Willkommen auf den Seiten des Auswärtigen Amts
Fərdi sahibkarlar və ya sərbəst peşə fəaliyyəti
( Yaşamaq haqqında Qanununun 21 maddəsi)
Ümumi qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
- Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
- Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.
- Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
- Standart baxılma müddəti 12 həftəyə qədərdir.
- Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın..
- Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.
- Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
- Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat ilə (AZN) ödənilməlidir.
Ümumi məlumatlar
Əgər Almaniyada şirkət təsis etmək istəyirsinizsə, bu məqsədlə viza ala bilərsiniz; lakin bunun üçün məhsul və ya xidmətinizə iqtisadi maraq və ya regional tələbat olmalı, şirkətin yaradılması yeni iş yerlərinin açılmasına xidmət etməli və onun maliyyələşdirilməsi təmin edilməlidir.
Fərdi sahibkarlıq (özünüməşğulluq) bir şəxsin öz adından və öz hesabına, müvəqqəti və ya təsadüfi xarakter daşımayan, daimi əsaslarla gəlir gətirən fəaliyyətlə məşğul olmasıdır. Özünüməşğul şəxs başqalarının göstərişlərinə tabe deyil; o, öz iqtisadi fəaliyyətinə və bu fəaliyyətin nəticələrinə görə şəxsən məsuliyyət daşıyır. Bu, ümumiyyətlə, aşağıdakı şəxslərə şamil edilir:
• biznes təsisçiləri və fərdi sahibkarlar;
• kommersiya ortaqlıqlarının və kapital cəmiyyətlərinin (şirkətlərinin) icraçı direktorları və qanuni nümayəndələri (əgər onlar muzdlu işçi deyillərsə; əks halda, zəhmət olmasa, muzdlu əmək fəaliyyəti və "Aİ Mavi Kartı" (EU Blue Card) ilə bağlı məlumat vərəqinə baxın).
„Yaşayış haqqında Qanun“un 21-ci maddəsinə əsasən yaşayış icazəsi iqtisadi maraq və ya regional tələbat mövcud olduqda, fəaliyyətin iqtisadiyyata müsbət təsir göstərəcəyi gözlənildikdə və layihənin icrasının maliyyələşdirilməsi şəxsi kapital və ya kredit zəmanəti vasitəsilə təmin edildikdə verilə bilər.
Hər hansı bir şirkətlə əmək münasibətlərinə dair müqavilə bağlanmadığı, lakin xidmətlərin müvafiq razılaşma əsasında icra edildiyi halda azad peşə fəaliyyəti hesab olunur.
Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza müraciəti üçün yoxlama siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (sənədin əsli ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜„Yaşayış haqqında Qanunun“un § 18, hissə 2, bənd 4a müvafiq təlimat daxil olmaqla tam doldurulmuş və imzalanmış bir (1) ) ərizə forması
⬜Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız Sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir
⬜Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)
⬜Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜Alman və ya ingilis dilində yazılmış, indiyədək alınan təhsili və əmək fəaliyyətini (əgər varsa) xronoloji şəkəildə əks etdirən tərcümeyi-hal (CV)
⬜Fərdi sahibkarlar (özünüməşğul şəxslər) üçün biznes plan: Biznes ideyasının alman dilində strukturlaşdırılmış və ətraflı təsviri. Təsvirdə aşağıdakı bəndlər yer almalı və müvafiq sənədlərlə əsaslandırılmalıdır (əsli + 1 ədəd surəti):
- Kapital tələbatı planı və maliyyələşdirmə planı
- Şirkətin profili
- Biznes konsepsiyası
- Marketinq strateqiyası
- Mənfəət proqnozu
- Yaradılması nəzərdə tutulan iş yerlərinin və/və ya peşə təhsili yerlərinin sayı haqqında məlumat
