Willkommen auf den Seiten des Auswärtigen Amts

1 oktyabr 2021 tarixindən etibarən rüsumlarla bağlı yeni qanun qüvvəyə minir.

Artikel

Beləliklə Almaniyanın xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən icra edilən sənədlərin notarial təsdiqi, leqalizasiya və digər xidmətlər üçün rüsum məbləği dəyişir. Pasport, şəxsiyyət vəsiqəsi və viza üçün rüsumlar dəyişilməz olaraq qalır.

Mann mit Kugelschreiber und Papier tippt auf Taschenrechner.
Gebühren© colourbox.de
1 oktyabr 2021 tarixindən etibarən Almaniyanın Federal Xarici İşlər Nazirliyində və xaricdəki diplomatik nümayəndəliklərdə rüsumlarla bağlı yeni qanun qüvvəyə minir. Xaricdə xərclər qanunu (AKostG) və Xaricdə xərclərin tənzimlənməsinə dair nizamnamə (AKostV) qüvvədən düşür. Bu tarixdən etibarən rüsum ödənişlərinin qəbul edilməsi üçün hüquqi əsas Federal Rüsumlar Qanunu (BGebG)Ümumi Rüsum Ödənişlərinə dair Nizamnamə (AGebV) habelə Xarici İşlər Nazirliyi üçün Xüsusi Ödəniş Nizamnaməsidir (AABGebV).1 oktyabr 2021 tarixindən etibarən tətbiq olunan rüsum məbləğləri haqqında məlumatları konsulluq xidmətləri üçün yeni „qiymət siyahısı“ olan AABGebV-nin rüsum və əlavə xərclər cədvəli (Əlavə 1) tapa bilərsiniz. Xaricdəki bir çox diplomatik nümayəndəliklərdə rüsumlar avro ilə deyil, avro məbləğinə ekvivalent müvafiq milli valyuta ilə ödənilməldir. Bu Almaniyanın Bakıdakı Səfirliyində də həmçinin rüsumların ödənişinə şamil edilir.


nach oben