Willkommen auf den Seiten des Auswärtigen Amts
Həyat yoldaşı ilə ailə birləşməsi (Yaşayış haqqında Qanunun 27-30-cu maddələri) habelə daimi yaşayış ilə evlilik
Ümumi Qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
-
Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
-
Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli sizə geri qaytarılacaq.
-
Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin və ya Federal Məşğulluq İdarəsinin razılığının təsdiqi tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
-
Standart baxılma müddəti 12 həftəyə qədərdir.
-
Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın.
-
Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır.
-
Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyin. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
-
Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, Azərbaycan manatı (AZN) ilə ödənilməlidir.Avropa İttifaqı və ya Almaniya vətəndaşlarının həyat yoldaşları rüsum ödənişdən azaddır.
Ümumi məlumat
Aşağıdakı siyahıdan istifadə edərək, müraciət sənədlərinizin tam olub-olmadığını hər bəndi yoxlamaqla dəqiqləşdirə bilərsiniz. Burada sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Almaniya və ya Avropa İttifaqı vətəndaşlarının həyat yoldaşları— "Həyat Yoldaşı haqqında Qanun"un 1-ci paraqrafının 1-ci bəndinin 1-ci cümləsində müəyyən edildiyi kimi — qeydiyyatdan keçmiş mülki yoldaşlıq sürürlərsə, ailə birləşməsi məqsədilə viza üçün müraciət edə bilərlər.
Almaniyaya birlikdə köçmək mümkündür.
Almaniyada nikah bağlamaq məqsədilə viza üçün yalnız nikahın bağlanması ilə bağlı hüquqi tələblər yerinə yetirildikdən sonra müraciət edilməlidir.
Aşağıdakı siyahıdan istifadə edərək, müraciət sənədlərinizin tam olub-olmadığını hər bəndi yoxlamaqla dəqiqləşdirə bilərsiniz. Burada sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza Müraciəti üçün Yoxlama Siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq əsilləri ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması.
⬜Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir).
⬜ Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜ Şəxsiyyət vəsiqəsi və ya qeyri-Azərbaycan vətəndaşı olduğu halda Azərbaycanda yaşamaq üçün etibarlı yaşayış icazəsi (əsli + 1 surəti)
⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜ Həyat yoldaşının/nişanlının pasportunun və ya milli şəxsiyyət vəsiqəsinin (ön və arxa tərəflərinin) bir (1) adi surəti; habelə əgər xarici vətəndaşın yanına gedirsinizsə, onun Almaniyadakı yaşamaq icazəsinin surətini də əlavə edin.
⬜ Almaniyada yaşayan həyat yoldaşı və ya nişanlı tərəfindən yazılmış qeyri-rəsmi dəvət məktubu Məktubda dəvət edənin ünvanı və onun yanına gedən şəxsin şəxsi məlumatları tam şəkildə qeyd olunmalıdır (əsli).
⬜ Almaniyada yaşayan həyat yoldaşı/nişanlı üçün yaşayış yeri üzrə qeydiyyat arayışı (Meldebescheinigung) (1 surət). Bu sənəd viza müraciətindən əvvəl son altı aydan köhnə olmamalıdır.
Əgər Almaniyada hələ yaşayış yeri yoxdursa:
Gələcək yaşayış ünvanını təsdiq edən sənəd – məsələn, kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya buna bənzər digər sənədlər təqdim edilməlidir. Bu ünvan, müraciətə baxmaq üçün cavabdeh olan yerli miqrasiya idarəsini (Ausländerbehörde) müəyyən edir; həmin idarə Almaniyaya gəldikdən sonra sizə yaşama icazəsini verəcəkdir.
⬜ Evli cütlüklər üçün: Nikah haqqında şəhadətnamə (əsli+ bir 1 surəti).
Xarici ölkələrdə verilmiş nikah haqqında şəhadətnamələr, bir qayda olaraq, leqallaşdırılmalı və ya Apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostilə) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir.
⬜ Boşanma haqqında şəhadətnamə / məhkəmənin boşanma barədə qərarı (əgər varsa) – əsli+1 surəti. Xarici ölkələrdə verilmiş vətəndaşlıq vəziyyəti sənədləri bir qayda olaraq leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostilə) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir.
⬜ Nikah bağlamaq niyyətində olanlar üçün: Almaniya Vətəndaşlıq Vəziyyəti Qanununun (PStG) 13-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq, nikah bağlamaq niyyəti barədə bildiriş (Anmeldung zur Eheschließung) (bir (1) adi surət).
Bu sənəddə vətəndaşlıq vəziyyəti üzrə məsul şəxsin nikahın bağlanması üçün qanuni tələblərin yerinə yetirildiyini təsdiqləyən qeydi olmalıdır. Bir qayda olaraq, bu sənəd yalnız səlahiyyətli Ali Regional Məhkəmə (Oberlandesgericht) tərəfindən "nikah bağlamaq hüququna dair arayış" (Ehefähigkeitszeugnis) təqdim etmək tələbindən azad edilmə barədə qərar verdikdən sonra əldə edilə bilər.
⬜ Nikah bağlamaq məqsədi üçün: Ən gec altı ay əvvəl verilmiş, təsdiqlənmiş maliyyə vəziyyətini özündə əks etdirən və səfərin məqsədinin nikah bağlamaq olduğunu göstərən rəsmi öhdəlik bəyannaməsi (Verpflichtungserklärung) (əsli + 1 surət).
Bu öhdəlik bəyannaməsi müvafiq ərazi üzrə cavabdeh olan yerli miqrasiya idarəsi (Ausländerbehörde) tərəfindən verilir. Əgər miqrasiya idarəsi öhdəlik bəyannaməsinin yalnız viza müraciəti prosesi zamanı verilə biləcəyini bildirərsə, bu halda qeyri-rəsmi dəvət məktubu tələb olunur; həmin məktubda Almaniyadakı nişanlının bütün xərcləri qarşılayacağına dair zəmanəti də qeyd olunmalıdır.
⬜ Dil sertifikatı (əsli + 1 surət)
Müraciət tarixindən ən gec 12 ay əvvəl verilmiş, A1 səviyyəsində dil biliyini təsdiq edən sənəd. Dil sertifikatı ALTE (Association of Language Testers in Europe) standartlarına uyğun olaraq sertifikasiyadan keçmiş bir qurum tərəfindən verilməlidir. Bu məqsədlə aşağıdakı dil institutları tanınır: Goethe-Institut, Österreichisches Sprachdiplom (ÖSD), TestDaF-Institut e.V. və telc GmbH.
Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd
Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlı tibbi sığorta təqdim edilməlidir. Sığortaya dair digər məlumatlar Sizə şəxsən intervyu zamanı və ya viza proseduru çərçivəsində veriləcəkdir.
Xahiş edirik, həmin vaxta qədər sığorta ilə bağlı sorğular verməyiniz.