Willkommen auf den Seiten des Auswärtigen Amts
Fövqəladə çətinlik hallarında valideynlər və ya digər ailə üzvləri ilə ailə birləşməsi (Yaşayış haqqında Qanunun 36-cı maddəsi, 2-ci və 3-cü bəndləri)
Ümumi Qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
-
Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
-
Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli sizə geri qaytarılacaq.
-
Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin və ya Federal Məşğulluq İdarəsinin razılığının təsdiqi tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
-
Standart baxılma müddəti 12 həftəyə qədərdir.
-
Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın.
-
Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır.
-
Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyin. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
-
Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, Azərbaycan manatı (AZN) ilə ödənilməlidir.
Ümumi məlumat
1 mart 2024-cü il tarixindən etibarən, yaşama icazəsini həmin tarixdə (1.03.2024) və ya ondan sonra əldə etmiş ixtisaslı işçilər öz valideynlərini, eləcə də həyat yoldaşlarının valideynlərini (həyat yoldaşının da Almaniyada daimi yaşama icazəsinə malik olması şərti ilə) öz yanına gətirə bilərlər.
Nəzərə alın ki, yuxarıda qeyd olunan tələblərə cavab verilmədiyi təqdirdə, ailə üzvlərinin birləşməsi – istər yetkin övladların valideynlərinin yanına, istərsə də valideynlərin Almaniyada yaşayan yetkin övladlarının yanına gəlməsi – yalnız "fövqəladə çətinlik" hallarının qarşısını almaq məqsədilə mümkündür (Yaşama haqqında Qanunun 36-cı maddəsinin 2-ci bəndi). Belə fövqəladə çətinlik o hallarda yarana bilər ki, ailə üzvü digər bir ailə üzvünün şəxsi qayğısına və dəstəyinə təcili ehtiyac duysun və bu dəstək yalnız Almaniyada təmin edilə bilsin (məsələn, xüsusi qayğı ehtiyacı səbəbindən). Çətinlik halını təşkil edən hallar həmişə konkret vəziyyətdən, yəni həmin şəxsin fərdi durumundan irəli gəlməlidir (məsələn, xəstəlik, əlillik, uzunmüddətli qayğıya ehtiyac və ya ciddi psixoloji sarsıntı). Ailə üzvünün yaşadığı ölkədəki əlverişsiz təhsil, iqtisadi, sosial və ya digər şərtlər olduğu hallar – yaxud zəruri qayğı həmin ölkədə təmin edilə bilirsə – "çətinlik halı" hesab olunmur. Fövqəladə çətinliyin olması viza müraciəti prosesində ilk növbədə müvafiq sənədlərlə sübut edilməlidir.
Müraciətə baxılarkən, Almaniyadakı səlahiyyətli miqrasiya orqanı, ərizəçinin Almaniyada yaşayan yetkin övladlarının bu şəxsin maliyyə dolanışığını, o cümlədən tibbi sığorta və uyğun ev şəraitini dövlət vəsaitlərindən istifadə etmədən təmin edib-edə bilməyəcəyini qiymətləndirəcək. Miqrasiya orqanı bu məsələ ilə bağlı sizinlə əlaqə saxlayacaq. Müraciətinizi təqdim edərkən, dəvət edən şəxs (istinad edilən şəxs) barədə verilən məlumatların tam, dəqiq və aydın oxuna bilən olduğundan əmin olun.
Aşağıdakı siyahıdan istifadə edərək, müraciət sənədlərinizin tam olub-olmadığını hər bəndi yoxlamaqla dəqiqləşdirə bilərsiniz. Burada sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza Müraciəti üçün Yoxlama Siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması
⬜Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir).
⬜Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜Almaniyada yaşayan yetkin övlad/ailə üzvü tərəfindən göndərilmiş qeyri-rəsmi dəvət məktubu (həmin şəxsin ünvanı və müraciət edən şəxsin dəqiq şəxsiyyətinə dair məlumatları daxil olmaqla)
⬜Almaniyada yaşayan yetkin övladın pasportunun (və ya milli şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin) bir (1) sadə surəti, həmçinin onun Almaniyadakı yaşama icazəsinin surəti.
⬜Doğum haqqında şəhadətnamə və ya övladlığa götürmə haqqında sənəd vasitəsilə ailə qohumluğunun təsdiq edən sənəd (əsli + 1 surət). Xarici sənədlər, bir qayda olaraq, leqallaşdırılmalı və ya onlara "apostil" qoyulmalı, həmçinin alman dilinə tərcümə edilməlidir.
Azərbaycanda verilən sənədlər viza müraciəti edilən zaman müvafiq təsdiq (apostil) ilə təmin olumalıdır və alman dilinə tərcümə edilməlidir.
⬜Almaniyada yaşayan şəxs üçün qeydiyyat sənədi (Meldebescheinigung) (1 surət); bu sənəd müraciət tarixindən ən çox altı aydan köhnə olmamalıdır.
⬜"Yaşama haqqında Qanun"un 36-cı maddəsinin 2-ci bəndinə əsasən, "fövqəladə çətin vəziyyət" (außergewöhnliche Härte) mövcud olduqda:
Almaniyaya köçməyi qaçılmaz edən fövqəladə çətin vəziyyətin səbəblərini izah edən ətraflı və aktual sənədlər – məsələn, cari tibbi arayışlar, baxım müəssisələrindən, evdə qulluq xidmətlərindən, sosial təminat orqanlarından, uşaq baxım mərkəzlərindən və s. verilmiş arayışlar (əsli + 1 surət).
Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd
Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir. Sığortaya dair digər məlumatlar Sizə şəxsən intervyu zamanı və ya viza proseduru çərçivəsində veriləcəkdir.
Xahiş edirik, həmin vaxta qədər sığorta ilə bağlı sorğular verməyiniz.