Şengen zonasına girişin rəqəmsal qeydiyyatı (EES)
12 oktyabr 2025-ci il tarixindən etibarən İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də daxil olmaqla Aİ-nın bütün üzv dövlətlərində (Kipr və İrlandiya istisna olmaqla) Şengen zonasına giriş və çıxışın rəqəmsal qeydiyyatı üçün yeni İT sistemi (EES = Giriş/Çıxış Sistemi) tətbiq ediləcəkdir.
Almaniya tədricən EES-i əvvəlcə Düsseldorf hava limanında, ardınca Frankfurt hava limanında və daha sonra digər hava limanlarında və dəniz limanlarında tətbiq etməkdədir.
Bu qayda Şengen zonasına qısa müddət ərzində (180 gün ərzində maksimum 90 gün) daxil olmaq istəyən şəxslərə şamil edilir. Bundan başqa Aİ, AİB və İsveçrə vətəndaşları da istisnadır. Səyahətçilərin özlərinin əlavə hər hansı bir tədbir görməsinə ehtiyac yoxdur. Dəyişiklik yalnız sərhəd nəzarəti məntəqələrindəki prosedurlara aiddir:
- Giriş zamanı üz təsvirləri və barmaq izləri müqayisə ediləcək.
Pasportlara artıq möhür vurulmayacaq. Giriş və çıxış qeydləri - Avropa „Məlumatların mühafizəsi qanununa“ uyğun olaraq rəqəmsal şəkildə qeyd olunacaq.
- Seçilmiş hava limanlarında səyahətçilər prosesi sürətləndirmək üçün özünəxidmət terminallarından istifadə edə biləcəklər.
Əlavə məlumatları Avropa İttifaqının və Federal Polisin (Bundespolizei) internet saytlarından əldə etmək olar.