Willkommen auf den Seiten des Auswärtigen Amts

Almaniya və Azərbaycan arasında sənədlərin təsdiqinə dair qaydalar

Artikel

Almaniya ilə Azərbaycan arasında sənədlərin təsdiqinə dair müqavilə ilə nizamlanmış qayda mövcud deyildir. Bu praktikada aşağıdakı kimi təzahür edir:

1) Alman sənədlərini Azərbaycan idarələrinə təqdim etmək üçün:

Almaniya Federativ Respublikasının Səfirliyi Azərbaycan idarələrinə təqdim etmək üçün alman dövlət sənədlərinin həqiqiliyini (məs.: leqalizasiya, apostil), həmin sənədlərin surətlərinin təsdiqini, tərcümələrin düzgünlüyünü təsdiq edə bilməz.

Azərbaycan idarələrinə təqdim etmək üçün nəzərdə tutulmuş alman sənədlərinin həqiqiliyi yalnız Azərbaycan Respublikasının Berlindəki Səfirliyi tərəfindən leqalizasiya şəklində həyata keçirilə bilər.

Məlumat üçün aşağıdakı ünvana müraciət etməyiniz xahiş olunur:

Azərbaycan Respublikasının Səfirliyi
Konsulluq şöbəsi
Hubertusallee 43
14193 Berlin
E-Mail: berlin_consul@mfa.gov.az; berlin@mission.mfa.gov.az
Website: http://www.azembassy.de
Tel.: +49 30 206 480 63
Fax: +49 30 219 161 51

​​​​​​​2) Azərbaycan sənədlərini alman idarələrinə təqdim etmək üçün:

01.11.2022-ci il tarixindən etibarən alman idarələrinə təqdim olunmalı Azərbaycanda verilən dövlət sənədlərinə leqalizasiya proseduru tətbiq olunacaqdır.

nach oben