Willkommen auf den Seiten des Auswärtigen Amts
Şenqen vizası
MƏSULİYYƏTDƏN İMTİNA BƏYANATI: Bu „Tez-tez verilən suallar“ bölməsində (FAQ) yer alan bütün məlumatlar mətnin tərtib edildiyi an üçün səfirliyin əldə etdiyi məlumat və qiymətləndirmələrə əsaslanır. Lakin, sonradan baş verə biləcək dəyişikliklər səbəbindən, məlumatların tamlığı və doğruluğuna zəmanət verilmir.
FAQ
Zəhmət olmasa, bank çıxarışlarınızı tam şəkildə təqdim edin; onlar son üç ayı əhatə etməli, orijinal nüsxə olmalı və bankın möhürü ilə imzasını daşımalıdır. Əgər bir neçə hesabınız varsa (məsələn, əməkhaqqı, təqaüd, debet və s.), onların hamısı üçün yuxarıda göstərilən formatda çıxarışlar təqdim etməyiniz tövsiyə olunur.
Zəhmət olmasa, əməkhaqqı məlumatlarını, şəkli və QR kodu özündə əks etdirən elektron iş yeri haqqında arayışı təqdim edin (ƏMAS İş yerinə dair arayış: -> Daxil ol -> ƏMAS -> İş yerinə dair arayış -> Yəni arayış).
Alternativ olaraq, dövlət qurumu tərəfindən verilmiş, QR kodu olan və "Verify Sesda Az" kimi xidmətdə qeydiyyatdan keçmiş iş yeri haqqında arayış vasitəsilə məşğulluğunuzu təsdiqləyə bilərsiniz.
Hazırda işləməyən şəxslər məşğulluq və ya maliyyə təminatı faktını aşağıdakı qaydada təsdiqləyə bilərlər:
Zəhmət olmasa, ailə üzvünüzün gəlir vəziyyəti ilə bağlı müvafiq sənədləri təqdim edin. Bundan əlavə, maliyyə dəstəyi barədə notarial qaydada təsdiqlənmiş bəyanat təqdim edilməlidir.
Şagirdlər və tələbələr səfər müddətində qüvvədə olan təhsil müəssisəsində qeydiyyat və ya təhsil almaq barədə arayış təqdim etməlidirlər. Məktəb tətili dövründən kənar səfərlər zamanı bu sənədə təhsil müəssisəsi tərəfindən dərslərdə iştirak etməməyinə icazə verilməsinə dair təsdiq də daxil edilməlidir. Zəhmət olmasa, valideynlərinizin gəlir vəziyyəti ilə bağlı müvafiq sənədləri təqdim edin. Bundan əlavə, maliyyə dəstəyi barədə notarial qaydada təsdiqlənmiş bəyanat təqdim edilməlidir.
Artıq işləməyən təqaüdçülər aşağıdakı sənədi təqdim etməlidirlər:
Zəhmət olmasa, təqaüd məbləğini göstərən və "e-Sosial" sistemindən əldə edilən elektron təqaüd bildirişini təqdim edin; bu sənədi https://e-social.gov.az dövlət portalı vasitəsilə əldə etmək mümkündür.
- Əgər səyahət edəcəyiniz yeganə ölkə Almaniyadırsa, Şengen vizası üçün yaşadığınız ölkədəki Almaniyanın səfirliyi və ya konsulluğuna müraciət etməlisiniz. Azərbaycanda viza üçün sənədlərinizi TLS Contact viza mərkəzinə təqdim etməlisiniz.
- Əgər Siz bir neçə Şengen ölkəsinə səyahət edirsinizsə, viza üçün ən çox qalacağınız (səyahətinizin əsas təyinat ölkəsi) ölkənin səfirliyi və ya konsulluğuna müraciət etməlisiniz.
- Əgər səyahətinizin əsas ölkəsini müəyyən etmək mümkün deyilsə, o zaman viza üçün daxil olacağınız ilk Şengen ölkəsinin səfirliyinə müraciət etməlisiniz.
