Willkommen auf den Seiten des Auswärtigen Amts

Peşə hazırlığının qismən tanınması şərti ilə işə başlamaq məqsədilə viza (Yaşayış haqqında Qanunun 16d-ci maddəsi)

Məqalə

Ümumi Qeydlər

  • Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.

  • Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.

  • Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.

  • Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.

  • Standart baxılma müddəti 12 həftəyə qədərdir.

  • Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın.

  • Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.

  • Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.

  • Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat (AZN) ilə ödənilməlidir.

Ümumi məlumatlar

Əgər peşə ixtisasınız müvafiq Almaniya qurumu tərəfindən tam tanınmayıbsa, siz elə bir viza üçün müraciət edə bilərsiniz ki, bu, Almaniyada həm işləməyə başlamağa, həm də eyni zamanda zəruri əlavə ixtisasları əldə etməyə imkan verir. Bu əlavə təlimi tamamladıqdan və peşə ixtisasınız tam tanındıqdan sonra, Almaniyada daimi yaşamaq icazəsi üçün müraciət edə bilərsiniz. Bu mövzu ilə bağlı faydalı məlumatları www.anerkennung-in-deutschland.de  saytından əldə edə bilərsiniz.

Nəzərə alın ki, bəzi xarici universitet diplomları Almaniyada peşə təhsili kimi təsnif edilir.

Almaniyada yaşamaq və işləmək barədə əlavə məlumatı

www.make-it-in-germany.com  saytından əldə edə bilərsiniz.

Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.

Viza müraciəti üçün Yoxlama Siyahısı

Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.

⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması.

⬜ Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir). 

⬜ Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)

⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə  ən azı 15 ay etibarlılıq müddəti qalan)

⬜ Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)

⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti

⬜İşəgötürən tərəfindən doldurulmuş və imzalanmış forma: “Məşğulluq münasibətlərinə dair bəyannamə” (“Erklärung zum Beschäftigungsverhältnis”) və ona Əlavə A (əsli və ya Federal Məşğulluq Agentliyinin (BA) əvvəlcədən razılığı olduqda isə surəti və ya elektron qaydada yaradılmış versiyası)

⬜Əgər ölkəyə giriş rəsmi tanınma proseduruna (ixtisas çatışmazlıqları barədə bildiriş / “Defizitbescheid”) əsaslanırsa:

Peşə ixtisaslarının ekvivalentliyini təmin etmək üçün uyğunlaşdırma və ya kompensasiya tədbirlərinin zəruri olduğunu göstərən, peşələrin tanınması üzrə səlahiyyətli Almaniya qurumu tərəfindən verilmiş çatışmazlıq sənədi (“Defizitbescheid”) və ya peşə fəaliyyəti ilə məşğul olmaq üçün icazənin verilməsinə dair bildiriş ( bir surəti)

“Defizitbescheid” sənədində qeyd olunubsa: nəzəri təlim kurslarına, iş yerində ixtisasartırma tədbirlərinə (peşə təlim planı daxil olmaqla) və ya imtahana hazırlıq kurslarına qeydiyyatı təsdiq edən sənəd (surəti)

“Defizitbescheid” sənədində qeyd olunubsa: bilik imtahanına („Kenntnisprüfung“) qeydiyyat və lazım gələrsə bu imtahana hazırlıq kursuna qeydiyyat (bir surət).
 

Əgər ixtisasartırma proqramına alman dili kursu daxildirsə: dil məktəbindən qeydiyyat təsdiqi (burada seçilmiş kursun həftəlik saat sayı – həftədə azı 18 saatlıq intensiv kurs – göstərilməlidir) və kurs ödənişinin edildiyini təsdiqləyən sənəd (bir surəti).

⬜Əgər ölkəyə giriş "tanınma barədə tərəfdaşlıq" (Anerkennungspartnerschaft) çərçivəsində həyata keçirilirsə:

Tanınma tərəfdaşlığı haqqında saziş (əsli + 1 surəti)

həmçinin

Xarici ixtisasın dövlət tərəfindən tanınması barədə ZAB (Xarici Təhsil üzrə Mərkəzi İdarə) tərəfindən verilmiş arayış (1 surəti) və ya Almaniyadakı səlahiyyətli orqan tərəfindən verilmiş ekvivalentlik haqqında bildiriş (Gleichwertigkeitsbescheid) (əsli)

həmçinin

İşəgötürən və müraciət edən şəxs arasında, ölkəyə girişdən sonra maksimum üç il ərzində müəyyən edilmiş peşə çatışmazlıqlarının aradan qaldırılmasına şərait yaradılmasına dair saziş (1 surət)

həmçinin

İxtisas üzrə əmək fəaliyyəti üçün əmək müqaviləsi (əsli + 1 surəti) və ya 

başqa növ əmək fəaliyyəti üçün əmək müqaviləsi-lakin tənzimlənən peşələr yəni xüsusi icazə tələb edən peşə fəaliyyəti  hallarında həmin peşə üzrə işləmək icazəsi olmadıqda istisna edilir (əsli + 1 surəti)

