Willkommen auf den Seiten des Auswärtigen Amts

Almaniya ilə tərəfdaşlığa hazır

BMWi - Managerfortbildungsprogramm

BMWi - Managerfortbildungsprogramm, © bmwi.de

Məqalə

Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin (BMWi) təşkil etdiyi menecerləri təkmilləşdirmə proqramı ilk növbədə xaricdə fəaliyyət göstərən, alman şirkətləri ilə iqtisadi əməkdaşlığa marağı olan kiçik və orta şirkətlərə yönəldilmişdir. Bu proqram „Fit for Partnership with Germany“/„Almaniya ilə tərəfdaşlığa hazır“ devizi altında  həmin şirkətlərin rəhbər işçilərini məqsədyönlü olaraq məhz alman şirkətləri ilə işgüzar əlaqələr yaratmaq və iqtisadi əməkdaşlıq etmək üçün hazırlayır. Hazırda bu çoxşaxəli proqram Asiya, Şərqi Avropa, Şimali Afrika və Latın Amerikasının 19 tərəfdaş ölkəsi ilə həyata keçirilir və artıq 14 mindən çox menecer bu proqramda iştirak etmişdir. Təcrübə yönümlü proqram səriştəliliyin və idarəetməyə dair bilik və bacarıqların artırılmasına habelə alman şirkətləri ilə işgüzar əlaqələrin bağlanmasına xidmət edir. Almaniyada dörd həftə qaldıqları müddətdə hər bir iştirakçıya fəaliyyətinə uyğun gələn və əsasən kiçik və orta sahibkarlrlıqla məşğul olan üç-dörd şirkət ilə əlaqə qurmaq imkanı veriləcəkdir. Bundan əlavə proqram bir və ya daha çox tərəfdaş ölkədən olan iştirakçılar üçün fəaliyyət sahələrinə uyğun xüsusi təlimlər təklif edir. 2009-cu ildən etibarən bu proqram Azərbaycanla da birgə həyata keçirilməkdədir.


Əlavə məlumatları proqramın internet səhifəsindən əldə edə bilərsiniz.

Səhifənin əvvəlinə