- Layihənin innovasiya və tədqiqata necə müsbət təsir göstərəcəyinin izahı
⬜Sərbəst peşə sahibləri üçün biznes plan: Biznes ideyasının alman dilində strukturlaşdırılmış və ətraflı təsviri. Təsvirdə aşağıdakı bəndlər yer almalı və müvafiq sənədlərlə əsaslandırılmalıdır (əsli + 1 ədəd surəti):
- Maliyyələşdirmə planı və ya vəsaitin mövcudluğunu təsdiq edən sənəd, yaxud sponsordan rəsmi öhdəlik bəyannaməsi
- Marketinq strateqiyası
- Mənfəət proqnozu
- Layihənin innovasiya və tədqiqata necə müsbət təsir göstərəcəyinin izahı
⬜Sərbəst peşə sahiblərinə aid olduğu təqdirdə – Almaniyada fəaliyyəti təsdiq edən sənəd: məsələn, Almaniyadakı işəgötürən tərəfindən sərbəst peşə fəaliyyətinə dair təqdim olunmuş təklif
⬜Sərbəst peşə sahiblərinə aid olduğu təqdirdə: İncəsənət konsepsiyası
⬜Sərbəst peşə sahiblərinə aid olduğu təqdirdə: portofolio
⬜Sərbəst peşə sahiblərinə aid olduğu təqdirdə: unikallığı (bənzərsizliyi) təsdiq edən sənəd (görülən işin digər müəlliflərin təkliflərindən necə fərqlənəcəyini nümayiş etdirən təsvir)
⬜Fərdi sahibkarlara aid olduğu təqdirdə: notarial qaydada təsdiq olunmuş təsis şəhadətnaməsinin surəti
⬜Fərdi sahibkarlara aid olduğu təqdirdə: notarial qaydada təsdiq olunmuş təsis müqaviləsinin əsli və ya təsdiq edilmiş surəti
⬜Fərdi sahibkarlara aid olduğu təqdirdə: İcraçı direktor müqaviləsinin surəti
⬜Uzunmüddətli yaşamaq üçün tibbi sığorta və qayğı sığortasının təsdiqi/təklifi – 1 ədəd surəti
⬜Almaniyada pensiya sığortasının mövcudluğunu təsdiq edən sənəd və ya sığorta təklifi – 1 ədəd surəti
⬜Mövcud olduğu təqdirdə: Almaniyada (gələcək) əsas yaşayış yerini təsdiq edən sənəd (məsələn, kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən sənəd) – 1 surət
⬜Alman və ya ingilis dilinə tərcüməsi ilə birlikdə ixtisas sənədləri, məsələn, diplomlar, sertifikatlar/attestatlar, iş yerindən arayışlar (əsli və bir (1) ədəd surəti). Xarici təhsil sənədləri üçün əksər hallarda leqallaşdırma və ya apostil, həmçinin tərcümə tələb olunur. Azərbaycan təhsil sənədlərinə viza müraciəti zamanı artıq müvafiq təsdiq (Apostille) vurulmalı və onlar tərcümə edilməlidir.
⬜Aid olduğu təqdirdə: Mövcud alman və ya ingilis dili biliklərini təsdiq edən sənəd (əəsli + 1 ədə surəti)
⬜45 yaşdan yuxarı müraciət edənlər üçün yaşa görə kifayət qədər maddi təminatın olması barədə sənəd:
Əməkhaqqı barədə arayış (ümumi pensiya sığortası üzrə qanunla müəyyən edilmiş illik maksimal məbləğin 55 faizi həcmində) və ya
adekvat təqaüd təminatının olması barədə sənəd (məsələn, özəl pensiya və ya həyat sığortası üzrə sığorta təklifi, şəxsi aktivlər/əmlak, şirkət aktivləri, digər təsdiqedici sənədlər), zərurət olduqda tərcüməsi və bir (1) ədəd surətilə birlikdə.
⬜Müvafiq hallarda: Peşə fəaliyyəti ilə məşğul olmaq üçün icazə – əsli + 1 ədəd surəti. Əgər Almaniyada xüsusi icazə tələb olunan peşə üzrə işləmək istəyirsinizsə, səlahiyyətli tanınma mərkəzindən peşə fəaliyyəti üçün icazə almalısınız. Peşələrin tənzimlənməsi və səlahiyyətli tanınma qurumları barədə məlumatı aşağıdakı internet saytından əldə edə bilərsiniz.
Tibbi sığorta təminatını təsdiq edən sənəd
Viza rəsmiləşdirilməsi prosesi yekunlaşana qədər Incoming adlandırılan tibbi sığortası təqdim olunmalıdır. Bu barədə daha ətraflı məlumat şəxsi müsahibə zamanı və ya viza proseduru gedişatında veriləcəkdir.
Xahiş olunur, sığorta təminatı ilə bağlı əvvəlcədən sorğu verməməyiniz.