Willkommen auf den Seiten des Auswärtigen Amts
Au-Pair kimi fəaliyyət
(Yaşayış haqqında Qanununun 19c maddəsinə və Məşğulluq haqqında Əsasnamənin 12-ci maddəsinə müvafiq)
Ümumi qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
- Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
- Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.
- Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
- Standart baxılma müddəti 12 həftəyə qədərdir.
- Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın..
- Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.
- Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
- Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat ilə (AZN) ödənilməlidir.
Ümumi məlumatlar
"Au pair" proqramı gənclərə xaricdə mövcud dil biliklərini təkmilləşdirmək və digər mədəniyyətlərlə yaxından tanış olmaq imkanı yaradır. "Au pair" münasibətləri xalqlar arasında qarşılıqlı anlaşma prinsipinə əsaslanır. "Au pair"lər onları qəbul edən ailə ilə birlikdə yaşayırlar. "Au pair" və ailə arasındakı münasibət qarşılıqlı faydaya əsaslanır: "au pair"lər ailənin uşaqlarına baxır və gündəlik ev işlərində onlara kömək edirlər. Bunun müqabilində ailə onları yaşayış yeri, qidalanma və tibbi sığorta ilə təmin edir, cibxərcliyi ödəyir, həmçinin alman dili kursunda iştirak etmək imkanı yaradır.
"Au pair"lər ölkəyə daxil olarkən ən azı 18 yaşında olmalıdırlar. Müraciət zamanı minimum və maksimum yaş həddi 17-26 yaş arasıdır. Müraciətlər "au pair" fəaliyyətinə başlamağın planlaşdırıldığı tarixdən ən tez altı ay əvvəl təqdim oluna bilər.
Bir qayda olaraq, „au pair“lər yalnız elə ailələrə yerləşdirilə bilər ki, həmin ailədəki yetkin şəxslərdən birinin ana dili alman dili olsun. Əgər alman dili ailədə yalnız ünsiyyət dili kimi istifadə olunursa, yerləşdirilməyə yalnız o halda icazə verilir ki, „au pair“ qəbul edən valideynlərlə eyni mənşə ölkəsindən olmasın.
Əlavə məlumatları Federal Məşğulluq Agentliyinin internet səhifəsindən əldə edə bilərsiniz.
Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza müraciəti üçün yoxlama siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜ Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması və Yaşayış haqqında Qanunun (AufenthG) 18-ci maddəsinin 2-ci bəndinin Nr.4a uyğun olaraq təlimat
⬜ Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız Sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir
⬜ Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜ Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜ Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜ Alman və ya ingilis dilində özünüz tərəfindən tərtib motivasiya məktubu. Planlaşdırılan Au-Pair proqramı barədə məlumatları ehtiva edən sənədin əsli. Məktubda nəzərdə tutulan proqramla bağlı gözləntilər, planlaşdırılan peşəkar və şəxsi faydalar, həmçinin gələcək planlar təsvir olunmalıdır. Au-Pair fəaliyyətinizi başa vurduqdan sonra hansı planlarınız var? Azərbaycana geri döndükdən sonra nə etmək istəyirsiniz? Tələbəsinizmi? Əgər tələbəsinizsə, təhsilinizi davam etdirəcəksiniz, yoxsa dayandıracaqsınız? Artıq diplomunuz varmı? Hansı ixtisas üzrə?
⬜ Tərcümeyi-hal (1 ədəd surəti)
⬜ Almaniya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) rəsmi blankında doldurulmuş və Au-Pair tərəfindən imzalanmış Au-Pair bəyannaməsi Erklärung auf dem Vordruck (1 əsli + 1 ədəd surəti)
⬜ Qəbul edən ailənin yaşayış yeri üzrə qeydiyyat arayışı (1 ədəd surəti). Sənəddə qəbul edən ailənin tərkibində bir və ya bir neçə yetkinlik yaşına çatmamış uşağın yaşadığı qeyd olunmalıdır. Qeydiyyat arayışının verilmə tarixi 3 aydan köhnə olmamalıdır.
