Willkommen auf den Seiten des Auswärtigen Amts
Azərbaycanın dövlət sənədlərinin leqalizasiyası
Bu məlumat vərəqəsindəki bütün yazılanlar Səfirliyin bu mətni tərtib etdiyi zaman əldə olunan məlumatlar və dəyərləndirmələrə əsaslanır. Mətnin, xüsusilə arada ortaya çıxan dəyişikliklər səbəbindən tam şəkildə və tamamilə düzgün olmasına zəmanət verilmir.
Xarici dövlət sənədləri həmişə alman idarələri tərəfindən qəbul edilmir. Almaniyada tanınmaq üçün bu hallarda sənədin və ya onun təsdiq dəyərinin həqiqi olduğu müəyyənləşdirilməlidir. Azərbaycanın dövlət sənədləri üçün leqalizasiya proseduru 01.11.2022 tarixindən etibarən tətbiq olunur.
Azərbaycanda Almaniyanın dövlət sənədlərinin istifadəsi üçün məlumatları "Sənədlərin istifadəsinə dair ümumi məlumat vərəqəsində" tapa bilərsiniz.
Azərbaycanda verilən vətəndaşlıq vəziyyəti haqqında şəhadətnamələr Alman Səfirliyi tərəfindən leqalizasiya olmaqdan əvvəl ilk növbədə təsdiq edilməlidir.
1-ci addım: Azərbaycanda qeydiyyatdan keçmiş notarius şəhadətnamənin təsdiq edilmiş surətini hazırlayır.
2-ci addım: 5 nömrəli ASAN xidmət mərkəzində təsdiq edilmiş surətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (Apostil yox!) vurulur. İlkin leqalizasiya - Səfirlikdə olan məlumata görə - bir həftə ərzində və rüsum ödənişi ilə baş tutur.
5 saylı Bakı "ASAN xidmət" mərkəzinin ünvanı:
Bakı, Nizami rayonu
Heydər Əliyev prospekti 115
asan5@asan.gov.az
Telefon mərkəzi: 108
3-cü addım: Xahiş olunur konsuluğun qəbul saatlarında leqalizasiya olunmalı sənədləri Səfirliyə gətirmək üçün qəbul vaxtı təyin edin. Leqalizasiya barədə qeydiyyat təsdiq olunmuş surətin üzərində yerləşdirilir, belə ki, Azərbaycan qanununlarına uyğun olaraq sənədin əsli yalnız bir dəfə verilə bilər. Şəhadətnamənin əsli habelə təsdiq olunmuş və Xarici İşlər Nazirliyi tərəfindən ilkin leqalizasiya edilmiş surəti səfirliyə təqdim olunmalıdır. Leqalizasiya üçün rüsum 29,91 € təşkil edir və nağd və ya kredit kartı (avro) ilə səfirliyin hazırkı məzənnəsi ilə manatla ödənilə bilər.
Bir qayda olaraq görüşdə şəxsən iştirak etmək tələb olunur. Leqallaşdırma həmçinin vətəndaşın səlahiyyətli nümayəndəsi tərəfindən də həyata keçirilə bilər. Bu halda etibarnamə və şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti təqdim edilməlidir.