Səfirlik bərabər yanaşma prinsipinə əsaslanaraq bütün ərizəçilərə görüş təyin etmək imkanı vermək üçün mövcud onlayn görüş sistemindən istifadə edir. Ləğv edilmiş görüş vaxtları müntəzəm olaraq yenidən açılır və ya gözləmə siyahısı üzrə növbəti şəxslərlə verilir. Səfirlik məhdud imkanları nəzərə alaraq, görüş vaxtları ilə bağlı telefon və ya e-poçt vasitəsilə daxil olan sorğuların cavablandırıla bilməməsini anlayışla qarşılamağınızı xahiş edir.
Viza ərizənizə imtina cavabı gəldikdə, xahiş olunur imtina bildirişindəki izahatları diqqətlə oxuyasınız. Tələb olunan bütün sənədləri əlavə edərək yenidən viza üçün müraciət edə bilərsiniz (viza rüsumu yenidən ödənilməklə).
Almaniyanın Xarici İşlər Nazirliyi vizadan imtina cavablarına qarşı etiraz prosedurunu ləğv etməyə qərar verib. Məqsəd ümumilikdə daha çox viza müraciətinə baxmaq və qərarlar üçün gözləmə müddətini qısaltmaqdır. Bu o deməkdir ki, Azərbaycanda artıq etiraz ərizəsini təqdim etmək mümkün deyil. Bununla da, viza prosesində qanunvericilikdə nəzərdə tutlmamış və indiyə qədər könüllü şəkildə həyata keçirilən proses ləğv edilir. Buna görə də, viza üçün ərizənin səfirlik tərəfindən yenidən yoxlanılması (yəni etiraz prosesi) artıq qeyri-mümkündür. Lakin Sizin alternativ bir seçiminiz var: imtina cavabından sonra 1 ay ərzində Berlin İnzibati Məhkəməsində iddia qaldıra bilərsiniz. Nəzərə alın ki, bu halda imtina qərarını səfirlik yenidən yoxlamır, onu məhkəmə yoxlayır. Məhkəmə tərəfindən rəsmi araşdırma yalnız alman dilində mümkündür. Məhkəmə prosesi və ehtiyac olduqda vəkilin cəlb edilməsi ciddi xərclərə səbəb ola bilər. Bir neçə ay davam edə bilən məhkəmə prosesi başa çatana qədər yeni viza üçün ərizənizin baxılması mümkün olmayacaq.
Öhdəlik bəyannamənizin (Verpflichtungserklärung) verilməsindən 6 aydan çox vaxt keçməyibsə, ondan istifadə edə bilərsiniz. Bu müddət ərzində Almaniyadakı zamininizin maliyyə vəziyyəti dəyişə biləcəyi üçün, 6 aydan köhnə olan sənədlər qəbul edilmir və yenisi ilə əvəz olunmalıdır.
Biz hər bir viza müraciətinin mümkün qədər tez bir zamanda işlənməsinə çalışırıq. Bir qayda olaraq, milli vizaların rəsmiləşdirilməsi 12 həftəyə qədər, Şengen vizalarının rəsmiləşdirilməsi isə 10 günə qədər davam edir. Zəruri yoxlamalar və prosesə digər idarələrin cəlb olunması səbəbindən bəzi hallarda bu müddətlər fərqli ola bilər. Bu baxımdan, qeyd olunan müddətlər ərzində işin gedişatı ilə bağlı sorğular cavablandırılmır.
Hazırda səfirliyə daxil olan sorğuların sayında kəskin artım müşahidə olunur, bu səbəbdən Sizdən səbirli olmağınız xahiş edilir. İş yükünün çox olmasına görə yalnız internet səhifəmizdə və bu "Tez-tez verilən suallar" (FAQ) bölməsində cavabı tapılmayan suallar cavablandırılır. Digər müraciətlərə cavabımızın bir qədər vaxt apara biləcəyini nəzərə alaraq, göndərdiyiniz elektron məktublarınızla bağlı təkrar sorğular verməməyiniz xahiş olunur.
Xeyr, təəssüf ki, bu mümkün deyil. Qəbul vaxtı yalnız görüşün məqsədi üçün istifadə oluna bilər.
Sənədlərin Viza şöbəsi tərəfindən əvvəlcədən yoxlanılması mümkün deyil. Bu yoxlama yalnız viza üçün sənədlər təqdim edildiyi zaman aparılır. Viza proseduru üçün tələb olunan sənədlər barədə məlumatı internet səhifəmizdən əldə edə bilərsiniz.
Viza müraciətinizin rəsmiləşdirilməsi müvafiq hüquqi şərtlərdən və ya fərdi vəziyyətinizdən asılıdır. Bu amillər hər bir müraciət üzrə fərqli olduğu üçün vizaların baxılma müddətləri də fərqlənir.
Xeyr, təəssüf ki, bu mümkün deyil, çünki biometrik məlumatlarınızın qeydə alınması mütləqdir. Hər hansı bir ərizə ilə əlaqələndirilə bilinməyən sənədlər məhv edilməlidir, çünki Səfirlik fərdi məlumatların qorunması səbəbindən bu sənədləri saxlaya bilməz.
Təəssüf ki, müddəti bitmiş vizanızın vaxtını uzada bilmərik. Siz tamamilə yeni bir viza üçün müraciət etməlisiniz.
Səfirliyin internet səhifəsində onlayn görüş təyin etmə prosesi izah olunur. Görüşlərin təyin olunması Almaniyanın Xarici İşlər Nazirliyi və ya "TLScontact" tərəfindən hazırlanan proqram vasitəsilə ödənişsiz aparılır. Bu proses viza müraciəti ilə bağlı səfərlərin optimal şəkildə planlaşdırılmasını təmin edir. Həmçinin, bu onlayn sistemi maksimum sayda görüş təyin etməyə şərait yaradır.
Səfirlik ərizəçilər adından ödənişli görüş təyin edən səyahət agentliklər ilə əməkdaşlıq etmir. Belə bir agentlikdən istifadə etmək nə zəruridir, nə də tövsiyə olunur. Bu agentliklərin, iddia etsələr belə, görüş sisteminə çıxışı yoxdur.
Müxtəlif amillərə görə viza müraciətlərinin sayı çox ola bilər. Bütün əməkdaşlarımızın səylərinə baxmayaraq, görüş vaxtının gec verilməsi bəzən qaçılmazdır.
Hər bir ərizəçi viza prosesinin təcili olduğunu bildirdiyi üçün, bərabər yanaşma prinsipinə əsasən görüş vaxtının önə çəkilməsi mümkün deyil və yolaverilməzdir. Növbədənkənar görüş vaxtları yalnız humanitar və ya tibbi təcili hallarda verilə bilər. Belə bir hallda, internet səhifəmizdəki əlaqə forması və ya e-poçt vasitəsilə məsələnizi ətraflı izah etməyinizi və zəruri sənədləri əlavə etməyinizi xahiş edirik. Müsbət cavabın yalnız müvafiq sənədlər əsasında, təcili humanitar və ya tibbi hal təsdiq edildiyi təqdirdə verilə biləcəyini anlayışla qarşılamanızı xahiş edirik.
Alman və ya ingilis dilində olmayan sənədlər tərcümə edilməlidir. Bunun üçün Azərbaycandakı rəsmi tərcüməçilərə müraciət edə və ya səfirliyin rəsmi internet səhifəsində qeyd olunan tərcüməçi siyahısından istifadə edə bilərsiniz. Almaniyada rəsmi qeydiyyatdan keçmiş tərcüməçiləri də seçmək mümkündür. İngilis dilindəki tərcümələr də adətən qəbul olunur. Sənədlərin ingilis dilinə təsdiqlənmiş rəsmi tərcüməsi Azərbaycan və ya Almaniyada and içmiş tərcüməçi tərəfindən edilməlidir.
Avropa Ittifaqı vahid viza siyasəti vasitəsilə 90 günə qədər olan qısamüddətli səfərlər üçün tranzit və ölkəyə giriş qaydalarını tənzimləyir. Bu vahid qaydalar Aİ vətəndaşı olmayan şəxslər üçün viza tələblərini müəyyən edir. Eyni zamanda, Viza Məcəlləsi ilə 29 Şengen ölkəsi üçün Şengen vizasının müraciət proseduru nizamlayır.
Etibarlı Şengen vizası olan şəxslər hər 180 günlük dövr ərzində Şengen zonasında maksimum 90 gün qala bilərlər. Şengen zonasına daxil olmayan digər Aİ ölkələrinə (məsələn, Böyük Britaniya, İrlandiya və ya Kipr) səyahət etdikdə isə Şengen vizası ilə yanaşı, ayrıca viza tələb oluna bilər.
Burada vacib məqam odur ki, viza əsas səyahət edəcəyiniz ölkənin səfirliyi və ya konsulluğu tərəfindən verilsin.
Şengen vizası bütün 29 Şengen ölkəsində keçərlidir. Bu səbəbdən bir pasportda yalnız bir etibarlı Şengen vizası ola bilər. Siz eyni qalma müddəti (maksimum 90 gün) üçün eyni vaxtda bir neçə Şengen ölkəsinə viza üçün müraciəti edə bilməzsiniz.
Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Əgər vizanızın etibarlılıq sahəsi məhdudlaşdırılmayıbsa, bu ölkələrin hamısına vahid Şengen vizası ilə səyahət edə bilərsiniz.
Burada vacib məqam odur ki, viza əsas səyahət edəcəyiniz ölkənin səfirliyi və ya konsulluğu tərəfindən verilməlidir.
90 günlük qanuni qalma müddətinə, əcnəbinin 180 günlük dövr ərzində Şengen ölkələrində keçirdiyi bütün günlər (giriş və çıxış günləri daxil olmaqla) daxildir. Bu 180 gün yoxlama tarixindən geriyə doğru hesablanır.
Siz Avropa Komissiyasının saytında xüsusi qalma müddəti kalkulyatorundan istifadə edə bilərsiniz. Burada Siz əvvəlki səyahət tarixlərinizi daxil edərək növbəti girişin mümkün olub-olmadığını, nə vaxt və neçə günlük mümkün olduğunu yoxlaya bilərsiniz.
Bir qayda olaraq, beynəlxalq hüquqi müqavilələr, Almaniya və ya Aİ qanunvericiliyi ilə digər hallar müəyyən edilmədiyi təqdirdə, əcnəbilərin Almaniyaya daxil olmaq və orada qalmaq üçün vizası olmalıdır (Almaniyada Yaşamaq haqqında Qanununun 4-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsi). 90 günə qədər olan qısamüddətli səfərlər zamanı Şengen vizasının tələb olunub-olunmaması məsələsi Aİ-nin „Viza Qaydaları“ ilə tənzimlənir. Almaniyaya giriş üçün viza tələbi və ya vizadan azad olma halları barədə ətraflı məlumatı Almaniyanın Xarici İşlər Nazirliyinin saytından tapmaq olar.
Xarici səyahətçilərin böyük əksəriyyəti üçün "tranzit imtiyazı" adlanan qayda şamil edilir: əgər Almaniya hava limanında dayanma (transfer) zamanı, beynəlxalq tranzit zonası tərk edilmirsə və son təyinat məntəqəsi Şengen zonasından kənarda yerləşən bir ölkədirsə, tranzit keçid üçün viza tələb olunmur.
Lakin tranzit zamanı Şengen zonasına daxil olmaq zərurəti yarandıqda (məsələn, terminalı dəyişmək üçün və ya marşrut ardıcıl olaraq Şengen ölkələrindəki iki hava limanından uçmağı nəzərdə tutduqda), Azərbaycan Respublikasının vətəndaşlarından viza tələb olunur.
Aşağıdakı ölkələrin vətəndaşlarına tranzit imtiyazı şamil EDİLMİR, yəni Almaniya hava limanından tranzit keçidi edilən bütün hallarda hava limanı tranzit vizası ("A" kateqoriyalı viza) tələb olunur:
Hava limanı tranziti
Aşağıdakı ölkələrin vətəndaşları üçün tranzit imtiyazı şamil EDİLMİR, yəni Almaniya hava limanından tranzit keçidi edilən hər bir halda hava limanı tranzit vizası ("A" kateqoriyalı viza) tələb olunur:
- Banqladeş
- Cənubi Sudan
- Efiopiya
- Eritreya
- Əfqanıstan
- İordaniya*
- İraq
- İran
- Konqo (Demokratik Respublikası)
- Qana
- Livan
- Mali
- Nigeriya
- Pakistan
- Somali
- Sudan
- Suriya
- Şri-Lanka
- Türkiyə*
* Bu ölkələr üçün müəyyən istisna müddəaları qüvvədədir
Hava limanı üçün tranzit vizası tələb olunmayan hallar (istisnalar):
- Avropa Ittifaqı və Şengen dövlətlərinin etibarlı vizalarına və milli yaşayış icazələrinə malik olan şəxslər
- Aşağıdakı dövlətlərin müvafiq milli yaşayış icazələrinə malik olan şəxslər: Andorra, Kanada, Yaponiya, San-Marino, Amerika Birləşmiş Ştatları
- Avropa İqtisadi Zonası dövlətləri (Aİ ölkələri və İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə), eləcə də Kanada, Yaponiya və Amerika Birləşmiş Ştatları tərəfindən verilmiş etibarlı vizası olan şəxslər.
Viza ərizənizi planlaşdırılan səfərin başlamasından ən tezi altı ay əvvəl edə bilərsiniz. Səfər planınız tam dəqiqləşən kimi sənədlərinizi təqdim etməyiniz tövsiyə olunur.
Dəqiq səfər planı və ya dəqiq səbəb olmadan Şengen vizası üçün müraciət edilə bilməz. "Gələcəkdə bir dən viza lazım olar“ prinsipi ilə Şengen vizası verilmir.
Standart baxılma müddəti ərzində ərizənin statusu ilə bağlı sorğulara cavab verilmir.
Səyahətlərin intensiv olduğu mövsümlərdə viza üçün sənədlərin təqdim edilməsi üçün gözləmə müddəti uzana bilər. Almaniyaya giriş üçün viza tələb olunduğu təqdirdə, gözlənilməz gecikmələrin qarşısını almaq məqsədilə sənədlərinizi erkən təqdim etməyiniz tövsiyə olunur.
Viza Məcəlləsi viza icraatında riayət edilməli olan yoxlama addımlarını tənzimləyir: a) Almaniyaya səfər məqsədinin inandırıcı və anlaşıqlı olması, b) yaşayış və səfər xərclərinin maliyyələşdirilməsi, c) viza sahibinin vizanın qüvvədə olma müddəti bitməzdən əvvəl Şengen məkanından geri qayıtmaq hazırlığı və d) bütün Şengen məkanı və bütün qalma müddəti üçün bağlanmış səyahət tibbi sığortasının etibarlılığı. Viza ərizəsində və əlavə olunmuş sənədlərdə göstərilən bütün məlumatlar doğru olmalıdır.
Şengen məkanına daxil olması Avropanın təhlükəsizliyinə və ya ictimai asayişinə təhlükə törədən yaxud yuxarıda göstərilən verilmə şərtlərindən birini və ya bir neçəsini yerinə yetirməyən şəxslərə viza verilə bilməz. Viza müraciəti rədd edildiyi təqdirdə, imtinaya əsas verən səbəblər ərizəçiyə bildirilir.
Şengen vizası üçün ərizə formasında cavablandırmalı olduğunuz ilk suallardan biri səfərinizin məqsədi ilə bağlıdır – yəni Almaniyaya və ya Şengen zonasına nə üçün səyahət etdiyiniz və səfərinizin səbəbi nədir. Səfərinizin məqsədini dəqiqləşdirdikdın sonra Şengen vizası üçün hansı sənədlərlə müraciət edəcəyiniz müəyyən edə bilərsiz.
Vacib: Ərizəyə əlavə etdiyiniz sənədlərdə qeyd olunan səfər məqsədi Sizin faktiki səfər planınızla tam üst-üstə düşməlidir. Səfər məqsədi barədə yalan məlumatın verilməsi (məsələn, planlaşdırılan işgüzar səfər fonunda turist vizası üçün müraciət edilməsi) və yanlış bəyanatlar viza müraciətinin rədd edilməsinə səbəb olur. Səfər məqsədinizi sadəcə formal olaraq deyil, konkret səfər planlarınıza dair məlumatlarla əsaslandırın.
Səfər məqsədinizə uyğun viza üçün tələb olunan sənədlərin siyahısını məlumat vərəqələrindən əldə edə bilərsiniz.
Viza üçün sənədlərinizi təqdim etmək məqsədilə görüşü bizim xidməti tərəfdaşımız TLS Contact viza mərkəzində təyin etməlisiniz.
180 günlük dövr ərzində maksimum 90 gün qısamüddətli səfər üçün Şengen vizası yalnız "TLScontact" viza mərkəzi vasitəsilə təqdim edilə bilər. Viza mərkəzinin ünvanı: Xocalı prospekti 37, Dəmirçi Biznes Qülləsi, 3-cü mərtəbə, AZ1025 Bakı, Azərbaycan. Görüş vaxtı təyin etmək üçün TLScontact saytında şəxsi kabinet yaradın və müraciət növü olaraq 'Şengen C vizası' kateqoriyasını seçin. Görüş vaxtları TLScontact tərəfindən avtomatik olaraq gözləmə siyahısı sistemi əsasında paylanılır: Siz qeydiyyatdan keçdiyiniz ardıcıllıqla gözləmə siyahısına yerləşdirilirsiniz. Boş yer yaranan kimi TLScontact Sizə konkret görüş vaxtı təklif edən elektron məktub göndərəcək. Bu görüş vaxtını elektron məktubdakı təlimatlara uyğun olaraq 48 saat ərzində təsdiqləməlisiniz. Müraciətlərin sayından asılı olaraq gözləmə müddəti bir neçə həftə çəkə bilər. Görüş üçün gözləmə siyahısında qeydiyyatdan keçmək linkini TLS -ın rəsmi internet səhifəsində tapa bilərsiniz.
Həmçinin nəzərə alın ki, rəsmi bayramlar (Novruz, Milad/Yeni il) ərəfəsində və yay aylarında müraciətlərin işləmə müddəti müvəqqəti olaraq uzana bilər. Buna görə də, viza üçün sənədlərinizi mümkün qədər tez təqdim etməyiniz tövsiyə olunur. Şengen vizası üçün müraciətinizi Şengen zonasına daxil olmağı planlaşdırdığınız tarixdən altı ay əvvələ qədər təqdim edə bilərsiniz.
Viza ərizəsi səfirlik tərəfindən qəbul edildikdən sonra baxılma müddəti aşağıdakı kimidir:
Avropa İttifaqı ilə “Viza rejiminin sadələşdirilməsi haqqında Saziş“i olan ölkənin vətəndaşları üçün təxminən 10–15 gün. Ayrı-ayrı hallarda, xüsusən də əlavə yoxlamaya ehtiyac olduqda, bu müddət 30 təqvim gününədək uzadıla bilər.
“ Viza rejiminin sadələşdirilməsi haqqında Saziş“i olmayan ölkənin vətəndaşları üçün isə baxılma müddəti təxminən 15–45 gün təşkil edir.
Şengen vizasının verilməsi üçün etibarlı tibbi səyahət sığortası tələb olunur. Sığorta bütün qalma müddətini əhatə etməli və bütün Şengen dövlətləri üçün etibarlı olmalıdır. Etibarlılıq müddəti ilə yanaşı, sığorta şəhadətnaməsində sığortalanan şəxsin adı və soyadı da qeyd edilməlidir. Ümumi sığorta təminatı məbləği , o cümlədən xəstəliklə bağlı ambulator və stasionar tibbi xərclər, həmçinin xəstəlik və ya ölüm halında vətənə qaytarılma xərcləri 30 000 avro təşkil etməlidir.
Sığorta şəhadətnaməzin hər bir detalını yoxlayın, burada sadalanan bütün məlumatların aydın şəkildə daxil edildiyinə əmin olun və ingilis dilində çap olunmuş nüsxəsini əldə edin.
Pasportunuz Şengen zonasında qalma müddətinizin bitməsindən sonra ən azı 3 ay etibarlı olmalıdır. Viza və giriş-çıxış möhürləri üçün pasportunuzda iki boş səhifə olmalıdır. Pasport zədəsiz olmalı və sahibinin imzası mütləq qeyd edilməlidir.
Əgər pasportunuzun etibarlılıq müddəti altı ay ərzində bitirsə, viza üçün ərizənizi yeni pasportla təqdim etməlisiniz. Pasportun etibarlılıq müddətinin məhdud olması səbəbindən uzunmüddətli və çoxdəfəli giriş vizalarının (məsələn, birillik vizalar) verilməsi mümkün olmur.
Pasportu əldə etdikdən dərhal sonra viza etiketində göstərilən məlumatların, xüsusilə də soyadınızın, adınızın və pasport nömrənizin düzgünlüyünü yoxlayın. Hər hansı səhv aşkar edilərsə, bu barədə dərhal vizanı vermiş Viza şöbəsinə məlumat verilməlidir.
Ümumiyyətlə, vizanızda aşağıdakı məlumatlar əks olunur: diplomatik nümayəndəliyin Viza şöbəsinin möhürü, tam adınız və soyadınız, pasport nömrəniz və aktual fotoşəkiliniz. Xüsusilə icazə verilən və riayət etməli olduğunuz qalma müddətinə (günlərin sayına) diqqət yetirməlisiniz. Həmçinin vizanın etibarlılıq müddəti – yəni Şengen zonasına daxil olmağınıza və orada qalmağınıza icazə verilən zaman aralığı – da qeyd olunur.
Vacib: Siz vizanın etibarlılıq müddətindən əvvəl və ya sonra giriş və ya çıxış etməməli və icazə verilən qalma müddətini (gün sayını) aşmamalısınız.
Səfərinizlə bağlı xüsusi şərtlər (məs., əmək fəaliyyəti ilə məşğul olmaq icazəsi) nəzərə alınmalı olduqda, bu barədə məlumatlar vizanın aşağı hissəsindəki qeydlər sətrində göstərilir.
Pasporta vurulmuş viza etiketi üzərində hər hansı dəyişiklik edilməsi mümkün deyildir. Artıq verilmiş vizada hər hansı bir dəyişiklik etmək üçün yenidən rüsum ödənilməklə yeni ərizə təqdim edilməli və yeni viza etiketi pasporta vurulmalıdır. Buna görə də, xahiş edirik, əvvəlcədən əmin olun ki, viza üçün ərizədə gəliş və gediş tarixlərinizi düzgün qeyd etmisiniz və tibbi səyahət sığortanız bu tarixləri əhatə edir.
Köhnə pasportunuzda olan və hələ də etibarlılıq müddəti bitməmiş çoxgirişli Şengen vizasından yeni verilmiş etibarlı pasportunuzla birlikdə növbəti səfərlər üçün istifadə edə bilərsiniz. Bununla belə, fərdi məlumatlarınızda heç bir dəyişikliyin olmadığına diqqət yetirməyiniz xahiş olunur.
Şengen vizasınl almaq iddianız yoxdur. Viza yalnız onun verilməsi üçün tələb olunan şərtlərin müsbət dəyərləndirilməsi nəticəsində halında verilə bilər.
Pasportunuzda Şengen vizasının olması belə, Sizə Şengen zonasına daxil olmaq üçün hüquq vermir. Ölkəyə daxil olub-olmayacağınıza son olaraq hava limanındakı sərhəd xidmətinin əməkdaşı qərar verir. Şengen zonası daxilində sərbəst hərəkəti təmin etmək üçün xarici sərhədlərdə nəzarət olduqca sərtdir. Sərhəd nəzarəti zamanı vizada qeyd olunan məlumatlar şübhə altına alına bilər və ya sərhədçi vizanın yalan məlumatlar əsasında əldə edildiyini müəyyən edə bilər. Buna görə də, səfərinizin rahat keçməsi üçün Şengen vizasını almaq məqsədilə hansı ölkəyə müraciət edəcəyiniz barədə qərar çox vacibdir! Sərhəd nəzarətində anlaşılmazlıqların və ya geri qaytarılmaların qarşısını almaq üçün vizaya düzgün müraciət edin, səyahət məqsədiniz və təyinat yeriniz haqqında dəqiq məlumat verin. Viza üçün hansı Şengen ölkəsinə müraciət etməli olduğunuzla bağlı qaydalara riayət edin və pasportunuza əlavə olaraq səyahət məqsədinizi, hara və niyə getdiyinizi aydın şəkildə göstərən sənədləri yanınızda gəzdirin.