⬜ Qəbul edən valideynlərin xarici pasportunun və ya şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin iki (2) sadə surəti
⬜ Almaniya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) qəbul edən ailə tərəfindən doldurulmuş Au-Pair anketi Au-Pair-Fragebogen ( 1 ədəd surəti)
⬜ Almaniya Federal Məşğulluq Agentliyi (Bundesagentur für Arbeit) tərəfindən dərc olunmuş nömunəyə uyğun olaraq, alman və ya ingilis dilində Au-Pair müqaviləsi (əsli və bir nüsxəsi):
=> Müqavilə tərəflərinin dəqiq qeyd olunması
=> Baxılacaq uşaqların sayı və yaşı (ailədə ən azı bir yetkinlik yaşına çatmamış uşaq yaşamalıdır)
=> Müqavilənin başlanma tarixi və müddəti (ən azı 6 ay, maksimal 1 il)
=> Qəbul edən valideynlərin ümumi vəzifələri
=> Qəbul edən valideynlərin peşəsi
=> Au-Pair-ın ümumi vəzifələri
=> Qəbul edən valideynlərin xəstəlik, hamiləlik, doğuş və bədbəxt hadisələri əhatə edən sığorta müqaviləsinin bağlanmasına dair öhdəlik
=> Cib xərcliyi barədə razılaşma (aylıq ən azı 280 €)
=> İş vaxtı barədə razılaşma (gündəlik maksimal 6 saat və həftəlik 30 saat, həftədə 1,5 istirahət günü) və məzuniyyət barədə razılaşma (ayda azı 2 iş günü)
=> Alman dili kursu üçün aylıq ən azı 70 € və ya illik 840 € məbləğində maliyyə yardımı
=> Dil kursu üçün nəqliyyat xərclərinin tam həcmdə ödənilməsi
Müqavilə RAL sertifikatına malik agentlik vasitəsilə rəsmiləşdirilibsə, onun skan olunmuş və ya faks nüsxəsinin təqdim olunması yetərlidir. RAL sertifikatlı agentliklərin siyahısı "Gütegemeinschaft Au-pair e.V." birliyinin veb-saytında yer alır.
⬜ Əgər viza müraciəti zamanı müqavilənin başlama tarixi artıq keçibsə, qəbul edən ailənin Au-Pair-i daha sonrakı bir tarixdə də qəbul edəcəyinə dair təsdiq məktubu (əsli + 1 ədəd surəti)
⬜ Dil sertifikatı (əsli + 1 ədəd surəti)
Müraciət zamanı verilmə tarixi 12 aydan köhnə olmayan, A1 səviyyəsində tanınmış dil biliklərini təsdiq edən sənəd. Dil sertifikatı ALTE standartlarına (Association of Language Testers in Europe) uyğun olaraq sertifikatlaşdırılmış bir dil institut tərəfindən verilməlidir. Bunun üçün aşağıdakı dil institutlarının sertifikatları tanınır: Göte İnstitutu (Goethe-Institut), Avstriya Dil Diplomu (ÖSD), TestDaF-Institut e.V. və telc GmbH.Sprachzertifikat (əsli + 1 ədəd surəti)
⬜ Mövcud olduğu təqdirdə: alman və ya ingilis dilinə tərcüməsi ilə birlikdə ixtisas sənədləri, məsələn, diplomlar, sertifikatlar/attestatlar, iş yerindən arayışlar (əsli və bir (1) ədəd surəti). Xarici təhsil sənədləri üçün əksər hallarda leqallaşdırma və ya apostil, həmçinin tərcümə tələb olunur. Azərbaycan təhsil sənədlərinə viza müraciəti zamanı artıq müvafiq təsdiq (Apostille) vurulmalı və onlar tərcümə edilməlidir.
Tibbi sığorta təminatını təsdiq edən sənəd
Viza rəsmiləşdirilməsi prosesi yekunlaşana qədər Incoming adlandırılan tibbi sığorta təqdim olunmalıdır. Bu barədə daha ətraflı məlumat şəxsi müsahibə zamanı və ya viza proseduru gedişatında veriləcəkdir.
Xahiş olunur, sığorta təminatı ilə bağlı əvvəlcədən sorğu verməməyiniz.