Willkommen auf den Seiten des Auswärtigen Amts

Müstəqil dil kursu üçün viza (Yaşayış haqqında Qanunun 16f maddəsi)

Məqalə

Ümumi Qeydlər

  • Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.

  • Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.

  • Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli sizə geri qaytarılacaq.

  • Standart baxılma müddəti 12 həftəyə qədərdir.

  • Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletlinizi alın.

  • Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır.

  • Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyin. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.

  • Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, Azərbaycan manatı (AZN) ilə ödənilməlidir.

Ümumi məlumatlar

90 gündən artıq dil kursunda iştirak üçün milli viza almaqdan ötrü yalnız kənar viza xidməti olan "TLScontact" şirkətinə müraciət edilməlidir. Viza sənədlərinin qəbulu mərkəzinin ünvanı:

Xocalı prospekti 37, "Demirchi Business Tower", 3-cü mərtəbə, AZ1025 Bakı, Azərbaycan. Görüş təyin etmək üçün keçidi buradan əldə edə bilərsiniz.

Alman dili kursunda iştirak etmək məqsədilə (əgər bu, universitet təhsilinə hazırlıq məqsədi daşımırsa), "Yaşayış haqqında Qanun"un (AufenthG) 16f maddəsinə əsasən, üç aydan artıq və maksimum bir il müddətinə yaşayış icazəsi verilə bilər. Kurs intensiv xarakter daşımalı, həftədə ən azı 18 tədris saatı olmaqla gündəlik dərsləri əhatə etməli, əvvəlcədən müəyyən edilmiş məhdud müddətə malik olmalı və iştirakçıya hərtərəfli alman dili bacarıqlarına yiyələnməkdə kömək etmək üçün nəzərdə tutulmalıdır. Axşam və həftəsonu kursları bu tələblərə cavab vermir. 

Müraciət edənlər, alman dilini öyrənmək məqsədilə Almaniyada uzun müddət qalmaq istəmələrinin səbəblərini izah etməlidirlər. Yaşayış icazəsinin verilməsi üçün alman dilini əvvəlcədən bilmək rəsmi tələb olmasa da, müraciət edənin dili yüksək səviyyədə mənimsəmək istəyi, onun artıq müəyyən dil bacarıqlarına yiyələnməyə başlaması ilə daha aydın şəkildə nümayiş olunur.

Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.

Viza Müraciəti üçün Yoxlama Siyahısı

Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.

⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması

⬜ Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir). 

⬜ Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)

⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə  ən azı 15 ay etibarlılıq müddəti qalan)

⬜ Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)

⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti

⬜ Motivasiya məktubunun əsli (alman və ya ingilis dilində)

Gələcək həyat planlarınız kontekstində, dil öyrənmək məqsədilə səfər etməyinizin şəxsi və ya peşəkar səbəblərinin izahı

⬜ Tərcümeyi-hal (CV) (1 nüsxə)

⬜ Dil məktəbindən təsdiqedici sənəd; sənəddə məktəbin ünvanı, kursun müddəti və həftəlik saatların sayı (həftədə ən azı 18 tədris saatı) qeyd olunmalıdır (sənədin əsli və ya PDF sənəd + 1 surət)

⬜ Maliyyə vəsaitinin sübutu:

Aylıq ən azı 1.091 avro (gros) məbləğində vəsaitə malik olduğunuzu təsdiq edən sənəd (1 surət)

və ya

zamin duran şəxsin maliyyə imkanlarını təsdiqləyən rəsmi öhdəlik bəyannaməsi (*Verpflichtungserklärung*) (əsli + 1 surət)

və ya

bir dövlət dövlət fondu tərəfindən verilmiş və aylıq ən azı 1.091 avro məbləğində təqaüdü nəzərdə tutan təqaüd məktubu (əsli + 1 surət)

⬜ Kurs ödənişinin edildiyini təsdiqləyən sənəd (əsli və ya PDF sənəd + 1 surət)

⬜ Mövcud olduğu təqdirdə: Dil biliyini təsdiq edən sənəd (orijinal və 1 adi surət); ​​sənəddə əldə edilmiş dil səviyyəsi (məsələn, A1, A2, B1 və s.) qeyd olunmalıdır.

Dil sertifikatı ALTE (Association of Language Testers in Europe) standartlarına uyğun olaraq sertifikatlaşdırılmış bir qurum tərəfindən verilməlidir. Tanınan qurumlara, digərləri ilə yanaşı, aşağıdakılar daxildir: "Goethe-Institut", "Österreichisches Sprachdiplom" (ÖSD), "TestDaF-Institut e.V." və A2 və daha yuxarı səviyyələr üçün – ELC. Müraciət zamanı sertifikatın verilmə tarixindən 12 aydan çox vaxt keçməməlidir.

⬜ Mövcud olduğu təqdirdə: İxtisas və ya kvalifikasiyanı təsdiq edən sənədlər (diplomlar, sertifikatlar və ya əmək fəaliyyətini təsdiq edən sənədlər) – alman və ya ingilis dilinə tərcüməsi ilə birlikdə (əsli və bir (1) surəti). Xarici ölkələrdə əldə edilmiş ixtisas sənədləri üçün, adətən, leqallaşdırma və ya apostil, eləcə də tərcümə tələb olunur. Azərbaycanda əldə edilmiş ixtisas sənədləri üçün isə, viza müraciəti təqdim edilən zaman sənədlər müvafiq təsdiq (apostil) ilə təmin olunmalı və tərcümə edilmiş olmalıdır.

Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd

Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir.

Səhifənin əvvəlinə