Willkommen auf den Seiten des Auswärtigen Amts
Viza proseduru çərçivəsində fərdi məlumatların qorunması
Information gemäß Art. 13 und 14 Verordnung (EU) 2016/679 (Datenschutz-Grundverordnung)
Məlumatlarımın emalına kim cavabdehdir və məlumatların mühafizəsi üçün cavabdah müvəkkil kimdir?

Məlumatlarımın emalı üçün Bakıdakı Almaniya Federativ Respublikasının Səfirliyi (Almaniya Federativ Respublikasının Səfirliyi, P.O. Box 28/29, AZ 1005 Bakı, Azərbaycan, Əlaqə) və Federal Xarici İşlər Nazirliyi dirlər. (Ünvan: Auswärtiges Amt, D-11013 Berlin).
Siz Məlumatların Mühafizəsi üzrə Müvəkkil ilə əlaqə saxlaya bilərsiniz:
Datenschutzbeauftragte/r des Auswärtigen Amts
Werderscher Markt 1
D-10117 Berlin
Tel.: + 49 30 5000 2711
Fax: + 49 30 5000 5 1733
Məlumatların qorunması - əlaqələndirici şəxs
Mən viza üçün müraciət edərkən səfirlik hansı məlumatlardan istifadə edir və bu məlumatlar haradan əldə olunur?
Işlənmə prosesi üçün istifadə olunan fərdi məlumatlar kateqoriyasına viza üçün ərizə-anketdə cavablandırılması tələb olunan məlumatlar aiddir. Buraya bir qayda olaraq soyad, doğum soyadı, ad, təvəllüd, doğum yeri, şəhər və ölkə göstərilməklə, cinsi mənsubiyyət, vətəndaşlıq(lar), Sizin ailə vəziyyətiniz, hazırkı yaşayış ünvanı, telefon nömrəsi, E-Mail ünvanı, peşə fəaliyyəti, pasportunuza dair məlumatlar (sənədin növü, seriya nömrəsi, verildiyi ölkə və idarə, verildiyi tarix, etibarlılıq müddəti), rəngli fotoşəkil və barmaq izləri.
Yuxarıda qeyd olunan məlumatlar kateqoriyası viza rəsmiləşdirilməsi prosedurunda Sizin tərəfinizdən verilən məlumatlardan ibarətdir. chten Angaben.
Viza üçün müraciət etmək üçün mənim hər hansı bir şəxsin adına dəvətnamə verdiyim təqdirdə Səfirlik hansı məlumatlardan istifadə edir və bu məlumatlar haradan əldə olunur?
Işlənmə prosesi üçün istifadə olunan fərdi məlumatlar kateqoriyasına viza üçün ərizə-anketdə dəvət edən şəxsə dair cavablandırılması tələb olunan məlumatlar aiddir. Buraya xüsusilə Sizin soyadınız və adınız, ünvanınız, faks nömrəniz və E-Mail ünvanınız aiddir.
Yuxarıda qeyd olunan məlumatlar kateqoriyası Sizin dəvətnamənizdə olan və viza rəsmiləşdirilməsi prosedurunda ərizəçi tərəfindən verilən məlumatlardan ibarətdir.
Niyə mənim fərdi məlumatlarım toplanılır və bunun edilmədiyi təqdirdə nə baş verir?
Sizin fərdi məlumatlarınız viza rəsmiləşdirilməsi prosesinin qaydalara üyğun həyata keçirilməsi üçün və qanun tərəfindən tələb olunduğu üçün toplanılır.
Əgər Siz viza üçün ərizə ilə müraciət edirsinizsə, Siz „Yaşamaq haqqında Qanun“un §82-ci maddəsinə əsasən ərizənizin işlənməsi üçün zəruri olan məlumatları bildirməli və bu prosesə dair vacib ifadələr verməlisiniz. Əgər Sizin məlumatlarınız bildirilmirsə ola bilər ki, Sizin ərizə ilə müraciətinizə viza rüsumu saxlanılmaqla imtina cavabı verilə bilər.
Fərdi məlumatlarım hansı məqsədlər üçün və hansı hüquqi əsasla işlənir?
