Willkommen auf den Seiten des Auswärtigen Amts

Beynəlxalq Parlament Stipendiyası

Məqalə

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 31 avqust 2024

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 31 avqust 2024

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament Stipendiyasının alınması üçün sənədlərin qəbulunu elan edir.

Almaniya Bundestaqı Berlin Fray Universiteti, Berlin Humboldt Universiteti, Berlin Texniki Universiteti şəhəri müstəqil universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə Sizi Beynəlxalq Parlament Stipendiyası parlament təqaüdü (IPS) proqramı çərçivəsində beş ay müddətinə Berlin şəhərinə dəvət edir.

IPS
IPS © Deutscher Bundestag

IPS (Internationales Parlaments-Stipendium) proqramı bitəndən sonra vətənlərinə qayıdıb onların demokratik gələcəyinin formalaşmasında fəal sürətdə və məsuliyyətlə iştirak etmək istəyən, yüksək ixtisaslı və siyəsətə maraq göstərən gənclər gənc qadınlar və kişilər üçün nəzərdə tutulub.

Almaniyanın parlamenti olan Almaniya Bundestaqı gənc insanlara Bundestaq üzvünün yanında 13 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi siyası qərarvermə prosesləri ilə tanış olmaq taniş olmağa və parlament işi sahəsində praktiki təcrübə keçməyə təcrübəyə malik olmağa imkan yaradır.

Stipendiatlar Almaniya Bundestaqın müstəqil seçki komissiyası tərəfindən seçiləcəklər.

İştirak üçün şərtlər:
- Azərbaycan vətəndaşlığı
- ali təhsil
- çox yaxşı alman dili bilikləri (ən az B2 səviyyəsi)
- alman siyasəti, cəmiyyəti və tarixi haqqında biliklər
- proqramın başladığı dövrdə 30 yaşı adlamamalı

Stipendiya:
- ayda 500 avro
- yaşayış yeri
- sığorta və yol xərcləri

Zəhmət olmasa sənədlərinizi elektron formada bir ədəd PDF faylı olaraq aşağıdakı email ünvanına göndərin və göndərdiyiniz faylı öz ad və soyadınız ilə adlandırın.

Əgər sizin PDF faylınız 18 MB-dan çox olarsa, o zaman sənədlərinizi bir neçə email ilə bizə göndərin ki, emailı göndərmək üçün nəzərdə tutulmuş maksimal 18 MB-ı keçməyəsiniz.

Sənədlərinizin səfirliyə daxil olması cavab emailı vasitəsi ilə təsdiq olunacaqdır.

Əgər sənədlərinizi sıxma proqramlarının köməyi ilə bizə göndərmək istəyirsinizsə, o zaman ZİP formatından istifadə edə bilərsiniz.

Diqqət: kağız formasında göndərilən sənədlər nəzərə alınmayacaq!

Email: info@baku.diplo.de

Suallarınız olduğu təqdirdə müraciət edin:

Almaniya Federativ Respublikasının Səfirliyi
Beynəlxalq Parlament Stipendiyası
ISR - Plaza, Nizami küçəsi 69
1005 Bakı Azərbaycan
Telefon: (00994 12) 465 41 00
Faks: (00994 12) 465 41 28


Müraciət üçün sənədlərin siyahısı burada

Azərbaycan dilində proqram

Səhifənin əvvəlinə