Willkommen auf den Seiten des Auswärtigen Amts
Yetkinlik yaşına çatmayan uşaqların valideynlərin yanına köçməsi
(Yaşayış haqqında Qanunun 32-ci maddəsi)
Ümumi qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
- Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
- Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.
- Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
- Standart baxılma müddəti 12 həftəyə qədərdir.
- Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın..
- Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.
- Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
- Viza rüsumu 35,50 avro təşkil edir və nağd şəkildə, manat ilə (AZN) ödənilməlidir.
Ümumi məlumatlar
Almaniyada yaşayan xarici vətəndaşların yetkinlik yaşına çatmayan (18 yaşdan aşağı) və subay övladları valideynlərinin yanına köçməkmməqsədi ilə viza üçün müraciət edə bilərlər.
Əgər 16 yaşı tamam olduqdan sonra yetkinlik yaşına çatmamış uşaq, onun üzərində qanuni qəyyumluq hüququ olan şəxs və ya şəxslərlə birlikdə Almaniyaya köçmürsə, o, bir qayda olaraq, "Dillər üzrə Ümumavropa İstinad Çərçivəsi"nə (CEFR) əsasən C1 səviyyəsində alman dili biliyinə malik olduğunu sübut etməlidir. Alternativ olaraq, uşağın əvvəlki təhsili və şəxsi vəziyyəti nəzərə alınmaqla, onun Almaniya Federativ Respublikasındakı həyata inteqrasiya edə biləcəyini güman etməyə ciddi əsaslar mövcud olmalıdır.
İstisnalar humanitar əsaslarla yaşayış icazəsi olan valideynlərə, eləcə də müəyyən növ yaşayış icazələrinə sahib yüksək ixtisaslı mütəxəssislərə şamil edilir.
Vizanın verilməsi viza müraciəti prosesinin bir hissəsi olaraq, yerli miqrasiya orqanının (Ausländerbehörde) təsdiqindən asılıdır.
Nəzərinizə çatdırırıq ki, müraciət zamanı Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktları sənədləri və məhkəmə qərarları (məsələn, qəyyumluq barədə məhkəmə qərarları, övladlığa götürmə haqqında qərar) apostil edilmiş formada təqdim olunmalıdır..
Aşağıdakı siyahıdan istifadə edərək, müraciət sənədlərinizin tam olub-olmadığını hər bəndi yoxlamaqla dəqiqləşdirə bilərsiniz. Burada sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza Müraciəti üçün Yoxlama Siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması
⬜ Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız Sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir
⬜ Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜ Valideynlərin pasportunun bir (1) sadə surəti, həmçinin onun Almaniyadakı yaşama icazəsinin surəti.
⬜ Almaniyada yaşayan valideyn tərəfindən qeyri-rəsmi formada tərtib edilmiş, uşağın dəqiq şəxsi məlumatları və ünvanı qeyd olunmuş dəvət məktubu (əsli)
⬜ Almaniyada yaşayan valiseynin qeydiyyat arayışı (Meldebescheinigung) (1 surət); bu sənəd müraciət tarixindən ən çox altı aydan köhnə olmamalıdır.
Əgər Almaniyada hələ yaşayış yeri yoxdursa:
Gələcək yaşayış ünvanını təsdiq edən sənəd – məsələn, kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd və ya buna bənzər digər sənədlər təqdim edilməlidir. Bu ünvan, müraciətə baxmaq üçün cavabdeh olan yerli miqrasiya idarəsini (Ausländerbehörde) müəyyən edir; həmin idarə Almaniyaya gəldikdən sonra Sizə yaşama icazəsini verəcəkdir.
⬜ Doğum haqqında şəhadətnamə. Viza müraciəti zamanı Azərbaycan sənədlərində artıq müvafiq təsdiq (apostil) olmalı və sənədlər tərcümə edilməlidir. Digər xarici dövlətlərin sənədləri üçün həqiqiliyin təsdiqi (leqallaşdırma və ya apostil) və alman dilinə tərcümə tələb olunur. Əsli + 1ədəd surəti.
