Willkommen auf den Seiten des Auswärtigen Amts
Avtomobil satınalması
Almaniyada satın alma
Viza müraciəti üçün yoxlama siyahısı
Aşağıdakı sənədlər hər bir ərizə üçün tam şəkildə təqdim edilməlidir. Alman və ya ingilis dilində tərtib olunmayan sənədlərin rəsmi tərcüməsi tələb olunur. Yalnız bank hesabından çıxarışlar bu qaydadan istisnadır. Müraciət zamanı bütün sənədlərin əsli təqdim edilməlidir; tək nüsxədə olan sənədlər (məs., vətəndaşlıq vəziyyəti aktları: doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) surəti ilə birlikdə təqdim olunduqda, onların əsli geri qaytarılır.
☐ Xarici pasport (əsli + 1 ədəd surəti)
veriləcək vizanın bitəcəyi tarixdən sonra ən azı 3 ay etibarlı olmalıdır
ən azı 2 boş səhifəsi olmalıdır
şəxsən imzalanmalıdır (yetkinlik yaşına çatmayanlar istisna olmaqla)
☐ Xarici pasportun şəkil olan səhifəsi və əvvəlki vizalar, möhürlər və qeydlər olan səhifələrin surəti
☐ Şəxsiyyət vəsiqəsi (əsli + ön və arxa tərəfin surəti)
☐ Azərbaycan üçün yaşayış icazəsi (üçüncü ölkə vətəndaşlarına aid olduğu təqdirdə)
veriləcək vizanın bitəcəyi tarixdən sonra ən azı 3 ay etibarlı olmalıdır
☐ Viza üçün ərizə forması (əsli)
tam şəkildə doldurulmuş və təyin edilmiş yerlərdə imzalanmış olmalı
☐ Pasport şəkli (əsli) – Şəkil nümunələri cədvəlinə uyğun
3 aydan köhnə olmayan
3,5 x 4,5 cm
☐ Gediş-dönüş üçün aviabiletin / səfərin rezervasiyası (surət)
Şengen zonası daxili səyahətlər üçün nəqliyyat vasitələrinin (avtobus, təyyarə, qatar və s.) təsdiqi
☐ Almaniyada yaşayacağınız yeri təsdiq edən sənədin surəti (yalnız yüksək keyfiyyətli skan edilmiş və çap olunmuş şəkildə):
- Otel rezervasiyasının təsdiqi (rezervasiya nömrəsi, küçə, poçt indeksi və əlaqə məlumatları qeyd olunmaqla)
☐ Səyahət sığortası (əsli + surəti)
Sığortanın minimum təminat məbləği 30 000 avro və ya 50 000 ABŞ dolları
Bütün Şengen dövlətləri üçün etibarlı
Xəstəlik və ya ölüm halında repatriasiya (vətənə qaytarılma)
Bütün xəstəlikləri əhatə edən (məsələn, COVID-19)
☐ Yüksək keyfiyyətli skan və çap formatında səfərin məqsədinə dair təsdiq
Şirkətin rəsmi blankında işgüzar tərəfdaşınızın imzalanmış və aşağıdakı məlumatları əks etdirən dəvətnaməsi (əsli və ya pdf-formatın çapı):
=> dəvət edən şirkətin /iş adamının adı, soyadı və tam ünvanı
=> dəvət edən tərəfin əlaqə məlumatları (telefon nömrəsi və elektron poçtu)
=> dəvətnaməni imzalayan şəxsin vəzifəsi
=> dəvət olunan şəxsin adı, soyadı və doğum tarixi
=> səfərin məqsədi və müddəti; tələb olunduğu təqdirdə: rəsmi öhdəlik bəyannaməsi - Verpflichtungserklärung nach §§ 66-68 AufenthG (Şengen dövlətlərinin ərazisində olarkən səfər müddətində yaranan bütün xərclərin öhdəsinə götürülməsi haqqın)- Dəvət edən şəxsin pasport və ya şəxsiyyət vəsiqəsinin surəti və alman vətəndaşı olmadığı təqdirdə etibarlı yaşayış icazəsinin surəti
Avtomobil satınalması və müddəti barədə məlumat (nəqliyyat vasitəsinin növü, satış qiyməti və s.) yaxud satılan müəyyən avtomovilə dair təklif
Sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması haqqında şəhadətnamənin surəti
Etibarlı sürücülük vəsiqəsi (əsli + surəti)
Növbəti vizalar üçün: Avtomobilin qeydiyyat sənədləri (Texniki pasport - Hissə I və Hissə II) – əsli və surəti, həmçinin ixrac, idxal və ya gömrük sənədləri (əsli və surəti) və əgər nəqliyyat vasitəsi öz adına alınmayıbsa, müvafiq halda etibarnamə
☐ Yüksək keyfiyyətli skan və çap formatında Azərbaycanda ailə bağlarınızı təsdiq edən sənədlər (əsli+1ədəd surət):
- Azərbaycanda yaxın ailə üzvlərinin olmasını təsdiq edən sənədlər (nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti və onların notarial qaydada təsdiq olunmuş tərcüməsi)
- Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (QR kodlu çıxarış) və ya uzunmüddətli notarial qaydada təsdiq edilmiş kirayə/icarə müqaviləsi
☐ Yüksək keyfiyyətli skan və çap formatında Azərbaycanda digər bağlarınızı təsdiq edən sənədlər (əsli):
- Son 3 ayın (əmək haqqı/pensiya) hesab və kredit kartı çıxarışları
=> Bank tərəfindən möhürlənmiş əsli, 1 həftədən köhnə olmamaq şərtilə
Pensiyaçılar üçün:
- Pensiyanın məbləği göstərilməklə QR-kodlu elektron pensiya arayışı
Muzdlu işçilər üçün:
- Əmək haqqı göstərilməklə QR-kodlu elektron iş yerindən arayış (e-Gov) , həmçinin işəgötürənin rəsmi blankında verilmiş, möhürlənmiş və imzalanmış məzuniyyətin təsdiqi və əmək münasibətlərinin davam etməsi barədə arayış
Sahibkarlar üçün:
- şirkətin dövlət reyestrində qeydiyyat şəhadətnaməsi və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
və
viza ərizəsinin verildiyi tarixindən əvvəlki rüb üçün şirkətin maliyyə dövriyyəsini (AZN-la) əks etdirən QR-kodlu Vergi İdarəsinin arayışı
və
- Şirkətin bank hesabından son 3 ayın çıxarışları (bank tərəfindən möhürlənmiş əsli, 1 həftədən köhnə olmamaq şərtilə)