Willkommen auf den Seiten des Auswärtigen Amts

Sizə qarşı Almaniyaya giriş qadağasının tətbiq edilib-edilmədiyinə dair məlumat

Məqalə

Sizə qarşı ölkəyə giriş qadağasının tətbiq edilib-edilmədiyi və/və ya girişlə bağlı şübhənin olub-olmadığını və niyə tətbiq olunduğunu bilmək istəyirsinizmi? O zaman birbaşa cavabdeh idarəyə bunun səbəbi barədə sorğu edə bilərsiniz:

Əcnəbilərin Mərkəzi Reyestrində (AZR) və ya Şengen Məlumat Sistemində (SIS) mənim haqqımda hansı məlumatlar saxlanılır? Almaniyaya giriş qadağam varmı? Səfirlik bu sualları sizin üçün cavablandıra bilmir. Hər hansı giriş qadağası varsa, onun müddətinin azaldılması üçün də bu qadağanı tətbiq edən idarəyə müraciət olunmalıdır.

Əcnəbilərin Mərkəzi Reyestrindən (AZR) Özünüz haqqında Məlumat

Əcnəbilərin Mərkəzi Reyestrindən özünüz haqqında məlumat almaq üçün ərizə yazılı şəkildə Kölndəki Federal Administrasiya İdarəsinə (BVA) təqdim edilməlidir. Şəxsi məlumatların icazəsiz açıqlanmasının qarşısını almaq üçün məlumat sorğusuna yalnız müvafiq şəxsin şəxsiyyəti təsdiqləndikdən sonra cavab verilə bilər. Tələb olunan şəxsiyyət təsdiqi xaricdən ərizə formasında imzanın təsdiqlənməsi ilə təmin edilir.

İmza təsdiqi, səfirlik tərəfindən, lakin eyni zamanda imzanı təsdiq edən digər səlahiyyətli orqan (məsələn, notariuslar) tərəfindən də həyata keçirilə bilər.

Ətraflı məlumat və müxtəlif dillərdə lazımi ərizə formasını Federal Administrasiya İdarəsinin (BVA) rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Şengen Məlumat Sistemindən Özünüz haqqında Məlumat

Şengen Məlumat Sistemindən özünüz haqqında məlumat üçün ərizə yazılı şəkildə Wiesbadendəki Federal Cinayət Polis Idarəsinə (BKA) təqdim edilməlidir. Məlumat yalnız ona həqiqətən hüququ olan şəxsə verilə biləcəyi üçün BKA məlumat tələb edən şəxsin şəxsiyyətini təsdiqləməli və məlumatı yalnız həmin şəxsin aldığından əmin olmalıdır.

Əlavə məlumat və müxtəlif dillərdə lazımi ərizə formasını Federal Cinayət Polis İdarəsinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Səhifənin əvvəlinə