Willkommen auf den Seiten des Auswärtigen Amts

Konsulluq şöbəsinin qəbul saatları

Artikel

DİQQƏT!

01.07.2025 tarixindən etibarən

Notariat xidmət
Notariat xidmət © Colourbox
  • Alman idarələrinə təqdim etmək üçün surətlərin təsdiqi 
  • Azərbaycan Respublikasının dövlət sənədlərinin leqalizasiyası

üçün müraciətlər yalnız TLScontact kənar xidmət şirkəti tərəfindən qəbul ediləcəkdir. Konsulluq xidmətləri üçün kənar xidmət şirkəti TLScontact-da görüş vaxtını buradan təyin edə bilərsiniz.

Aşağıdaki müraciətlər üçün

  • İmzanın təsdiqi (xahiş olunur mətnin sonundakı məlumatı nəzərə alın)
  • Konsulluq arayışları (məsələn, Almaniyada bloklanmış hesabı bağlamaq üçün, sərhəd keçid arayışları, pensiya məsələləri üçün həyatda olduğunuz haqqında arayışlar)
  • Məhkumluq haqqında arayışa mürcaiət zamanı imza təsdiqi
  • Digər konsulluq məsələləri

konsulluq şöbəsi ilə bağlı hər hansı digər müraciətiniz varsa (surətlərin təsdiqi, leqalizasiya və viza mövzularından başqa), səfirliyin əlaqə formasından istifadə edərək bizimlə əlaqə saxlaya bilərsiniz.  Müraciət edərkən ünvan olaraq “Hüquq və Konsulluq şöbəsi ilə əlaqə” bölməsini seçə bilərsiniz. Bundan sonra səfirlik ən yaxın zamanda sizinlə əlaqə saxlayacaq.

Surətin təsdiqi məqsədilə sənədlər Almaniyanın Bakıdakı Səfirliyi üçün kənar xidmət şirkəti TLScontact vasitəsilə qəbul edilir.

Almaniyanın Bakıdakı Səfirliyi  alman idarələri və ya alman hüquq sahəsi üçün lazım olduqda sənədin əsli ilə surətinin eyni olduğunu təsdiq edə bilər (surətin təsdiqi). Tələb olunan surət təsdiqinin Almaniya  ilə əlaqədar olması yoxlanıla bilən olmalıdır və ərizəçi sənədi təqdim edərkən bunu etməlidir.

Sənədin təsdiq olunmamış  surəti (sadə surət) təsdiq edilə bilməz. Sənəd qeyri-alman və ya digər xarici idarə tərəfindən verilmişdirsə (buraya həmçinin Azərbaycan idarələri də aiddir), sənədin surətinin təsdiqi üçün sənədin həqiqiliyini təsdiq edən məsələn, leqalizasiya və ya apostil də olmalıdır. (istisna: Azərbaycan pasportlarının təsdiqi, üçüncü ölkənin pasportlarına istisna yoxdur; sənəd alman, ingilis və ya Azərbaycan dilindən fərqli bir dildə verilirsə, alman və ya ingilis dilinə tərcüməsi əlavə edilməlidir.

Surətlərin təsdiqi üçün görüş tələb olunur. Görüş TLScontact-ın konsulluq xidmətləri üçün buradan götürülə bilər.

Hər görüşə vətəndaş maksimum 10 sənəd təqdim edə bilər. 10-dan çox sənəd üçün ərizəçilər iki görüş təyin etməlidirlər.

Surətin təsdiqi üçün aşağıdakı rüsumlar tətbiq olunur:

• TLScontact-ın xidmət haqqı: Surətin təsdiqi üçün təqdim olunan  bir sənədə görə 6 avro təşkil edir.

• Səfirliyin konsulluq rüsumu hazırda hər sənəd üçün 24,59 Avro təşkil edir.

• TLScontact tərəfindən nüsxələrin çıxarılması üçün ödənişlər. Ərizəçi tərəfindən hazırlanmış surət nüsxələri təqdim edilə bilməz.

Yuxarıda göstərilən rüsumlar müraciət günü TLScontact-ın təklif etdiyi ödəniş üsullarından biri ilə səfirliyin cari məzənnəsi ilə manatla ödənilməlidir. Almaniyadakı tələbələr və Almaniyada təhsil almaq üçün müraciətlər zamanı, təhsil məqsədləri üçün surətlərin təsdiqi rüsumsuz həyata keçirilir, bu şərtlə ki, müvafiq təhsilə və ya təhsil üçün müraciətə dair təsdiq təqdim olunsun:

  • Alman universitetindən dəvət məktubu
  • Alman universitetinə qəbul olma qeydiyyatı
  • Alman universitetindən və ya uni-assistdən təhsil müraciətinə dair təsdiq

    maksimum beş nüsxə surət təsdiqi üçün. Digər məqsədlər olarkən surət təsdiqi üçün ümumi rüsum məbləğləri tətbiq edilir.

