Willkommen auf den Seiten des Auswärtigen Amts
Ailə birləşməsi məqsədilə viza prosedurunda dil biliyinin təsdiqi
Həyat yoldaşının yanına köçməsi üçün dil bilikləri tələbi
Həyat yoldaşın yanına köçməsi üçün bir qayda olaraq köç edən xarici vətəndaşın A1 səviyyəsində sadə dil biliklərinə malik olmasını tələb edilir.
Siz ALTE-standartlarına uyğun dil sertifikatı təqdim etməklə sadə dil biliklərini təsdiq edə bilərsiniz.
Müraciət zamanı dil sertifikatı 1 ildən köhnə olmamalıdır.
Müəyyən hallarda dil biliklərinə dair tələbə qanuni istisnalar edilir.
Bundan başqa müəyyən hallarda kifayət qədər dil biliklərinin təsdiqini təqdim etmək lazım gəlmir.
Hansı hallarda həyat yoldaşı ilə ailə birləşməsi zamanı dil bilikləri tələbinə istisnalar tətbiq edilir
Əgər Almaniyada olan həyat yoldaşı aşağıdakı yaşama icazələrindən birinə sahibdirsə və aralarındakı nikah həmin şəxs öz yaşayış yerini Almaniyaya keçirdiyi vaxt artıq mövcud idisə, o zaman başlanğıc səviyyədə dil biliyi tələbi tətbiq olunmur:
- Yaşayış haqqında Qanunun (AufenthG) 23-cü maddəsinin 4-cü bəndinə əsasən verilmiş yaşama icazəsi
- Yaşayış haqqında Qanunun (AufenthG) 25-ci maddəsinin 1-ci və ya 2-ci bəndinə əsasən verilmiş yaşama icazəsi
- Yaşayış haqqında Qanunun (AufenthG) 26-cı maddəsinin 3-cü bəndinə əsasən verilmiş daimi yaşama icazəsi (Niederlassungserlaubnis)
- Yaşayış haqqında Qanunun (AufenthG) 25-ci maddəsinin 2-ci bəndi, 1-ci cümləsi, ikinci alternativinə əsasən verilmiş yaşama icazəsinə əvvəllər sahib olduqdan sonra, Yaşayış haqqında Qanunun (AufenthG) 26-cı maddəsinin 4-cü bəndinə əsasən verilmiş daimi yaşama icazəsi (Niederlassungserlaubnis)
Almaniyada olan həyat yoldaşınız aşağıdakı yaşama icazələrindən birinə sahibdirsə (və ya daimi yaşama icazəsi – (Niederlassungserlaubnis) – yaxud Aİ-nın uzunmüddətli yaşama icazəsini almazdan əvvəl bu icazələrdən birinə sahib idisə), əsas dil biliyi tələbi tətbiq olunmur:
- Aİ Mavi Kartı (EU Blue Card)
- ICT Kartı və ya Mobil ICT Kartı
- Yaşama Qanununun (AufenthG) 18a, 18b, 18c (3-cü bənd), 18d və ya 18f maddələrinə əsasən verilmiş yaşama icazəsi
- Yaşama Qanununun 19c maddəsinin 1-ci bəndinə əsasən; rəhbər işçi, idarəetmə meneceri, müəssisə mütəxəssisi, alim, dəvət olunmuş tədqiqatçı-alim, tədqiqatçı alimin tədqiqat qrupunda mühəndis və ya texnik, yaxud müəllim/təlimatçı qismində işləmək üçün verilmiş yaşama icazəsi
- Yaşama Qanununun 19c maddəsinin 2-ci və ya 4-cü bəndinə (1-ci cümlə) əsasən verilmiş yaşama icazəsi
- Yaşama Qanununun 21-ci maddəsinə əsasən verilmiş yaşama icazəsi
Əgər Almaniyaya köçməyinizin məqsədi yalnız həyat yoldaşınıza deyil, həm də himayənizdə olan, alman vətəndaşlığına mənsub yetkinlik yaşına çatmamış uşağınıza qovuşmaqdırsa dil biliyi tələbi tətbiq olunmur.
