Willkommen auf den Seiten des Auswärtigen Amts
Qəbul vaxtının təyin edilməsi

Şengen vizasına müraciət sənədlərinin VisaMetric servis şirkətinə təqdim edilməsi üçün qəbul vaxtı əvvəlcədən təyin edilməlidir: Qəbul vaxtını burada təyin etməli.
Milli vizaya müraciət sənədləri yalnız birbaşa Səfirlikdə təqdim edilə bilər. Bunun üçün qəbul vaxtı təyin edilməlidir. Qeydiyyat vaxtının təyin olunması ödənişsizdir və internet vasitəsilə asanlıqla həyata keçirmək mümkündür. Qəbul vaxtını burada təyin etməli
- §16d 5-ci bəndə əsasən yalnız İxtisas dili imtahanı (Fachsprachenprüfung) və ixtisas bilikləri üzrə imtahanı (Kenntnisprüfung)
17.04.2023-cü il tarixindən etibarən - Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları
- Dil kursu 3 aydan artıq
üçün milli viza ərizələri müstəsna olaraq VisaMetric tərəfindən qəbul olunur: Qəbul vaxtını burada təyin etməli
Almaniyada müvəqqəti sığınacaq almış şəxslərin (subsidiär Schutzberechtigte) yaxın ailə üzvləri (ər/arvad, azyaşlı subay uşaqlar və azyaşlı uşaqların valideynləri) ailə birləşməsi məqsədi ilə viza üçün müraciət edə bilərlər. Ailə birləşməsi üçün müraciət edən ailə üzvləri bu internet səhifəsində qəbul vaxtı təyin edə bilərlər.
Hər bir ərizəçinin adına ayrıca qəbul vaxtı təyin edilməlidir. Bu qayda həmçinin azyaşlı uşaqlara da şamil edilir. Bir qəbul vaxtına bir neçə adın yazılması qadağandır. Adına qəbul vaxtı təyin edilməyən ərizəçilər buraxılmayacaqdır.
Milli viza üçün qəbul vaxtını təyin edərkən sənədlərin işlənməsi üçün daha çox vaxtın tələb olunduğunu nəzərə almağınız xahiş olunur (adətən ən az 8 həftə).
Təyin olunmuş qəbul vaxtında gələ bilməyəcəyiniz təqdirdə xahiş olunur həmin reservasiyanı ləğv edin. Bunu Siz çox asanlıqla Sizə göndərilmiş təsdiq mailində ləğv etmə linki vasitəsilə həyata keçirə bilərsiniz.