Willkommen auf den Seiten des Auswärtigen Amts

Almaniyada iqtisadiyyat və tədqiqat

Windrad Im Windpark f? R alternative Strom Energie

Windrad Im Windpark f? R alternative Strom Energie, © dpa

15.05.2018 - Məqalə

Almaniya iqtisadiyyatı dünyada bir çox sahələrdə, o cümlədən ixracatda aparıcıdır. Almaniya Avropanın mərkəzində yerləşdiyi üçün xarici sərmayəçilərə və sərgi qonaqlarına Avropanın bütün bazarını açır.
Almaniya iqtisadiyyatı müəsisələr üçün stabil çərçivə, yaxşı infrastruktur, yüksək səviyyədə təhsil, elm və iqtisadiyyatın ənənəvi sıx birliyini təklif edir.
Federal hökumət sərmayə qoyuluşu və yeniliklərdə Almaniyanın bu üstünlüklərini xarici ticarət səhəsində müxtəlif təşəbbüslərlə genişləndirmək istəyir.


Almaniya - Sərgi ölkəsi

Sərgi ölkəsi kimi Almaniya beynəlxalq nüfuza malikdir: Almaniyada təşkil olunmuş sərgilərə gələn hər beş qonaqdan biri xaricidir.Dünyada aparıcı olan sərgilərin bəziləri Almaniyada təqdim olunur.

İnternetdə 5000-dən artıq sırf alman və beynəlxalq sərgi, 7500 təyin olunmuş dəqiq sərgi vaxtı haqqında məlumat və sərgidə iştiraka dair məsləhətlər əldə etmək olar.

Almaniya İqtisadiyyatı ilə əlaqə yaratmaq və məlumat almaq istəyən xarici nümayəndə heyətləri yardım üçün Alman İqtisadiyyatının Sərgi Komissiyasına (AUMA) müraciət edə bilərlər. AUMA internet səhifəsinin linki


Tədqiqat və texnologiya

Bu gün Almaniyada sənaye istehsalının yarısından çoxu ardıcıl tədqiqat aparan və inkişaf edən sənayenin payına düşür. Burada Almaniyanın ən mühüm tədqiqat müəsisələri haqqında məlumat əldə edə bilərsiniz.

Səhifənin əvvəlinə