Willkommen auf den Seiten des Auswärtigen Amts

Azərbaycanın dövlət sənədlərinin leqalizasiyası

Artikel

Bu məlumat vərəqəsindəki bütün yazılanlar Səfirliyin bu mətni tərtib etdiyi zaman əldə olunan məlumatlar və dəyərləndirmələrə əsaslanır. Mətnin, xüsusilə arada ortaya çıxan dəyişikliklər səbəbindən tam şəkildə və tamamilə düzgün olmasına zəmanət verilmir.

Azərbaycan Respublikasının dövlət sənədlərinin Almaniyada hüquqi prosedurlar üçün leqalizasiyası məqsədilə Almaniyanın Bakıdakı Səfirliyi üçün sənədlərin qəbulu TLScontact kənar xidmət şirkəti tərəfindən həyata keçirilir.

Xarici dövlət sənədləri həmişə alman idarələri tərəfindən qəbul edilmir. Almaniyada tanınmaq üçün bu hallarda sənədin və ya onun təsdiq dəyərinin həqiqi olduğu müəyyənləşdirilməlidir. Azərbaycanın dövlət sənədləri üçün leqalizasiya proseduru 01.11.2022 tarixindən etibarən tətbiq olunur. 

Azərbaycanda Almaniyanın dövlət sənədlərinin istifadəsi üçün məlumatları "Sənədlərin istifadəsinə dair ümumi məlumat vərəqəsində" tapa bilərsiniz. 

Başqa bir prosedur apostil prosedurudur. Bu prosedur Azərbaycanın dövlət sənədlərinə TƏTBİQ OLUNMUR.

Dövlət sənədləri dövlət orqanı tərəfindən verilən sənədlərdir. Fərdi şəxslər, özəl qurumlar və ya şirkətlər tərəfindən verilən sənədlər qanuniləşdirilə bilməz. Dövlət sənədlərinə misal olaraq vətəndaşlıq vəziyyəti haqqında şəhadətnamələri, məhkəmə qərarlarını və oxşar sənədləri göstərmək olar. Diplom və şəhadətnamələr yalnız dövlət təhsil müəssisələri tərəfindən verilmişdirsə, dövlət sənədi sayılır. Özəl təhsil müəssisələrindən alınan sertifikatlar dövlət sənədi deyil və leqalizasiya oluna bilməz.

Azərbaycanda verilən vətəndaşlıq vəziyyəti haqqında şəhadətnamələr Alman Səfirliyi tərəfindən leqalizasiya olmaqdan əvvəl ilk növbədə təsdiq edilməlidir.

1-ci addım: Azərbaycanda qeydiyyatdan keçmiş notarius şəhadətnamənin təsdiq edilmiş surətini hazırlayır. Səfirlikdə leqallaşdırma prosesi üçün sənədin tərcüməsi tələb olunmur. Bir qayda olaraq, alman idarələri xarici sənədin Almaniyada andlı tərcüməçi tərəfindən tərcüməsini tələb edir. Zəhmət olmasa, Azərbaycan sənədinin təqdim olunacağı alman idarəsindən Azərbaycan sənədinin tərcüməsi ilə bağlı şərtləri sorğu edin. Səhifəmizdə andlı tərcüməçilərin siyahısı ilə tanış ola bilərsiniz.  

DIQQƏT: Notarius tərəfindən təsdiq edilmiş surət oxunaqlı deyilsə, səfirlik sənədi leqalizasiya edə bilməz.

2-ci addım: 5 nömrəli ASAN xidmət mərkəzində təsdiq edilmiş surətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (Apostil yox!) vurulur. İlkin leqalizasiya - Səfirlikdə olan məlumata görə - bir həftə ərzində və rüsum ödənişi ilə baş tutur.

5 saylı Bakı "ASAN xidmət" mərkəzinin ünvanı:

Bakı, Nizami rayonu
Heydər Əliyev prospekti 115
asan5@asan.gov.az
Telefon mərkəzi: 108

Səfirlikdə olan məlumata əsasən, ilkin leqalizasiya üçün “ASAN xidmət”in ölkə üzrə bütün məntəqələrində müraciət oluna bilər.

3-cü addım: Xahiş olunur, TLScontact-da konsulluq məsləhətləşmə saatları ərzində leqallaşdırılacaq sənədləri təqdim etmək üçün konsulluq xidmətləri üçün (viza deyil!) görüş təyin edin. Xahiş olunur burada konsulluq xidmətləri üçün kənar xidmət şirkəti TLScontact-da görüş vaxtı təyin etmək üçün buraya basın. Görüşlər yalnız gəbul vaxtı proqramı vasitəsilə onlayn edilə bilər. Hər görüşdə adambaşı maksimum 10 sənəd təqdim edilə bilər. 10-dan çox sənəd üçün iki görüş almalısınız etməlisiniz.

Nəzərə alın ki, tələbdən asılı olaraq, görüş qeydiyyatı üçün daha uzun gözləmə vaxtları ola bilər. Yeni görüş vaxtları mütəmadi olaraq açılacaqdır.

DIQQƏT: Notarius tərəfindən təsdiq edilmiş surət oxunaqlı deyilsə, səfirlik sənədi leqalizasiya edə BİLMƏZ.

Rüsumlar

Leqalizasiya üçün rüsumlar aşağıdakılardır:

• TLScontact xidmət haqqı: leqalizasiya üçün təqdim edilən sənədə görə 6 avro xidmət haqqı və

• Səfirliyin konsulluq rüsumu - hazırda hər sənəd üçün 29,91 avro təşkil edir.

Yuxarıda göstərilən rüsumlar müraciət günü TLScontact-ın təklif etdiyi ödəniş üsullarından biri ilə səfirliyin mövcud cari məzənnəsi ilə manatla ödənilməlidir.

İşlənmə müddəti
Səfirlik tərəfindən leqallaşdırılan sənədlər adətən 9 gündən sonra  TLScontact-da qeri götürmək üçün hazır olur. Səfirlik bayram günlərində və ya digər günlərdə bağlı olarsa, müvafiq olaraq, işlənmə müddəti də uzadılacaqdır.

Şəxsən iştirak
Bir qayda olaraq, qəbul vaxtında şəxsən iştirak tələb olunur. Lakin leqallaşdırma üçün görüş səlahiyyətli nümayəndə tərəfindən də həyata keçirilə bilər. Bu halda həmin şəxsin etibarnaməsi və həmçinin şəxsiyyət vəsiqəsinin və ya pasportunun  surəti təqdim edilməlidir. Bunun üçün yazılı etibarnamənin əsli və etibarnamə verən şəxsin şəxsiyyət vəsiqəsinin və ya pasportunun surəti TLScontact-a təqdim edilməlidir. Addım 1 və Addım 2 üçün etibarnamə tələbləri haqqında (Azərbaycan notariat kontorunda prosedur / ASAN Xidmət Mərkəzi vasitəsilə leqallaşdırmadan əvvəlki prosedur)  məlumat almaq üçün Azərbaycanın məsul qurumları ilə əlaqə saxlayın.

Leqallaşdırmanı poçtla həyata keçirtmək mümkün deyildir.

nach oben