Willkommen auf den Seiten des Auswärtigen Amts
Praktika / təcrübə
(Yaşayış haqqında Qanununun 16a maddəsinə və Məşğulluq haqqında Əsasnamənin 15-ci maddəsinə müvafiq)
Ümumi qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
-
Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
-
Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.
-
Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
-
Standart baxılma müddəti 12 həftəyə qədərdir.
-
Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın.
-
Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.
-
Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
- Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat ilə (AZN) ödənilməlidir.
Ümumi məlumatlar
Siz Almaniya Federativ Respublikasında təcrübə keçmək niyyətindəsiniz və peşəkar mühitdə biliklər, praktiki vərdişlər və iş təcrübəsi əldə edə biləcəyiniz təcrübə yeri ilə təmin olunmusunuzmu?
Təhsil aldığınız ixtisasa uyğun təcrübə proqramları üçün Almaniyadakı qəbul edən müəssisə ZAV-a (Xarici Ölkələr və İxtisaslı Kadrlar üzrə Mərkəzi Vasitəçilik Qurumu) razılıq sənədinin verilməsi məqsədilə rəsmi müraciət təqdim etməlidir.
Almaniyada təcrübə keçmək məqsədilə milli vizanın rəsmiləşdirilməsi üçün müraciət yalnız „TLScontact“ viza mərkəzi vasitəsilə təqdim edilə bilər. Viza mərkəzinin ünvanı: Xocalı prospekti 37, Demirçi Business Tower, mərtəbə Etage, AZ1025 Bakı, Azərbaycan. Görüş vaxtı almaq üçün bu keçidə daxil ola bilərsiniz.
Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza müraciəti üçün Yoxlama Siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması və Yaşayış haqqında Qanunun (AufenthG) 18-ci maddəsinin 2-ci bəndinin Nr.4a uyğun olaraq təlimat
⬜Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir).
⬜Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)
⬜Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜ Praktika müqaviləsi (əsli+ 1 ədəd surəti) aşağıdakı məlumatlar əks olunmaqla:
- İşəgötürənin adı və ünvanı habelə işəgötürənin yanında əlaqələndirici şəxsin məlumatları
- Praktikanın keçiriləcəyi yer (işəgötürənin ünvanından fərqli olduğu halda)
- Praktikanın müddəti
- Aylıq brutto əməkhaqqı: Minimum əməkhaqqı həcmində (13,90 avro/brutto) — „Minimum Əməkhaqqı haqqında Qanun“un (Mindestlohngesetz) şamil olunmadığı hallar (məsələn, icbari təcrübə proqrammları) istisna olmaqla.
- Həftəlik iş saatı (tam ştat/yarımştat)
⬜ Praktika / ixtisasartırma üzrə ətraflı plan (1 ədəd surəti)
⬜ Ərizəçi tərəfindən tərtib edilmiş, təhsil tarixçəsini və əgər varsa peşə təcrübəsini boşluq olmadan özündə əks etdirən ətraflı tərcümeyi-halın (əsli)
⬜ Ərizəçi tərəfindən yazılmış motivasiya məktubunuin əsli; burada nəzərdə tutulan səfərlə bağlı gözləntilər, bu səfərdən gözlənilən peşəkar və şəxsi faydalar, həmçinin səfər başa çatdıqdan sonrakı gələcək planlar əks olunmalıdır
⬜ Təhsillə bağlı praktika üçün: ZAV (Xarici Ölkələr və İxtisaslı Kadrlar üzrə Mərkəzi Vasitəçilik Qurumu)
⬜ Təhsillə bağlı praktika üçün: Azərbaycan ali təhsil müəssisəsində tələbə kimi qeydiyyatda olmağı təsdiq edən sənəd (əsli + 1 ədəd surəti)
⬜ Təhsillə bağlı praktika üçün: Həftəlik 40 saatlıq iş rejimi əsasında ən azı 1.030 avro (brutto) məbləğində əməkhaqqının verilməsini təsdiq edən sənəd
yaxud
Həmin məbləği və ya əməkhaqqı az olduqda çatışmayan fərqi qarşılayan bloklanmış hesab haqqlnda arayış (1 ədəd surəti)
yaxud
Praktika müddəti üçün ödəmə qabiliyyətinin sübut olunduğu qeyd edilən Öhdəlik bəyannaməsi (Verpflichtungserklärung) əsli + 1 ədəd surəti
⬜ Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təcrübə proqramları üçün: maliyyələşdirməni (təqaüdü) təsdiq edən sənəd (məsələn, ERASMUS ) (əsli + 1 ədəd surəti)
⬜ Beynəlxalq mübadilə proqramları çərçivəsində (aidiyyəti olduğu təqdirdə): Mübadilə proqramı üzrə razılaşma (məsələn, DAAD, AIESEC, IAAS, GIZ, bvmd, ali təhsil müəssisələri və onların idarə etdiyi mübadilə mərkəzləri tərəfindən) (əsli + 1 ədəd surəti)
⬜ Mövcud olduğu təqdirdə: indiyədək əldə edilmiş alman dili biliklərini təsdiq edən sənəd, məsələn, dil sertifikatı (əsli + 1 ədəd surəti)
⬜Mövcud olduğu təqdirdə: İxtisas və ya kvalifikasiyanı təsdiq edən sənədlər (diplomlar, sertifikatlar və ya əmək fəaliyyətini təsdiq edən sənədlər) – alman və ya ingilis dilinə tərcüməsi ilə birlikdə (əsli və bir (1) surəti). Xarici ölkələrdə əldə edilmiş ixtisas sənədləri üçün, adətən, leqallaşdırma və ya apostil, eləcə də tərcümə tələb olunur. Azərbaycanda əldə edilmiş ixtisas sənədləri üçün isə, viza müraciəti təqdim edilən zaman sənədlər müvafiq təsdiq (Apostil) ilə təmin olunmalı və tərcümə edilmiş olmalıdır.
Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd
Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir.