Willkommen auf den Seiten des Auswärtigen Amts

Azərbaycanın dövlət sənədlərinin leqalizasiyası

Məqalə

Bu məlumat vərəqəsindəki bütün yazılanlar Səfirliyin bu mətni tərtib etdiyi zaman əldə olunan məlumatlar və dəyərləndirmələrə əsaslanır. Mətnin, xüsusilə arada ortaya çıxan dəyişikliklər səbəbindən tam şəkildə və tamamilə düzgün olmasına zəmanət verilmir.

Xarici dövlət sənədləri həmişə alman idarələri tərəfindən qəbul edilmir. Almaniyada tanınmaq üçün bu hallarda sənədin və ya onun təsdiq dəyərinin həqiqi olduğu müəyyənləşdirilməlidir. Azərbaycanın dövlət sənədləri üçün leqalizasiya proseduru 01.11.2022 tarixindən etibarən tətbiq olunur. 

Azərbaycanda Almaniyanın dövlət sənədlərinin istifadəsi üçün məlumatları "Sənədlərin istifadəsinə dair ümumi məlumat vərəqəsində" tapa bilərsiniz. 

Azərbaycanda verilən vətəndaşlıq vəziyyəti haqqında şəhadətnamələr Alman Səfirliyi tərəfindən leqalizasiya olmaqdan əvvəl ilk növbədə təsdiq edilməlidir.

1-ci addım: Azərbaycanda qeydiyyatdan keçmiş notarius şəhadətnamənin təsdiq edilmiş surətini hazırlayır. Səfirlikdə leqallaşdırma prosesi üçün sənədin tərcüməsi tələb olunmur. Bir qayda olaraq, alman idarələri xarici sənədin Almaniyada andlı tərcüməçi tərəfindən tərcüməsini tələb edir. Zəhmət olmasa, Azərbaycan sənədinin təqdim olunacağı alman idarəsindən Azərbaycan sənədinin tərcüməsi ilə bağlı şərtləri sorğu edin. Səhifəmizdə andlı tərcüməçilərin siyahısı ilə tanış ola bilərsiniz.  

DIQQƏT: Notarius tərəfindən təsdiq edilmiş surət oxunaqlı deyilsə, səfirlik sənədi leqalizasiya edə bilməz.

2-ci addım: 5 nömrəli ASAN xidmət mərkəzində təsdiq edilmiş surətin üzərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (MFA) tərəfindən ilkin leqalizasiya möhürü (Apostil yox!) vurulur. İlkin leqalizasiya - Səfirlikdə olan məlumata görə - bir həftə ərzində və rüsum ödənişi ilə baş tutur.

5 saylı Bakı "ASAN xidmət" mərkəzinin ünvanı:

Bakı, Nizami rayonu
Heydər Əliyev prospekti 115
asan5@asan.gov.az
Telefon mərkəzi: 108


Səfirlikdə olan məlumata əsasən, ilkin leqalizasiya üçün “ASAN xidmət”in ölkə üzrə bütün məntəqələrində müraciət oluna bilər.

3-cü addım: Xahiş olunur konsuluğun qəbul saatlarında leqalizasiya olunmalı sənədləri Səfirliyə gətirmək üçün qəbul vaxtı təyin edin. Qəbul vaxtının götürlməsi yalnız  görüş vaxtını təyin etmə proqramından istifadə etməklə onlayn şəkildə edilə bilər. Konsulluğun qəbul saatları üçün görüşü buradan təyin edə bilərsiniz. Nəzərə alın ki, görüş sifariş edərkən tələbdən asılı olaraq daha uzun gözləmə vaxtları ola bilər. Görüşlər mütəmadi olaraq aktivləşdirilir.

Səfirliyin leqallaşdırma möhürü sənədin notarial qaydada təsdiq edilmiş surətinə tikiləcəkdir, belə ki, Azərbaycan qanunvericiliyinə əsasən, sənədin əsli bir qayda olaraq yalnız bir dəfə verilə bilər. Leqalizasiya üçün səfirliyə gələrkən sənədin əsli, eləcə də bütün leqallaşdırma qeydləri ilə təsdiq edilmiş surəti tərəfindən səfirliyə təqdim edilməlidir. DIQQƏT: Notarius tərəfindən təsdiq edilmiş surət oxunaqlı deyilsə, səfirlik sənədi leqalizasiya edə bilməz.

Rüsumlar
Leqallaşdırma rüsumları 29,91 avro təşkil edir və nağd şəkildə (səfirliyin cari gündəlik avro kursuna uyğun) və ya kredit kartı ilə (avro ilə, Almaniyada avro ödənişləri üçün təsdiq edilmiş Visa və ya Mastercard kredit kartı ilə) ödənilə bilər.

İşlənmə müddəti
Səfirlik tərəfindən leqallaşdırılan sənədlər adətən bir həftədən sonra qaytarılmaq üçün hazır olur. Səfirlik bayram günlərində və ya başqa vaxtlarda bağlı olarsa, müvafiq olaraq, işlənmə müddəti də uzadılacaqdır.

Şəxsən iştirak
Bir qayda olaraq, qəbul vaxtında şəxsən iştirak tələb olunur. Lakin leqallaşdırma üçün görüş səlahiyyətli nümayəndə tərəfindən də həyata keçirilə bilər. Bu halda həmin şəxsin etibarnaməsi və həmçinin şəxsiyyət vəsiqəsinin və ya pasportunun  surəti təqdim edilməlidir. Bunun üçün yazılı etibarnamənin əsli və etibarnamə verən şəxsin şəxsiyyət vəsiqəsinin və ya pasportunun əlavə surəti təqdim edilməlidir. Addım 1 və Addım 2 üçün etibarnamə tələbləri haqqında (Azərbaycan notariat kontorunda prosedur / ASAN Xidmət Mərkəzi vasitəsilə leqallaşdırmadan əvvəlki prosedur)  məlumat almaq üçün Azərbaycanın məsul qurumları ilə əlaqə saxlayın.

Leqallaşdırmanı poçtla həyata keçirtmək mümkün deyildir.

Səhifənin əvvəlinə