⬜ Valideynlərin birgə köçməsi halında nikah haqqında şəhadətnamə (Əsli və bir surəti). Xarici ölkələrdə verilmiş nikah haqqında şəhadətnamələr, bir qayda olaraq, leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostilə) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir
yaxud
Tək valideynlik/qəyyumluq hüququnu təsdiq edən sənəd (əsli və 1 ədəd surəti)
Digər valideynin ölüm haqqında şəhadətnaməsi və ya valideynlik/qəyyumluq barədə məhkəmə qətnaməsi (boşanmadan sonra valideynlik/qəyyumluq hüququnun tam şəkəildə verilməsi və ya valideynlik hüquqlarından məhrum etmə haqqında). Xarici ölkələrdə verilmiş ölüm haqqında şəhadətnamələr, bir qayda olaraq, leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostilə) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir
yaxud
Uşağın valideynlərdən birinin yanına köçməsi zamanı birgə valideynlik /qəyyumluq hüququ, hətta valideynlik / qəyyumluq hüququndan məhkəmə qaydasında məhrum edilmə mümkün olmadıqda belə (əsli və bir surəti)
Azərbaycanda qalan və eyni zamanda valideynlik hüququna malik olan digər valideynin uşağın Almaniyaya köçməsinə, Almaniyaya daimi köçməsinə və orada yaşayış yeri seçməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (apostil).
⬜ Tanınılan dil sertifikatının əsli və onun bir (1) surəti (məsələn: Goethe-Institut, ECL, Avstriya Dil Diplomu [ÖSD], telc).
Alman dili biliyinin C1 səviyyəsində olduğunu təsdiq edən sənəd. Müraciət zamanı sertifikatın verilmə tarixindən 12 aydan çox vaxt keçməməlidir. Əgər ayrı-ayrı modullar təkrar imtahan verilməklə tamamlanıbsa, uğurla tamamlanmış ilk modulun tarixi əsas götürülür. Modullar müxtəlif təşkilatlarda verilə bilər, bir şərtlə ki, həmin təşkilatların hamısı rəsmi olaraq tanınmış olsun. Bu sənəd yalnız o halda tələb olunur ki, uşağın ən azı 16 yaşı olsun və o, valideynlik hüququna malik olan valideyni ilə birlikdə Almaniyaya köçməsin.
Müraciət zamanı sənədin verilmə tarixindən 12 aydan çox vaxt keçməməlidir. Əgər alman dili üzrə imtahanın ayrı-ayrı hissələri təkrar imtahan verilməklə tamamlanıbsa, uğurla tamamlanmış ilk hissənin tarixi əsas götürülür. İmtahan hissələri müxtəlif dil kurslarında verilə bilər, bir şərtlə ki, həmin dil kursları rəsmi olaraq tanınmış olsun. Bu sənəd yalnız uşağın ən azı 16 yaşı olduğu və qəyyumluq (valideynlik) hüququna malik olan valideynlə birlikdə Almaniyaya köçmədiyi təqdirdə təqdim edilməlidir.
⬜ Övladlığa götürülmüş uşaqlar olduqda (əsli və bir (1) ədəd surəti):
Övladlığa götürmə haqqında şəhadətnamə və övladlığa götürmə barədə məhkəmə qətnaməsi. Xarici ölkələrdə verilmiş övladlığa götürmə şəhadətnamələri/məhkəmə qətnamələri, bir qayda olaraq, leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməli, həmçinin alman dilinə tərcümə olunmalıdır. Azərbaycanda verilən sənədlər viza müraciəti zamanı artıq müvafiq təsdiqə (apostilə) malik olmalı və alman dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir
həmçinin
„Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Haaqa Konvensiyası“nın (HAÜ) 23-cü maddəsinə uyğun olaraq Uyğunluq sertifikatı (əsli və bir (1) surəti)
və ya
Övladlığa götürmə vasitəçiliyi haqqında Qanun“un (AdVermiG) 2d maddəsinə uyğun olaraq arayış (əsli və bir (1) ədəd surəti)
Tibbi sığorta təminatını təsdiq edən sənəd
Viza rəsmiləşdirilməsi prosesi yekunlaşana qədər Incoming adlandırılan tibbi sığortası təqdim olunmalıdır. Bu barədə daha ətraflı məlumat şəxsi müsahibə zamanı və ya viza proseduru gedişatında veriləcəkdir.
Xahiş olunur, sığorta təminatı ilə bağlı əvvəlcədən sorğu verməməyiniz.