Willkommen auf den Seiten des Auswärtigen Amts
Alman vətəndaşlığı haqqında qanunun 4-cü maddəsinin 4-cü bəndinə əsasən alman vətəndaşlığının əldə edilməməsi
Siz 31.12.1999 tarixindən sonra xaricdə doğulmuş, valideynləriniz almandır və xaricdə yaşayısınız? O zaman zəhmət olmasa aşağıdakı məlumatları nəzərə alın:
Vətəndaşlıq haqqında qanunun 4-cü maddəsinin 4-cü bəndinə əsasən Sizin uşağınız xaricdə anadan olubsa bir il ərzində alman doğum qeydiyyatı reyestrinə doğulma haqqında müraciət etmiş olduğunuz təqdirdə alman vətəndaşlığı ala bilər. Bununla əlaqədar alman səfirliyinə müraciət edə bilərsiniz, əlavə məlumatları buradan əldə edə
bilərsiniz.
Bir illik müddət səfirliyə təqdim olunan doğum haqqında məlumatla qorunur. Əgər Siz xaricdə yaşayır, amma alman polisində qeydiyyatdasınızsa bu da kifayət etmir. Həlledici amil uşağınızın anadan olduğu zaman yaşadığınız yerdir.
Əlavə məlumat üçün səfirliyin konsulluq şöbəsinə bu elektron ünvana info@baku.diplo.de
yazmaqla müraciət edə bilərsiniz.