müvafiq qərarın verilməsi ilə nəticələnəcəkdir. Bundan başqa Səfirlik ayrı-ayrı hallarda sonradan əlavə sənədlərin tələb olunması hüququnu özündə saxlayır. Sənədlərin tam şəkildə təqdim olunması avtomatik olaraq viza verilməsini bildirmir.
Xarici dildə olan bütün sənədlər alman dilinə tərcüməsi ilə (notarius tərəfindən təsdiqlənmiş tərcümə yaxud Almaniyada yaşayan andlı tərçüməçilər tərəfindən) birlikdə təqdim edilməlidir.
Viza rüsumu 75 avro, 18 yaşa çatmamış uşaqlar üçün isə 40 avro təşkil edir. Rüsum nağd şəkildə Azərbaycan manatı ilə Səfirliyin həmin gün üçün aktual valyuta kursuna əsasən ödənilməlidir və yaxud kredit kartı ilə (Visa, Mastercard) olmaqla (Google Pay, Apple Pay və bənzər ödəmə sistemləri qəbul edilmir) Avro ilə ödənilə bilər. TLScontact da nağd və ya kredit kartı ilə ödənişi qəbul edə bilir. Stipendiatlar (məs.: Erasmus, DAAD) və alman vətəndaşlarının ailə üzvləri (həyat yoldaşları, azyaşlı uşaqları, yetkinlik yaşına çatmayan alman uşağın valideynləri) viza rüsumunun ödənişindən azaddır.
Bəli. Hər bir ərizəçi həmçinin istənilən yaşda olan uşaq və körpələr şəxsən Səfirliyə gəlməlidir. 12 yaşı tamam olmuş hər bir şəxsin barmaq izləri də götürüləcəkdir.
18 yaşı tamam olmuş hər bir ərizəçi özü sənəd verməlidir, yetkinlik yaşına çatmayanların ərizə anketi valideynlər/qəyumlar tərəfindən imzalanmalıdır.
Sənədlərin işlənmə müddəti Sizin yaşamaq məqsədinizdən və Sizin Almaniyada gələcək qalma yerinizdən asılıdır. Sizin viza müraciətiniz haqqında qərarı Səfirlik əksər hallarda Almaniyada qalacağınız şəhərin Miqrasiya İdarəsi və /və ya Əhalinin Əmək Məşğulluğu üzrə Federal Agentliyi ilə əməkdaşlıq edərək birlikdə verir. Bu səbəbdən bir qayda olaraq Səfirliyin sənədlərin işlənmə müddətinə müdaxiləsi olmur. Biometrik məlumatlar verildikdən sonra 12 həftə ərzində işin gedişatı barədə edilən sorğulara cavab verilmir.
Xahiş olunur nəzərdə tutulan işlənmə müddətinə dair daha geniş məlumatı Sizin səfər məqsədiniz üçün tərtib edilən məlumat vərəqəsindən əldə edin. Oradakı məlumat Səfirliyin təcrübəsinə əsaslanır və mütləq deyildir.
Ərizə kənar viza xidməti olan TLScontact kənar viza xidməti vasitəsilə təqdim edildikdə pasport da həmçinin TLScontact vasitəsilə qaytarılır. Siz müraciətinizin işlənməsinin hansı mərhələdə olduğunu TLScontactdakı qeydiyyatınız daxilində yoxlaya izləyə bilərsiniz.
Bununla yanaşı TLScontact-da geri göndərmə üçün ödənişli kuryer xidmətindən də istifadə edilə bilər. Bu xidmət ərizə təqdim edildikdə ödənilməlidir.
Birbaşa Səfirliyin viza şöbəsində təqdim edilən viza kateqoriyaları üçün müraciətlər zamanı Sizin ərizənizin işlənməsi bitdikdə viza şöbəsi Sizə telefon və ya email vasitəsilə bu barədə məlumat verəcəkdir. Bu səbəbdən fikir verin ki, ərizə-anketdə email ünvanınız və telefon nömrəniz düzgün və aydın yazılmış olsun. Əgər email ünvanınızı və ya telefon nömrənizi dəyişmisinizsə, bu barədə Səfirliyi məlumatlandırın. Sizin xarici pasportunuz sənədlərinizin işlənmə müddətində Səfirlikdə saxlanmayacaqdır.
