Willkommen auf den Seiten des Auswärtigen Amts

Azərbaycan rəsmi sənədləri üçün apostil proseduru

Məqalə

Bu mətndəki bütün məlumatlar mətnin tərtib olunduğu zaman səfirliyin əldə etdiyi bilgilər və dəyərləndirmələrinə əsaslanır. Bu məlumatlarda aralıq dövrdə baş verə biləcək dəyişikliklər səbəbindən onun tamlığına və dəqiqliyinə heç bir zəmanət verilmir.

VACİB DƏYİŞİKLİKLƏR:

Apostil Proseduru

Xarici dövlət sənədləri Almaniya hakimiyyəti orqanları tərəfindən həmişə asanlıqla qəbul edilmir. Bu sənədlərin Almaniyada tanınması üçün bu hallarda sənədin həqiqiliyi və ya sübut dəyəri müəyyən edilməlidir.

Dövlət sənədinin apostil vasitəsilə təsdiqlənməsi 16 mart 2026-cı ildə Almaniya və Azərbaycan arasında qüvvəyə minmiş 5 oktyabr 1961-ci il tarixli Xarici dövlət sənədlərinin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiyasına ("Haaqa Apostil Konvensiyası") əsaslanır.

Alman dövlət sənədlərinin Azərbaycanda istifadəsi haqqında məlumat üçün "Sənədlərin rəsmiləşdirlməsi" mətninə baxın.
 

Azərbaycan sənədlərinə apostil qoyulması üçün məsul orqanlar

Apostil yalnız Azərbaycan dövlət orqanları tərəfindən verilir. Almaniyanın Bakıdakı səfirliyi apostil prosedurunda iştirakçı tərəf deyildir.

Azərbaycan sənədlərinə apostil Bakıdakı 5 nömrəli ASAN Xidmət Mərkəzi tərəfindən verilir:

Ünvan:
Bakı, Nizami rayonu
Heydər Əliyev prospekti 115
Çağrı Mərkəzi: 108

Səfirliyin bildiyinə görə, apostillər ölkə daxilində istənilən ASAN xidmət mərkəzində müraciət edilə bilər.

Əlavə prosedur məlumatı ASAN Xidmətin veb saytında tapa bilərsiniz: https://asan.gov.az/en/service/asan-xidmetler/xarici-isler-nazirliyi-terefinden-goesterilen-xidmetler/senede-apostil-verilmesi

Apostil sənədin əslinə yapışdırılır.

Almaniyada andlı tərcüməçinin əlavə tərcüməsinin tələb olunub-olunmaması müvafiq səlahiyyətli alman idarələrindən asılıdır.

Vacib Məlumat

Almaniyada istifadə üçün Azərbaycan sənədlərinin leqallaşdırılması artıq mümkün deyildir.

Keçid müddəti: 17 mart 2026-cı il tarixinə qədər TLScontact-a təqdim edilən sənədlər leqallaşdırılcaqdır.

17 mart 2026-cı il tarixinə qədər Almaniyanın Bakıdakı səfirliyi tərəfindən leqallaşdırılmış bütün Azərbaycan sənədləri Almaniyada istifadə üçün qüvvədədir. Artıq leqallaşdırılmış bu sənədlər üçün apostil tələb olunmur.

18 mart 2026-cı il tarixindən etibarən bütün Azərbaycan sənədlərinə yalnız apostil proseduru tətbiq olunur.

Beynəlxalq sənəd rəsmiləşdirilməsi haqqında əsas məlumatları buradan  əldə edə bilərsiniz.

Səhifənin əvvəlinə