Bəli. Şengen vizası sahibləri vizanın qüvvədə olma müddəti imkan verdiyi təqdirdə, Almaniya da daxil olmaqla, bütün Şengen zonası ərazisində istənilən 180 günlük dövr çərçivəsində 90 günə qədər qala bilərlər. Nəzərə alın ki, viza Sizin əsas səyahət edəcəyiniz və ən çox vaxt keçirəcəyiniz ölkənin səfirliyi tərəfindən verilməlidir.
Şengen vizası sahibləri istənilən 180 günlük dövr çərçivəsində 90 günə qədər Şengen zonasında qala bilərlər. Beləliklə, Siz Almaniya ilə yanaşı Şengen zonasının digər ölkələrinə də səyahət edə bilərsiniz. Giriş və çıxış yeri burada həlledici rol oynamır. Şengen zonasına giriş və çıxış istənilən hava limanından və ya sərhəd-keçid məntəqəsindən həyata keçirilə bilər.
Nəzərə alın ki, viza Sizin əsas səyahət edəcəyiniz və ən çox vaxt keçirəcəyiniz ölkənin səfirliyi tərəfindən verilməlidir.
Biometrik məlumatlar hər on barmağın izindən və pasport üçün çəkilmiş yeni fotoşəkildən ibarətdir; bunlar Şengen vizası üçün müraciət edilərkən Viza Məlumat Sistemində (VIS) saxlanılır.
Buna görə də, 12 yaşdan yuxarı şəxslər ərizələrini təqdim etmək üçün şəxsən gəlməlidirlər ki, barmaq izləri elektron qaydada qeydə alına bilsin. Proses sadə və konfidensial şəraitdə həyata keçirilir və cəmi bir neçə dəqiqə vaxt aparır. Tam tərtib olunmuş ərizənin və biometrik məlumatların təqdim edilməsi vahid bir proses təşkil edir və zaman etibarilə bir-birindən ayrıla bilməz.
Barmaq izləri mərkəzi VİS məlumat bazasında 5 il müddətinə saxlanılır. Əgər siz 59 ay ərzində yenidən Şengen vizası üçün müraciət etsəniz, növbəti müraciət üçün barmaq izləri mərkəzi məlumat bazasından götürülə bilər və bu halda şəxsən müraciət etməyə ehtiyac qalmır. Yalnız 59 ay keçdikdən sonra barmaq izləri yenidən təqdim edilməlidir.
Sizin VIS-məlumat bazasındakı məlumatlarınız qorunur və Avropa Birliyi və Almaniyanın ciddi məlumatların qorunması qaydaları ilə tənzimlənir. Burada söhbət Sizin şəxsi məlumatlarınızdan getdiyinə görə Siz istənilən zaman hansı Şengen ölkəsinin Sizə dair hansı məlumatların VİS-də daxil edildiyi barədə sorğu göndərə bilərsiniz. Bu məlumatı Şengen vizası üçün ərizə formasında və ya Avropa Komissiyasının internet səhifəsində tapa bilərsiniz.
Şengen vizası üçün müraciət edən şəxslər konsulluq əməkdaşlarının davranışı, kənar xidmət təminatçısı "TLScontact" və ya viza müraciəti prosesi ilə bağlı şikayət təqdim edə bilərlər. Nəzərə alın ki, şikayətlər yalnız alman və ya ingilis dilində təqdim edilməlidir; alman və ya ingilis dillərindən başqa dillərdə olan şikayətlərə baxıla bilməz.
Şikayətiniz daxil olduqdan sonra tərəfimizdən araşdırılacaqdır.