Willkommen auf den Seiten des Auswärtigen Amts
Almaniya vətəndaşı olan azyaşlı uşağın yanına valideynin köçməsi
(Yaşama haqqında Qanununun 28-ci maddəsi, 1-ci bəndi, 1-ci cümləsi, Nr. 3)
Ümumi qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
- Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
- Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.
- Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
- Standart baxılma müddəti 12 həftəyə qədərdir.
- Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın..
- Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.
- Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
Ümumi məlumatlar
Almaniyada daimi yaşayan, yetkinlik yaşına çatmamış və subay olan Almaniya vətəndaşının xarici valideyni yaşayış icazəsi ala bilər. Bunun üçün valideynin gəlişi uşağın qəyyumluğunu həyata keçirmək, eləcə də ailə birliyini bərpa etmək məqsədi daşımalıdır. Qəyyumluq hüququ müvafiq sənədlərlə sübut olunmalıdır. Vizanın rəsmiləşdirilməsi üçün viza prosesi çərçivəsində Almaniyadakı müvafiq miqrasiya idarəsinin (Ausländerbehörde) razılığı lazımdır. Viza uşaq dünyaya gəlməzdən əvvəl də verilə bilər.
Nəzərinizə çatdırırıq ki, müraciət zamanı Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktları sənədləri və məhkəmə qərarları (məsələn, qəyyumluq barədə məhkəmə qərarları, övladlığa götürmə haqqında qərar) apostil edilmiş formada təqdim olunmalıdır..
Aşağıdakı siyahıdan istifadə edərək, müraciət sənədlərinizin tam olub-olmadığını hər bəndi yoxlamaqla dəqiqləşdirə bilərsiniz. Burada sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza müraciəti üçün yoxlama siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması
⬜ Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız Sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir
Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜ Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)
⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) sadə surəti
⬜ Uşağın pasportunun və ya şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin bir (1) sadə surəti
⬜ Almaniyada yaşayan uşağın qeydiyyat arayışı (Meldebescheinigung) (1 sadə surətı); bu sənəd müraciət tarixindən ən çox altı aydan köhnə olmamalıdır.
Əgər Almaniyada hələ yaşayış yeri yoxdursa:
Gələcək yaşayış ünvanını təsdiq edən sənəd: məsələn, kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya buna bənzər digər sənədlər təqdim edilməlidir. Müraciətə baxılması üçün məsul olan Miqrasiya İdarəsi (Ausländerbehörde) bu ünvana əsasən təyin edilir və ölkəyə girişdən sonra yaşayış icazəsini də həmin idarə rəsmiləşdirir.
⬜ Uşağın doğum haqqında şəhadətnaməsi (əsli və bir (1) ədəd surəti) Xarici dövlətlər tərəfindən verilən doğum haqqında şəhadətnamələr üçün həqiqiliyin təsdiqi (leqallaşdırma və ya apostil) və alman dilinə tərcümə tələb olunur. Viza müraciəti zamanı Azərbaycan sənədlərində artıq müvafiq təsdiq (apostil) olmalı və sənədlər tərcümə edilməlidir. Uşağın doğum haqqında şəhadətnaməsində atalıq qeydi olmadıqda, atalığın tanınması barədə sənəd və uşağın anasının buna razılıq bəyannaməsi də tələb olunur.
yaxud
Gözlənilən doğum tarixi qeyd olunmaqla, hamiləlik barədə tibbi arayış (bir (1) sadə surətdi), digər valideynin Almaniya vətəndaşlığını təsdiq edən sənəd (xarici pasportun sadə surəti və ya şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin surəti), eləcə də birlikdə köçmə halında, valideynlərin nikah haqqında şəhadətnaməsi (əsli və bir (1) ədəd surəti) tələb olunur. Xarici dövlətlərin nikah şəhadətnamələri üçün, bir qayda olaraq, leqallaşdırma və ya apostil təsdiqi, həmçinin alman dilinə tərcüməsi təqdim edilməlidir. Azərbaycan sənədlərində artıq müvafiq təsdiq (apostil) olmalı və sənədlər tərcümə edilməlidir.
Rəsmi nikah olmadğı təqdirdə, uşağın yanına köçən anadan əlavə olaraq aşağıdakı sənədlər tələb olunur:
Doğumdan öncə atalığın tanınması barədə sənəd (bir (1)ədəd surəti); və
Atalığın tanınmasına dair ananın şəxsi razılıq bəyannaməsi (əsli və bir (1) ədəd surəti).
Rəsmi nikah olmadğı təqdirdə, uşağın yanına köçən atadan əlavə olaraq aşağıdakı sənədlər tələb olunur:
Doğumdan öncə atalığın tanınması barədə sənəd və atalığın tanınmasına dair ananın razılıq bəyannaməsi (bir (1)ədəd surəti) və
Hər iki valideynin valideynlik hüquqlarına (qəyyumluğa) dair birgə bəyannaməsi (əsli və bir (1) ədəd surəti).
⬜ Valideynlərin birgə köçməsi halında nikah haqqında şəhadətnamə (Əsli və bir surəti). Xarici ölkələrdə verilmiş nikah haqqında şəhadətnamələr, bir qayda olaraq, leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostil) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir
yaxud
Tək valideynlik/qəyyumluq hüququnu təsdiq edən sənəd (əsli və 1 surəti)
Digər valideynin ölüm haqqında şəhadətnaməsi və ya valideynlik/qəyyumluq barədə məhkəmə qətnaməsi (boşanmadan sonra valideynlik/qəyyumluq hüququnun tam şəkəildə verilməsi və ya valideynlik hüquqlarından məhrum etmə haqqında). Xarici ölkələrdə verilmiş ölüm haqqında şəhadətnamələr, bir qayda olaraq, leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostil) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir.
yaxud
Uşağın valideynlərdən birinin yanına köçməsi zamanı birgə qəyyumluq (valideynlik hüququ) – hətta qəyyumluq hüququndan məhkəmə qaydasında məhrum edilmə mümkün olmadıqda belə (əsli və bir (1) nüsxə surəti). Qəyyumluq hüququna malik olan və Azərbaycanda qalan digər valideynin uşağın Almaniyaya köçməsinə dair razılıq bəyannaməsi, eləcə də Almaniyada yaşayan valideynin uşağın ailə vəziyyəti və Almaniyaya köçmə səbəbləri barədə sərbəst formada yazılı bəyanatı.
⬜ Övladlığa götürülmüş uşaqlar olduqda (əsli və bir (1)ədəd surəti):
Övladlığa götürmə haqqında şəhadətnamə və övladlığa götürmə barədə məhkəmə qətnaməsi. Xarici ölkələrdə verilmiş övladlığa götürmə şəhadətnamələri/məhkəmə qətnamələri, bir qayda olaraq, leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostil) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir
həmçinin
„Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Haaqa Konvensiyası“nın (HAÜ) 23-cü maddəsinə uyğun olaraq Uyğunluq sertifikatı (əsli və bir (1) surəti)
və ya
Övladlığa götürmə vasitəçiliyi haqqında Qanunun (AdVermiG) 2d maddəsinə uyğun olaraq Arayış (əsli və bir (1) ədəd surəti)