Səfirlikdəki müraciət müsahibəsi zamanı zəruri dil bacarıqlarına sahib olduğunuz dərhal və şübhəsiz şəkildə aydın olarsa, dil biliyiniz (oxuma, yazma, danışma və dinləmə) "aşkar" hesab edilir. Təcrübəyə əsasən bu adətən alman dili biliyiniz tələb olunan A1 səviyyəsindən əhəmiyyətli dərəcədə üstün olduğu hallarda baş verir. Əgər dil biliyinizin kifayət qədər aşkar olması ilə bağlı hər hansı şübhə yaranarsa, sizdən dil sertifikatı təqdim etməyiniz tələb olunacaq.
İnteqrasiyaya ehtiyacın nəzərəçarpacaq dərəcədə az olması əsas dil biliklərinə olan tələbi aradan qaldırılır
Bu, köçən şəxsin peşəkar bacarıqlara malik olması və müsbət məşğulluq proqnozu və müsbət inteqrasiya proqnozu aşkar olduğu halda tətbiq edilə bilər.
Bu üç tələbin (ixtisas, müsbət məşğulluq proqnozu, müsbət inteqrasiya proqnozu) hamısı mövcud olmalıdır. Bir qayda olaraq, digər tələblər yerinə yetirilmədən sadəcə bir universitet dərəcəsi təqdim etmək inteqrasiyaya ehtiyacın az olduğunu təsdiqləmək üçün kifayət deyil!
Əgər köçən şəxs keçmişdə federal ərazidə uzun müddət yaşayıbsa və bu müddət ərzində inteqrasiya kursunda iştirak etmək hüququna malik olubsa, əsas dil biliklərinin təsdiqi tələb edilmir.
Əvvəllər yaşamaq məqsədi Yaşama haqqında Qanunun 44-cü bəndinin 1-ci bəndində sadalanan məqsədlərdən birinə uyğun olmalıdır.
Aşağıdakı hallarda alman dili biliklərinin təsdiqi tələbi aradan qaldırılır:
- Köç edən həyat yoldaşı fiziki, ruhi və ya psixoloji xəstəlik və ya əlillik səbəbindən sadə alman dili bacarıqlarına yiyələnmək iqtidarında deyildir.
Belə bir halda Siz ərizənizə fiziki/ruhi/zehni məhdudiyyətlərin olduğu barədə əsaslı sübutlar əlavə etməlisiniz. Səfirlik özünün təyin etdiyi həkim tərəfindən müayinə tələb edə bilər ki, bunun xərcləri də ərizəçi tərəfindən ödənilməlidir.
Şəxsin ahıl yaşda olması və ya oxuma-yazma bacarıqlarının olmaması özlüyündə istisna üçün kifayət qədər əsas təşkil etmir.
- Xüsusi fərdi hala görə köç edən həyat yoldaşının ölkəyə girməzdən əvvəl sadə alman dili bacarıqlarına yiyələnmək və ya mövcud dil bacarıqlarına dair sənəd təqdim etmək üçün səy qeyri-mümkün və ya əsassızdır.
- Ən azı bir il ərzində ciddi, məqsədyönlü səylər göstərməsinə baxmayaraq, köçən həyat yoldaşı kifayət qədər alman dili biliklərinə dair sənəd əldə edə bilməyib.
Belə halda, ərizənizlə birlikdə dili öyrənmək üçün göstərdiyiniz səylərə dair əsaslı sübutlar (məsələn, dil kurslarına və imtahanlarda iştirak haqqında arayışlar, dərs dəftərləri və ya imtahan nəticələri barədə rəsmi bildirişlər) təqdim etməlisiniz.
Uşaq ilə ailə birləşməsi üçün dil bilikləri tələbi
Uşaq onun himayəçisi olan valideyninin yanına köçdükdə müəyyən hallarda C1 səviyyəsində dil biliklərini sübut edən sənəd təqdim etməlidir.