Bir qayda olaraq görüşdə şəxsən iştirak etmək tələb olunur. Leqallaşdırma həmçinin vətəndaşın səlahiyyətli nümayəndəsi tərəfindən də həyata keçirilə bilər. Yazılı etibarnamə və etibarnamə verənin şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti təqdim edilməlidir. 

Tərcümələrin təsdiqi Alman Səfirliyi tərəfindən həyata keçirilə bilmir. Xahiş olunur bununla bağlı lazım gələrsə Almaniyada yaşayan andlı tərçüməçilərə müraciət edin. Səfirlikdə olan məlumata görə Azərbaycanda daimi yaşayan andlı tərcüməçilər yoxdur. Səfirliyə məlum olan tərcüməçilərin siyahısını buradan əldə edə bilərsiniz.

Əgər Sizə imzanın təsdiqi lazımdırsa nəzərə almağınız xahiş olunur ki,  bir qayda olaraq bu proseduru hazırda qüvvədə olan konsulluq haqqında alman-sovet müqaviləsinə əsasən Azərbaycan vətəndaşları üçün, təəssüf ki, həyata keçirmək mümkün deyildir. Torpaq alqı-satqısı müqavilələri üçün nəzərdə tutulan bəyannamələrdə istisnalar mümkündür. Təəssüf ki, imzanın təsdiqi proseduru ticarət reyestrində qeydiyyata alınma, MMC-nın baş direktorunun bəyannamələrinin təsdiqi və s. hallarda həyata keçirilmir. İmza  təsdiqi ilə bağlı hər hansı sualınız varsa, səfirliyin səfirliklə əlaqə vasitəsilə bizimlə əlaqə saxlaya və ünvan kimi “Hüquqi və Konsulluq Məsələləri ilə əlaqə”, mövzu olaraq isə “İmza təsdiqi”ni seçə bilərsiniz.

Məhkumluq haqqında arayışın verilməsi üçün imzanın təsdiqini konsulluğun qəbul saatlarında  səfirlikdə həyata keçirmək mümkündür. Görüş üçün səfirliklə əlaqə vasitəsilə bizimlə əlaqə saxlaya və ünvan kimi “Hüquqi və Konsulluq Məsələləri ilə əlaqə”, mövzu olaraq isə “ Məhkumluq haqqında arayış üçün imza təsdiqi”ni seçə bilərsiniz. Xarici ölkədə yaşayarkən məhkumluq haqqında arayış üçün müraciətə dair məlumatları buradan alman dilindəingilis dilində əldə edə bilərsiniz. İmzanın təsdiqi üçün rüsum 34,07 avro məbləğindədir və ya nağd şəkildə AZN ilə və ya kredit kartı vasitəsilə ödənilə bilər. Konvertasiya məzənnəsi səfirlikdəki cari avro məzənnəsinə əsaslanır. Rüsumların kredit kart ilə ödənişi üçün kredit kart  Almaniyada avro ödənişləri üçün açıq olmalıdır. Kredit kart fiziki olaraq təqdim edilməli və kart sahibi imza atmalıdır. Digər ödəniş üsulları qəbul edilmir.

Yaşayış yeriniz Almaniyada olduğu təqdirdə  xahiş olunur yaşayış yeri üzrə əhalinin qeydiyyat idarəsinə (Einwohnermeldeamt) müraciət edin. Əlavə məlumatları buradan əldə edə bilərsiniz.

Leqalizasiya proseduruna dair ətraflı məlumatları buradan əldə edə bilərsiniz. Əgər Sizə Almaniyada verilən sənədlərin həqiqiliyinin təsdiqi lazımdırsa nəzərə alın ki,  bu prosedur səfirlik tərəfindən həyata keçirilə bilmir. Əlavə məlumatları buradan əldə edə bilərsiniz.

Bloklanmış bank hesabının bağlanması barədə məlumatı buradan əldə edə bilərsiniz.

​​​​​​​Xahiş olunur həmçinin nəzərə alın ki, konsulluğun qəbul saatları çərçivəsində viza ərizələrinin və ya yaşayış icazəsi ilə bağlı məsələlərə dair məsləhətlər verilmir.

Weitere Informationen

Beləliklə Almaniyanın xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən icra edilən sənədlərin notarial təsdiqi, leqalizasiya və  digər xidmətlər üçün rüsum məbləği dəyişir. Pasport, şəxsiyyət vəsiqəsi və viza üçün rüsumlar dəyişilməz olaraq qalır.

1 oktyabr 2021 tarixindən etibarən rüsumlarla bağlı yeni qanun qüvvəyə minir. 

nach oben