Willkommen auf den Seiten des Auswärtigen Amts

Milli viza - Almaniyaya yenidən giriş(yaşayış icazəsi itirildikdə)

Məqalə

Ümumi məlumatlar

  • Alman və ya ingilis dillərində tərtib olunmamış sənədlər rəsmi şəkildə təsdiq edilmiş alman dilli tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
  • Natamam sənədlərlə təqdim edilmiş müraciətlər müsbət cavab ala bilməzlər. Ərizəniz natamam olduğu təqdirdə, viza müraciətinin rədd cavabı ilə nəticələnməməsi üçün yalnız bütün sənədləriniz tam hazır olduqdan sonra görüş təyin etməyinizi tövsiyə edirik.
  • Ərizəyə baxılma müddəti , bir qayda olaraq, 12 həftəyədək davam edir, çünki Almaniyadakı Miqrasiya İdarəsinin (Ausländerbehörde) razılığı tələb olunur.  Bu müddət müəyyən hallarda fərqli ola bilər.
  • Viza üçün müraciət edərkən uçuş biletini rezervasiya etmək tələb olunmur. Uçuş biletini yalnız vizanı aldıqdan sonra rezervasiya etməyiniz xahiş olunur.
  • Viza şöbəsi əlavə sənədələr tələb etmək hüququna malıkdir.
  • 12 həftəlik baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğu göndərməməyiniz xahiş olunur. Mövcud iş yükü səbəbindən bu cür sorğulara cavab verilməsi mümkün deyil.
  • Viza rüsumu 75 avro təşkil edir və Azərbaycan manatı ilə nağd şəkildə ödənilməlidir.

Almaniyaya yenidən giriş üçün vizaya ehtiyacınızın olub-olmadığı aşağıdakı cədvəl əsasında əvvəlcədən yoxlayın

Məsələ Növbəti addımlar
Yaşayış icazəsi itirilib Almaniyaya yenidən giriş üçün viza tələb olunur
Yaşayış icazəsi Almaniyada unudulub Yaşayış icazəsinin Sizə göndərilməsi mümükün olmadığı halda, Almaniyaya yenidən giriş üçün viza tələb olunur 
Yaşayış icazəsinin müddəti başa çatıb Müvafiq yaşayış məqsədinə uyğun yeni viza tələb olunur
Yaşayış icazəsi hələ qüvvədədir, lakin yeni pasportum var Şəxsi məlumatlarınız dəyişmədiyi və köhnə (etibarsız) pasportunuz özünüzdə olduğu təqdirdə, Almaniyaya giriş mümkündür. Səfərə çıxmazdan əvvəl giriş edəcəyiniz hava limanındakı Federal Polis (Bundespolizei) xidməti ilə əlaqə saxlamağınız tövsiyə olunur
Yaşayış icazəsinin ya da vəsiqənin müddəti başa çatıb, lakin Almaniyanın Miqrasiya Idarəsi  tərəfindən „Yaşayış haqqında Qanun“un (AufenthG) 81-ci maddəsinin 4-cü bəndi (5-ci bəndlə əlaqəli şəkildə) əsasında Müvəqqəti yaşayış arayışı (Fiktionsbescheinigung) verilib və bu sənəd hələ də qüvvədədir  Müddəti bitmiş yaşayış icazəsi əsasında giriş mümkündür; digər hallarda isə Almaniyaya yenidən giriş 
Yaşayış icazəsi hələ qüvvədədir, lakin Almaniyanı 6 aydan çoxdur ki, tərk etmişəm Almaniyadakı Miqrasiya İdarəsi ilə əlaqə saxlayın ( Ausländerbehörde)
Almaniya ərazisində yaşayış icazəsinin (Aufenthaltstitel) mövcudluğunu və ya onun uzadılması üçün müraciət edildiyini və təsdiqləndiyini göstərən Miqrasiya İdarəsi (Ausländerbehörde) tərəfindən verilmiş arayış   Almaniyaya yenidən giriş üçün viza tələb olunur

Aşağıdakı məlumatlar yalnız o halda keçərlidir ki, əvvəllər Almaniyada yaşayış icazəniz olub və hazırda əvvəlki yaşayış yerinizə geri qayıtmaq istəyirsiniz.

Əgər Almaniyaya başqa məqsədlə qayıtmaq istəyirsinizsə, nəzərdə tutduğunuz yaşayış məqsədinə uyğun viza üçün müraciət etməlisiniz (məsələn, təhsil, əmək fəaliyyəti və s.)

Bir qayda olaraq, Səfirlik Almaniyada yaşayış yeri üzrə Miqrasiya İdarəsini viza prosesinə cəlb etməlidir. Bu prosedur bəzən bir neçə həftə davam edə bilər. Səfirliyin yerli Miqrasiya İdarəsindəki ərizələrin baxılma müddətinə təsir etmək imkanı yoxdur. Səfirlik yalnız həmin idarə viza proseduru çərçivəsində özünün yekun mövqeyini bildirdikdən sonra ərizəyə baxılmasını davam etdirə bilər.

Müraciət zamanı Miqrasiya İdarəsinin ilkin təsdiqinin (Vorabzustimmung) əslini təqdim etməklə bu prosesi sürətləndirə bilərsiniz. Təəssüflə bildiririk ki, elektron poçt vasitəsilə göndərilən və ya yalnız surəti təqdim edilən ilkin təsdiqlər müraciətinizə baxılarkən nəzərə alınmır.

Həmçinin nəzərə alın ki, Miqrasiya İdarəsinin ilkin təsdiq (Vorabzustimmung) vermək öhdəliyi yoxdur.