Əgər Sizin sənədlərinizin işlənməsi bir neçə gün ərzində baş tutacaqsa, Sizə artıq sənədlərinizi təqdim edərkən pasportunuzu nə zaman götürə biləcəyinizi bildirəcəklər.
Xahiş olunur pasportunuzu götürdükdən sonra vizanıza nəzər salıb bütün məlumatların o cümlədən rüsumun düzgünlüyündən əmin olun. Şikayətlərinizi dərhal birbaşa viza şöbəsinə bildirin.
Milli viza səfərin məqsədindən asılı olaraq 90 gündən 1 il müddətinədək verilir. Milli viza Almaniyada yaşayacağınız şəhərdəki Miqrasiya idarəsi tərəfindən uzadılır. Gedəcəyiniz şəhərə çatan kimi birbaşa müvafiq Miqrasiya İdarəsinə müraciət edin və orada Sizə yaşamaq icazəsinin verilməsi üçün müraciət edin.
Bəli. Milli viza Sizə 180 gün ərzində 90 günədək bütün Şengen dövlətlərində qalmaq icazəsi verir.
Sizin ərizənizə verilən rədd cavabının səbəbləri ilə vizadan imtina bildirişini oxumaqla tanış ola bilərsiniz.
1.07. 2025-ci il tarixindən sonra çap edilmiş vizadan imtina bildirişlərinə qarşı heç bir müraciət mümkün deyil.
Səfirliklərə və baş konsulluqlara edilən müraciətlərin heç bir hüquqi qüvvəsi yoxdur və artıq onlara baxıla bilməz. 1.07.2025-ci il tarixindən sonra qəbul olunmağınız barədə bildiriş almayacaqsınız və vizadan imtina bildirişləri ilə bağlı müraciətlərin statusu barədə sorğulara cavab verilməyəcəkdir.
Viza müraciəti rədd edildikdən sonra imkanlar
Viza müraciəti rədd edildikdən sonra iki imkanınız var:
Bu viza müraciətində siz bütün müvafiq sənədləri və təsdiqləri yenidən təqdim etməlisiniz. Bu viza müraciətinə də müvafiq hüquqi vəziyyət əsasında qərəzsiz baxılacaq.
Bu məqsədlə vəkil cəlb edə bilərsiniz; lakin bu məcburi deyil. Bununla belə, ayrıca vəkil xidməti ilə bağlı rüsumlar tətbiq oluna bilər.
Məhkəmə xərclərinin məbləği son nəticədə məhkəmə tərəfindən müəyyən edilir. Bu, tələb olunan vizaların sayından asılıdır.
Əlavə məlumatı Berlin İnzibati Məhkəməsinin saytında tapa bilərsiniz.
Şikayət iddiası haqqında məlumat
Viza müraciətinizi rədd edən qərar barədə bildiriş aldıqdan sonra Berlin İnzibati Məhkəməsinə iddia qaldıra bilərsiniz.
Siz imtina bildirişinizdə müvafiq hüquqi vasitələrlə bağlı təlimatları tapa bilərsiniz. Əlavə təfərrüatları hüquqi müdafiə vasitələrinə dair bu təlimatda tapa bilərsiniz.
İddianın verilməsi üçün son tarix, adətən, müvafiq qərarın bildirilməsindən sonra bir (1) aydır.
Həmçinin nəzərə alın: məhkəmənin dili alman dilidir (Məhkəmə Konstitusiya Aktının 184-cü maddəsi).
Təəssüf ki, məhkəmə prosesinin müddəti ilə bağlı heç bir məlumat vermək mümkün deyil. Məhkəmə icraatının dəqiq müddətini və gedişatını məhkəmə müəyyən edir.