Sizin fərdi məlumatlarınız işlənməsi yalnız viza rəsmiləşdirlməsi prosedurunun qaydalara uyğun həyata keçirilməsinə xidmət edir. Hüquqi əsaslar aşağıdakılardır:
767/2008 saylı Nizamnaməyə əsaslanan Avropa İttifaqı Nizamnaməsinin (2016/679 (DS-GVO)) 6-cı maddəsi, 1„c“, „e“ və 2 bəndləri, 810/2009 saylı Nizamnamə (Visa Kodeksi) əlavələr ilə bilikdə, „Yaşamaq haqqında Qanunun“ 69-cu və 72a ff maddələri, habelə „Xarici Vətəndaşların Mərkəzi Qeydiyyat Sistemi“ üzrə Qanunun icra Qaydaları(AZRG-DV), Viza-xəbərdarlıq məlumat bankı, digər xüsusi qaydalar yaxud Fərdi Məlumatların Mühafizəsi haqqında Qanunun 3-cü maddəsi (BDSG 2018).
Mənim məlumatlarım hansı müddət istifadə olunacaqdır?
Sizin məlumatlarınız viza proseduru üçün artıq gərəksiz olan kimi dərhal silinəcəkdir. Bir qayda olaraq məlumatlar viza proseduru bitməsindən iki il sonra, ən gec isə viza ərizəsinə dair qərar qəbul edildikdən 5 il sonra silinir.
Mənim fərdi məlumatlarımı kim əldə edir?
Sizin fərdi məlumatlarınız yalnız viza prosedurunun qanuna müvafiq aparılması üçün tələb olunduğu təqdirdə üçüncü tərəfə bildirilir. Prosedur çərçivəsində ola bilər ki, Sizin şəxsi məlumatlarınız müvafiq cavabdeh alman daxili idarələrinə, digər Şengen üzv dövlətlərinin cavabdeh viza idarələrinə və ya Sizin yaşadığınız yerin idarələrinə bildirilsin. Kənar servis xidmətinə viza prosedurunın ayrı-ayrı mərhələlərini həyata keçrimək tapşırığı verildiyi təqdirdə Sizin fərdi məlumatlarınız prosedurun həyata keçirilməsi üçün tələb olunarsa həmin servis xidmətinə verilə yaxud onun tərəfindən toplanıla bilər. Avropa İttifaqından kənar məlumatın ötürülməsi yalnız „DS-GVO“ Nizamnaməsinin 5-ci fəsilinə uyğun olduğu təqdirdə baş tuta bilər.
Zərər çəkən tərəf kimi fərdi məlumatların mühafizə hüquqularının hansından istifadə edə bilərəm?
Siz yuxarıda qeyd olunan məsul tərəfdən özünüzə dair şəxsi məlumatların verilməsini tələb edə bilərsiniz. Müəyyən şərtlər altında Siz bundan başqa öz fərdi məlumatlarınızın düzəldilməsini, silinməsini və ya fərdi məlumatlarınızdan istifadəyə məhdudiyyət qoyulmasını tələb edə bilərsiniz. Bundan başqa müəyyən şərtlər altında Siz fərdi məlumatlarınızın işlənməsinə etiraz edə bilərsiniz.
Viza üçün müraciət formaları xarici viza xidmət təminatçıları, məsələn, Visametric, VFS Global, BLS və TLS tərəfindən qəbul edilir və səfirlik və ya baş konsulluğa təqdim olunur. Bu xidmət təminatçıları, ÜMMQ 28-ci maddənin tələblərinə uyğun olaraq, vəzifəli şəxs kimi, Xarici İşlər Nazirliyi adından şəxsi məlumatlarınızı işləyir. Məlumatların işlənməsinin məsuliyyəti hələ də Xarici İşlər Nazirliyinə aiddir və məsul şəxsin adı və əlaqə məlumatları yuxarıda qeyd olunub.
Viza xidmət təminatçıları, məlumatlarınızın ÜMMQ və FMMQ tələblərinə uyğun işlənməsini və hüquqlarınızın qorunmasını təmin edir. Bu məqsədlə, Xarici İşlər Nazirliyi və həmin təminatçı arasında, ÜMMQ mad. 28 bənd 3 bəndinə uyğun və məlumatlarınızın diqqətlə idarə olunmasını təmin edən bir müqavilə bağlanmışdır.
Mən haraya şikayət edə bilərəm?
Siz fərdi məlumatların işlədilməsinə dair məlumatların mühafizəsi üzrə nüfuzlu orqanlara, məsələn, yaşayış yerinizin, iş yerinizin və ya məlumatların mühafizəsinin pozulduğu iddia edilən yerdən şikayət vermək hüququna maliksiniz