Willkommen auf den Seiten des Auswärtigen Amts

Könüllü xidmət məqsədilə viza (BFD, FSJ, FÖJ, EFD)

Məqalə

Ümumi Qeydlər

  • Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.

  • Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.

  • Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.

  • Standart baxılma müddəti 12 həftəyə qədərdir.

  • Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın. 

  • Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.

  • Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.

  • Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat (AZN) ilə ödənilməlidir.

Ümumi məlumatlar

Könüllü xidmətlərə: Könüllü Sosial İl (FSJ), Könüllü Ekoloji İl (FÖJ), Federal Könüllü Xidmət (BFD) habelə Avropa Könüllü Xidməti (EFD və ya Avropa Həmrəylik Korpusu-ESK) daxildir. FSJ və FÖJ 27 yaşa qədər insanlar üçün açıqdır, BFD-də yaş məhdudiyyəti yoxdur. EFD (və ya ESK) 17-30 yaş arası gənclər üçün açıqdır. Sizin iş saatınız bir qayda olaraq tam ştatlı işçinin iş saatlarına uyğun olmalıdır, lakin siz yalnız nəzarət altında köməkçi işlərlə məşğul ola bilərsiniz. Burada qalma müddəti 6 aydan 24 aya qədər ola bilər. EFD (və ya ESK) zamanı xidmət müddəti maksimum on iki ay ilə məhdudlaşır.

Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.

Viza müraciəti üçün Yoxlama Siyahısı

Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq əsilləri ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.

⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə formasıvə Yaşayış haqqında Qanunun (AufenthG) 18-ci maddəsinin 2-ci bəndinin Nr.4a uyğun olaraq təlimat

⬜ Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir). 

⬜ Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)

⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə  ən azı 15 ay etibarlılıq müddəti qalan)

⬜ Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)

⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti

⬜Ərizəçi tərəfindən yazılmış motivasiya məktubunuin əsli; burada nəzərdə tutulan səfərlə bağlı gözləntilər, bu səfərdən gözlənilən peşəkar və şəxsi faydalar, həmçinin səfər başa çatdıqdan sonrakı gələcək planlar əks olunmalıdır

⬜ Ərizəçi tərəfindən tərtib edilmiş, təhsil tarixçəsini və əgər varsa peşə təcrübəsini boşluq olmadan özündə əks etdirən ətraflı tərcümeyi-halın (CV) əsli

⬜ Almaniyada könüllü xidmətiniz haqqında müqavilə/razılaşma: (əsli + bir (1) surəti)

-> BFD, o cümlədən „weltwärts Cənub-Şimal (Süd-Nord) komponenti“: Müqaviləni həm siz, həm də Ailə və Vətəndaş Cəmiyyəti İşləri üzrə Federal İdarə (BAFzA), habelə fəaliyyətin icra edildiyi yer, baş ofis və əgər mümkündürsə könüllü xidməti həyata keçirən qurum (əsas təşkilat) imzalamalıdır.

-> FSJ/FÖJ: Müqaviləni həm siz, həm də müvafiq təşkilat və əgər varsa, xidmətin keçirldiyi iş yeri imzalamalıdır.

-> EFD: Sizin müqaviləniz „Erasmus+Gənclik Fəaliyyətdə“ Milli Agentliyi və əlaqələndirici təşkilat tərəfindən imzalanmalıdır. Tapşırıqları və planlaşdırılan təlim nəticələrini təsvir edən könüllü müqaviləsi əlaqələndirici təşkilat və könüllü tərəfindən imzalanmalıdır. Ev sahibi təşkilat könüllünün yaşayış və yemək xərclərini qarşılayır. Könüllüyə həmçinin hazırda €110.00 məbləğində əlavə aylıq cib xərc verilir. Əgər müqavilədə və ya  iş yerinin təsdiqində yaşayış ünvanı və  qidalanma xərcləri ilə bağlı hər hansı məlumat yoxdursa, xahiş olunur, dolanışığınızın təmin ediləcəyi ilə bağlı əlavə sübut-sənəd təqdim edin.

⬜ Yalnız BFD/ FSJ/ FÖJ üçün (əsli+bir (1) surəti): İş yerindən/təşkilatdan ilkin olaraq dil biliklərindən imtina edildiyini və ya daxil olduqdan sonra dil kursları vasitəsilə dil bacarıqlarını əldə edə biləcəyinizi təsdiq edən sənəd (alman dili baza biliklərinizin olduğunu sənəd ilə sübut edə bilmədiyiniz halda)

⬜ Əgər siz viza üçün müraciət etdiyiniz zaman müqavilənin qüvvəyə minmə tarixi artıq keçmişdirsə, iş yerindən könüllü xidmətin daha sonra da başlaya biləcəyinə dair təsdiq (əsli+bir (1) surəti)

⬜ Mövcuddursa: ixtisasların sübutu, məsələn. məs. diplomlar, sertifikatlar, alman və ya ingilis dilinə tərcüməsi ilə iş yerindən arayışlar (əsli+bir (1)surəti). Xaricdə təhsil sənədləri üçün adətən leqallaşdırma və ya apostil, eləcə də tərcümə tələb olunur. Azərbaycan sənədləri artıq viza müraciəti zamanı müvafiq təsdiq (apostil)ə malik olmalı və tərcümə edilməlidir.

Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd

Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir. Sığortaya dair digər məlumatlar Sizə şəxsən intervyu zamanı və ya viza proseduru çərçivəsində veriləcəkdir.

Xahiş edirik, həmin vaxta qədər sığorta ilə bağlı sorğular verməyiniz.

Səhifənin əvvəlinə