Willkommen auf den Seiten des Auswärtigen Amts

Xidməti pasport sahibləri

Artikel

Xidməti pasport sahibləri

Viza müraciəti üçün yoxlama siyahısı

Aşağıdakı sənədlər hər bir ərizə üçün tam şəkildə təqdim edilməlidir. Alman və ya ingilis dilində tərtib olunmayan sənədlərin rəsmi tərcüməsi tələb olunur. Yalnız bank hesabından çıxarışlar bu qaydadan istisnadır. Müraciət zamanı bütün sənədlərin əsli təqdim edilməlidir; tək nüsxədə olan sənədlər (məs., vətəndaşlıq vəziyyəti aktları: doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) surəti ilə birlikdə təqdim olunduqda, onların əsli geri qaytarılır.

Azərbaycan Respublikasının xidməti pasport sahibləri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici diplomatik və ya xidməti pasport sahibləri müraciətlərini öncədən görüş vaxtı təyin etmədən, bazar ertəsi – cümə günləri saat 10:15-dən 11:00-dək təqdim edə bilərlər. Müraciətlərə baxılma müddəti, bir qayda olaraq, 5–15 iş günü təşkil edir.

Azərbaycan Respublikasının xidməti pasport sahibləri Almaniyaya daxil olmaq üçün viza almalıdırlar. Almaniya üçün vizaya ehtiyacınızın olub-olmadığını bu linklər vasitəsilə yoxlaya bilərsınız: https://www.gesetze-im-internet.de/aufenthv/__19.html və https://www.gesetze-im-internet.de/aufenthv/anlage_b.html

Şengen məkanına daxil olan hər bir dövlət 90 günədək qısamüddətli səfərlər üçün vizadan azad etmə ilə bağlı müstəqil qərar verə bilər. Bu səbəbdən, planlaşdırdığınız Şengen məkanına səfər çərçivəsində bütün əlaqədar dövlətlər tərəfindən viza tələbindən azad olunub-olunmadığınızı öncədən yoxlamanız xahiş olunur.

☐ Xidməti və ya diplomatik pasport (əsli + 1 ədəd surəti)

  • veriləcək vizanın bitəcəyi tarixdən sonra ən azı 3 ay etibarlı olmalıdır
  • ən azı 2 boş səhifəsi olmalıdır
  • şəxsən imzalanmalıdır (yetkinlik yaşına çatmayanlar istisna olmaqla)

☐ Pasportun şəkil olan səhifəsi və əvvəlki vizalar, möhürlər və qeydlər olan səhifələrin surəti

☐ Şəxsiyyət vəsiqəsi (əsli + ön və arxa tərəfin surəti)

☐ Üçüncü ölkə vətəndaşları üçün: Azərbaycan Respublikasında yaşayış icazəsi və ya Dövlət Protokol İdarəsi tərəfindən verilən diplomatik vəsiqə (əgər mövcuddursa))

  • veriləcək vizanın bitəcəyi tarixdən sonra ən azı 3 ay etibarlı olmalıdır

☐ Viza üçün ərizə forması (əsli)

  • tam şəkildə doldurulmuş və təyin edilmiş yerlərdə imzalanmış olmalı

☐ Pasport şəkli (əsli) – Şəkil nümunələri cədvəlinə uyğun

  • 3 aydan köhnə olmayan

  • 3,5 x 4,5 cm

☐ Gediş-dönüş üçün aviabiletin / səfərin rezervasiyası (surət)

  • Şengen zonası daxili səyahətlər üçün nəqliyyat vasitələrinin (avtobus, təyyarə, qatar və s.) təsdiqi

☐ Səyahət sığortası (əsli + surəti)

  • Sığortanın minimum təminat məbləği 30 000 avro və ya 50 000 ABŞ dolları

  • Bütün Şengen dövlətləri üçün etibarlı

  • Xəstəlik və ya ölüm halında repatriasiya (vətənə qaytarılma)

  • Bütün xəstəlikləri əhatə edən (məsələn, COVID-19)

☐ Yüksək keyfiyyətli skan və çap formatında səfər məqsədinin təsdiqi:

  • Xidməti səfərlər üçün: səfərin məqsədini və dəqiq tarixlərini əks etdirən verbal nota

☐ Yetkinlik yaşına çatmayanlar üçün: rəsmi tərcüməsi ilə birlikdə aşağıdakı sənədlər:

  • Doğum haqqında şəhadətnamə (əsli + surəti)

  • Ərizəçinin viza üçün müraciəti və bütün Şengen dövlətlərinə səfər etməsi üçün valideynlərin və ya qəyyumların notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əsli + surəti, verilmə tarixi 6 aydan köhnə olmamaq şərtilə)

  • Valideynlərin və ya qəyyumların pasportlarının surətləri və mövcud olduqda, qəyyumların (valideynlərin) viza surətləri

nach oben