Aşağıdakı siyahı, xanaları işarələməklə ərizə sənədlərinizin tam olub olmadığını yoxlamağa imkan verir. Burada sadalanan bütün sənədlər tələb olunan formatda və qardıcıllıqla təqdim edilməlidir.

Viza müraciəti üçün yoxlama siyahısı

Aşağıdakı sənədlər hər bir müraciət üçün tam bir dəst şəklində (+ sənədin əsli) təqdim edilməlidir. Sənədlərin ölçüsü maksimum A4 formatında olmalıdır.

Yaşayış Qanununun (AufenthG) 54-cü maddəsinə uyğun olaraq məlumat bildirişi daxil olmaqla, tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması

  • Zəruri olduqda, tam doldurulmuş və imzalanmış „Əlaqə saxlamaq  və səlahiyyətləndirmə barədə bəyanat“ (Erklärung zur Erreichbarkeit und Bevollmächtigung)
  • Bir (1) ədəd aktual biometrik fotoşəkil
  • Etibarlı  pasport (şəxs tərəfindən imzalanmış və ən azı üç (3) tam boş səhifəsi olan; bir qayda olaraq, pasportun müddəti  ən azı 6 ay etibarlı olmalıdır
  • Etibarlı  pasportun məlumat və imza səhifəsinin bir (1) surəti
  • Azərbaycan üçün vizanın surəti (Azərbaycan vətəndaşlığınız yoxdursa)
  • Mövcud olduğu halda, Almaniyadakı Miqrasiya İdarəsinin ilkin razılığının (Vorabzustimmung) əsli + 1 surəti,
  • Mövcud olduğu halda, pasportda Almaniyaya və Azərbaycana giriş-çıxış möhürlərinin surəti
  • Səfər və ya uçuş planının surəti (Almaniyadan çıxış və Azərbaycana səfərlə bağlı)
  • Altı aydan artıq müddət ərzində fasiləsiz xaricdə yaşayış mövcud olduğu halda, əvvəlki yaşayış icazəsinin (Aufenthaltstitel) əsli + surəti

və ya

İtirilmiş yaşayış icazəsi haqqında polis tərəfindən verilmiş arayışın əsli + surəti. Əgər arayış ingilis və ya alman dilində deyilsə, andlı tərcüməçi tərəfindən edilmiş tərcüməsi də təqdim edilməlidir.

  • Yetkinlik yaşına çatmayan şəxslərin yenidən Almaniyaya girişi üçün əlavə sənədlər:
  • Yetkinlik yaşına çatmayan şəxslərin yenidən Almaniyaya girişi üçün əlavə sənədlər:

Doğum haqqında şəhadətnamə. Azərbaycanda verilmiş şəhadətnamələr viza müraciəti zamanı artıq təsdiqlənmiş (apostil) və tərcümə edilmiş olmalıdır. Digər xarici dövlətlər tərəfindən verilmiş şəhadətnamələr üçün sənədin həqiqiliyinin təsdiqi (leqallaşdırma və ya apostil) və alman dilinə tərcüməsi tələb olunur. Əsli + 1 surəti. Doğum haqqında şəhadətnamədəki adınız hazırkı pasportunuzdakı addan fərqlənirsə, bunu təsdiq edən müvafiq sənədləri də təqdim etməlisiniz (məsələn, ad dəyişikliyini təsdiq edən apostilli məhkəmə qərarı və digər sənədlər)

Valideynlərin birgə qəyyumluğu olduğu halda:

Müraciət zamanı hər iki valideynin (qəyyumluq malik şəxslərin) şəxsən iştirak etməsi

və ya

yalnız qəyyumluq hüququna malik valideynlərdən birinin şəxsən iştirakı və xaricdə yaşayan, həmçinin qəyyumluq hüququna malik olan digər valideynin uşağın Almaniyaya köçməsinə dair notarial qaydada təsdiqlənmiş və apostil verilmiş razılıq bəyanatı.

Yeganə qəyyumluq hüququnun təsdiqi (əsli + bir surəti).

Yalnız bir valideynin qəyyumluq hüququ olduğu halda:

Digər valideynin ölüm haqqında şəhadətnaməsi və ya uşağın qəyyumluğu ilə bağlı məhkəmənin qərarı (boşanmadan və ya valideynlik hüquqlarından məhrum olunmadan sonra yeganə qəyyumluq hüququnun verilməsi barədə). Xarici dövlət tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələr üçün, bir qayda olaraq, leqallaşdırma və ya apostil, həmçinin alman dilinə tərcümə tələb olunur. Azərbaycanda verilmiş şəhadətnamələr viza müraciəti zamanı artıq müvafiq təsdiqə malik (15.03.2026-cı ilədək leqallaşdırılmış və ya 16.03.2026-cı ildən etibarən apostil verilmiş) və tərcümə edilmiş olmalıdır.

Bütün tələb olunan sənədlər hazır olduqdan sonra, xahiş olunur, viza şöbəsi ilə görüş vaxtının təyin edilməsi üçün internet saytımız vasitəsilə əlaqə saxlayasınız.

Tibbi sığorta təminatının təsdiqi

Əgər Almaniya Federativ Respublikasında qüvvədə olan dövlət və ya özəl tibbi sığortanızın mövcudluğunu təsdiq edən sənədiniz yoxdursa, Incoming tibbi sığortası viza proseduru başa çatmazdan əvvəl təqdim edilməlidir.

Bununla bağlı əlavə məlumatı şəxsi müsahibə zamanı və ya viza proseduru çərçivəsində əldə edə bilərsiniz.

Sığorta təminatı ilə bağlı ilkin sorğularınızı göndərməməyiniz xahiş olunur.

Səhifənin əvvəlinə