Willkommen auf den Seiten des Auswärtigen Amts

Bloklanmış hesabın bağlanması

Məqalə

Viza üçün müraciət etmək məqsədilə Almaniyada açdığınız bloklanmış hesabınızı (Sperrkonto) bağlamaq üçün səfirlik sizə yalnız müəyyən hallarda rüsum ödənişi müqabilində konsulluq arayışı verə bilər.

Xahiş edirik, Sizin halda Sizə belə bir arayışın verilə biləcəyinin mümkün olub-olmadığını yoxlayın:

  • Almaniyanın Bakıdakı səfirliyinə viza üçün müraciət etdim
  • Almaniyanın Bakıdakı Səfirliyi mənə viza verdi
  • Almaniyaya və ya Şengen zonasına daxil olmaq üçün vizadan istifadə etməmişəm
  • Viza artıq etibarlı deyil

Yalnız bütün suallara „BƏLİ“ deyə cavab verə bilsəniz, burada bizim online-görüş qeydiyyat sistemindən istifadə edərək konsulluq şöbəsinin qəbul saatları üçün görüş təyin etməlisiniz.

Görüşə gələrkən aşağıdakı sənədlər tələb olunur:

  • Pasportun əsli, habelə şəxsi məlumatların və vizanın olduğu səhifələrin surəti
  • Bloklanmış hesab haqqında sənəd
  • Rüsum 34,07 avro

Rüsumlar qanuna uyğun olaraq AVRO ilə təyin edilir və görüşə gələrkən nağd şəkildə AZN və ya kredit kartı (yalnız Visa və Mastercard) ilə ödənilməlidir. Məbləğin hesablanması səfirliyin mühasibatlığının cari valyuta kursundan asılıdır. Kredit kartı ilə rüsumların ödənilməsi üçün bank kartı Almaniyada avro ödənişləri üçün açıq olmalıdır, kart fiziki olaraq təqdim edilməlidir və kart sahibinin imzası tələb olunur. Digər ödəniş üsulları mümkün deyil.

Arayışın verilməsi sənədlərə baxılma müddəti təxminən 1 həftədir.

Əgər Siz ….

... heç vaxt Bakı Səfirliyinə viza ərizəsi verməmisiniz və ya təqdim etdiyiniz ərizəni geri götürmüsünüzsə, bu halda da Siz görüş təyin edə bilərsiniz

... viza almış və vizadan səfər üçün istifadə etmişsinizsə, Almaniyada olduğunuz müddətdən və Almaniyada qeydiyyatdan keçib-keçməməyinizdən və ya miqrasiya orqanları (Ausländerbehörde) tərəfindən yaşayış icazəsinin verilib-verilməməsindən asılı olmayaraq, bu halda Səfirlik bloklanmış hesabınızı bağlamaq üçün Sizə arayış verə bilməyəcəkdir. Xahiş olunur digər suallar yarandığı təqdirdə bloklanmış hesabınızın olduğu bankla əlaqə saxlayın.

... viza almısınızsa, bu vizadan istifadə etməmisinizsə, lakin viza hələ də etibarlıdır:

Bu halda mövcud vizanızın ləğv edilməsi üçün əvvəlcə viza şöbəsi ilə əlaqə saxlayın və sonra arayışın verilməsi üçün görüş təyin edin.

Səhifənin əvvəlinə