Willkommen auf den Seiten des Auswärtigen Amts
Konsulluq şöbəsinin qəbul saatları
Aşağıdakı məsələlər üçün qəbul vaxtını buradan təyin edin:
- Alman idarələrinə təqdim etmək üçün surətlərin təsdiqi
- Azərbaycan Respublikasının dövlət sənədlərinin leqalizasiyası
- Imzaların təsdiqi (xahiş olunur mətnin altındakı məlumatları nəzərə alasınız)
- Konsulluq arayışları (məsələn: Almaniyada bloklanmış bank hesablarının bağlanması üçün arayış, sərhədkeçmə arayışı, pensiya idarəsində təqdim etmək üçün sağ olmaq haqqında arayış)
Konsulluq şöbəsinə aid (vizaya aid deyil) digər işiniz olduğu təqdirdə email vasitəsilə konsulluq şöbəsinin email ünvanına rk-kontakt@baku.diplo.de məktub yazaraq konkret məsələniz barədə müraciət etməyiniz xahiş olunur.
Surətlərin təsdiqi üçün xahiş olunur sənədlərin əslini özünüzlə gətirin. Sənədlərin surətlərini özünüzlə gətirməyinizə ehtiyac yoxdur. Rüsum bir sənəd üçün 24,59 € təşkil edir.
Rüsumlar qanuna uyğun olaraq AVRO ilə təyin edilir və görüşə gələrkən nağd şəkildə AZN və ya kredit kartı ilə ödənilməlidir. Məbləğin hesablanması səfirliyin mühasibatlığının cari valyuta kursundan asılıdır. Kredit kartı ilə rüsumların ödənilməsi üçün bank kartı Almaniyada avro ödənişləri üçün açıq olmalıdır, kart fiziki olaraq təqdim edilməlidir və kart sahibinin imzası tələb olunur. Digər ödəniş üsulları mümkün deyil.
Bir qayda olaraq görüşdə şəxsən iştirak etmək tələb olunur. Leqallaşdırma həmçinin vətəndaşın səlahiyyətli nümayəndəsi tərəfindən də həyata keçirilə bilər. Yazılı etibarnamə və etibarnamə verənin şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti təqdim edilməlidir.
Tərcümələrin təsdiqi Alman Səfirliyi tərəfindən həyata keçirilə bilmir. Xahiş olunur bununla bağlı lazım gələrsə Almaniyada yaşayan andlı tərçüməçilərə müraciət edin. Səfirlikdə olan məlumata görə Azərbaycanda daimi yaşayan andlı tərcüməçilər yoxdur. Səfirliyə məlum olan tərcüməçilərin siyahısını buradan əldə edə bilərsiniz.
Əgər Sizə imzanın təsdiqi lazımdırsa nəzərə almağınız xahiş olunur ki, bir qayda olaraq bu proseduru hazırda qüvvədə olan konsulluq haqqında alman-sovet müqaviləsinə əsasən Azərbaycan vətəndaşları üçün, təəssüf ki, həyata keçirmək mümkün deyildir. Torpaq alqı-satqısı müqavilələri üçün nəzərdə tutulan bəyannamələrdə istisnalar mümkündür. Təəssüf ki, imzanın təsdiqi proseduru ticarət reyestrində qeydiyyata alınma, MMC-nın baş direktorunun bəyannamələrinin təsdiqi və s. hallarda həyata keçirilmir. Görüşə gəlməzdən əvvəl bizimlə e-poçt vasitəsilə əlaqə saxlamağınız tövsiyə olunur. Xahiş edirik, təsdiqlənəcək müqaviləni və ya sənədləri skan edərək rk-kontakt@baku.diplo.de email ünvanına göndərəsiniz.
Həmçinin məhkumluq haqqında arayışın verilməsi üçün imzanın təsdiqini də konsulluğun qəbul saatlarında həyata keçirmək mümkündür. Xarici ölkədə yaşayarkən məhkumluq haqqında arayış üçün müraciətə dair məlumatları buradan alman dilində və ingilis dilində əldə edə bilərsiniz. İmzanın təsdiqi üçün rüsum 34,07 avro məbləğindədir (rüsumların ödənişi haqqında məlumat mətnin yuxarısında).
Yaşayış yeriniz Almaniyada olduğu təqdirdə xahiş olunur yaşayış yeri üzrə əhalinin qeydiyyat idarəsinə (Einwohnermeldeamt) müraciət edin. Əlavə məlumatları buradan əldə edə bilərsiniz.
Leqalizasiya proseduruna dair ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
Əgər Sizə Almaniyada verilən sənədlərin həqiqiliyinin təsdiqi lazımdırsa nəzərə alın ki, bu prosedur səfirlik tərəfindən həyata keçirilə bilmir. Əlavə məlumatları buradan əldə edə bilərsiniz.
Bloklanmış bank hesabının bağlanması barədə məlumatı buradan əldə edə bilərsiniz.
Xahiş olunur həmçinin nəzərə alın ki, konsulluğun qəbul saatları çərçivəsində viza ərizələrinin və ya yaşayış icazəsi ilə bağlı məsələlərə dair məsləhətlər verilmir.
əlavə məzmunlar
Beləliklə Almaniyanın xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən icra edilən sənədlərin notarial təsdiqi, leqalizasiya və digər xidmətlər üçün rüsum məbləği dəyişir. Pasport, şəxsiyyət vəsiqəsi və viza üçün rüsumlar dəyişilməz olaraq qalır.
1 oktyabr 2021 tarixindən etibarən rüsumlarla bağlı yeni qanun qüvvəyə minir.