Əgər nəzərdə tutulan ixtisas üzrə əmək fəaliyyəti üçün icazə tələb edilirsə: işəgötürənin kollektiv sazişə (Tarifbindung) tabe olduğunu və ya kilsə hüququna əsasən iş şərtlərini müəyyən edən birgə komissiyaların  qaydaları ilə bağlı olduğunu təsdiq edən sənədlər; bundan əlavə, işin məhz bu xüsusi şərtlər əsasında həyata keçirildiyini, yəni peşə təsnifatı və əmək haqqının hədəflənən peşəyə doğru irəliləyişə imkan verdiyini təsdiq edən sənəd (1 surət)              və ya

Əgər nəzərdə tutulan ixtisas üzrə əmək fəaliyyəti üçün icazə tələb edilirsə: işəgötürənin Almaniya Sosial Məcəlləsinin XI Kitabının (SGB XI) 72-ci maddəsinə uyğun olaraq təsdiqlənmiş tibbi qulluq/baxım müəssisəsi olduğunu və işin – həm vəzifə təsnifatı, həm də əmək haqqı baxımından – hədəflənən peşəyə doğru irəliləyişə imkan verdiyini təsdiq edən sənədlər (1 surət)

⬜ Dil sertifikatı (əsli + 1 surəti)

Müraciət tarixindən ən çox 12 ay əvvəl verilmiş, minimum A2 səviyyəsində dil biliyini təsdiq edən sənəd. Əgər ayrı-ayrı modullar təkrar imtahan verilməklə tamamlanıbsa, uğurla tamamlanmış ilk modulun tarixi əsas götürülür. Həkimlər üçün ixtisas dili və ya ixtisas biliklərinin yoxlanması üçün alman dili biliklərinin B2 səviyyədə olduğunun təsdiqi. Modullar müxtəlif imtahan qurumlarında verilə bilər, bir şərtlə ki, həmin qurumların hamısı rəsmi olaraq tanınmış olsun. Dil sertifikatı ALTE (Association of Language Testers in Europe) standartlarına uyğun sertifikatlaşdırılmış qurum tərəfindən verilməlidir. Bu məqsədlə aşağıdakı dil institutları tanınır: Goethe-Institut, Österreichisches Sprachdiplom (ÖSD), TestDaF-Institut e.V. və telc GmbH.

⬜ Mövcud olduğu təqdirdə: İxtisasları təsdiq edən sənədlər (məsələn, diplomlar, sertifikatlar və ya əmək fəaliyyətini təsdiq edən sənədlər) – alman və ya ingilis dilinə tərcüməsi ilə birlikdə (əsli və 1 surəti). Xarici ölkələrdə əldə edilmiş ixtisas sənədləri üçün, adətən, leqallaşdırma və ya apostil, eləcə də tərcümə tələb olunur. Azərbaycandan olan ixtisas sənədləri üçün isə, viza müraciəti təqdim edilən zaman sənədlər artıq müvafiq təsdiq (apostil) ilə təmin olunmalı və tərcümə edilmiş olmalıdır.

⬜Kifayət qədər maliyyə vəsaitinin olduğu haqqında sənəd:

Maliyyələşdirmə:

Almaniyada qalacağınız müddət ərzində xərclərin qarşılanacağını təsdiq edən sənəd: 12.324 avro məbləğində vəsaitin yatırıldığı və hər ay maksimum 1.027 avro çıxarmağa icazə verilən xüsusi bloklanmış hesab (Sperrkonto)

və ya

Yaşayış haqqında Qanununun 66–68-ci maddələrinə uyğun olaraq tərtib edilmiş rəsmi öhdəlik bəyannaməsi (Verpflichtungserklärung) (sənəd son 6 ay ərzində verilməli; qalma məqsədi: ixtisasartırma/peşə hazırlığı; maliyyə imkanları: təsdiqlənmiş olmalıdır) (əsli + 1 surət)

və ya

praktiki təlim və ya işlə əlaqəli tədbirlər çərçivəsində: azı 1.118 avro (gros) məbləğində əmək haqqının ödəniləcəyini təsdiq edən sənəd (əgər əmək haqqı bundan azdırsa, bloklanmış hesab və ya öhdəlik bəyannaməsi vasitəsilə əlavə maliyyə vəsaitinin mövcudluğu sübut edilməlidir).

⬜Almaniyada işləmək məqsədilə yaşayış icazəsi üçün müraciət edən zaman artıq 45 yaşına çatmış və ya 45 yaşı tamam olacaq ixtisaslı işçilər üçün təlimat: ümumi məcburi pensiya sığortası sistemində illik sığorta haqqı hesablanan yuxarı həddin (Beitragsbemessungsgrenze) 55%-nə bərabər olan minimum əmək haqqı barədə məlumat və ya qocalıq dövrü üçün kifayət qədər təminatın mövcudluğunu sübut edən sənəd. (Əsli)

Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd

Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir.

Səhifənin əvvəlinə