Sənəd ALTE-standartlarına uyğun dil sertifikatını təqdim etməklə təmin edilir.
Dil bilikləri bu hallarda tələb olunur:
- müraciət zamanı uşaq 16 yaşına çatmışdır VƏ
- uşağın himayəçisi olan valideynlərdən biri və ya hər ikisi artıq Almaniyadadır VƏ
- uşaq artıq Almaniyada yaşayan valideynin ölkəni tərk etmə tarixi ilə zaman bağlılığı olmadan ərizəsini təqdim edir. Zaman bağlılığı dedikdə valideynin səfərindən sonrakı 6 aylıq bir müddət nəzərdə tutulur.
Müəyyən hallarda dil tələbinə qanuni istisnalar var. Aşağıda tez-tez rast gəlinən istisnaların siyahısını tapa bilərsiniz.
Uşağın ailə birləşməsi üçün dil bilikləri tələbinə istisnalar
Almaniyada valideyn aşağıdakı yaşamaq icazələrindən birinə sahibdirsə, başlanğıc dil bilikləri tələb edilmir:
- Yaşamaq haqqında Qanunun 23-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq yaşayış icazəsi
- Yaşamaq haqqında Qanunun 25-ci maddəsinin 1 və ya 2-ci bəndinə uyğun olaraq yaşayış icazəsi
- Yaşamaq haqqında Qanunun 26-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq daimi yaşayış icazəsi
- Yaşamaq haqqında Qanunun 26-cı bəndinə uyğun olaraq yaşayış icazəsinə əsasən ikinci alternativ mövcud olduqdan sonra, Yaşamaq haqqında Qanunun 25-ci 2-ci bəndinin 1-ci cümləsinə uyğun daimi yaşayış icazəsi
Almaniyada yaşayan valideynin və ya onunla eyni ailə birliyində yaşayan həyat yoldaşının aşağıdakı yaşayış icazələrindən birinə malik olduğu və ya birbaşa daimi yaşayış icazəsi (Niederlassungserlaubnis) və ya Aİ-da daimi yaşamaq icazəsi (Erlaubnis zum Daueraufenthalt-EU) almamışdan əvvəl belə bir yaşayış icazəsinə malik olduğu hallarda, sadə alman dili bilikləri (A1 səviyyəsi) tələbi aradan qalxır:
- Aİ Mavi Kartı (EU Blue Card)
- ICT Kartı və ya Mobil ICT Kartı
- Yaşama Qanununun (AufenthG) 18a, 18b, 18c (3-cü bənd), 18d və ya 18f maddələrinə əsasən verilmiş yaşama icazəsi
- Yaşama Qanununun 19c maddəsinin 1-ci bəndinə əsasən; rəhbər işçi, idarəetmə meneceri, müəssisə mütəxəssisi, alim, dəvət olunmuş tədqiqatçı-alim, tədqiqatçı alimin tədqiqat qrupunda mühəndis və ya texnik, yaxud müəllim/təlimatçı qismində işləmək üçün verilmiş yaşama icazəsi
- Yaşama Qanununun 19c maddəsinin 2-ci və ya 4-cü bəndinə (1-ci cümlə) əsasən verilmiş yaşama icazəsi
- Yaşama Qanununun 21-ci maddəsinə əsasən verilmiş yaşama icazəsi
Xüsusi fərdi hallarda xüsusi ağır vəziyyətin qarşısını almaq üçün zəruri olduğu təqdirdə, dil tələbindən imtina edilə bilər. Bu zaman uşağın mənafeyi və ailənin vəziyyəti nəzərə alınır.
Əgər uşaq və ya valideyn belə bir xüsusi ağır vəziyyətin mövcud olduğunu iddia edirsə, müraciət prosesi zamanı bu çətinliyin nədən ibarət olduğunu ətraflı və əsaslandırılmış şəkildə izah etməli, həmçinin bunu təsdiq edən müvafiq sübut və sənədləri təqdim etməlidir.
Dil tələbindən imtina edilib-edilməyəcəyinə dair yekun qərar yalnız səfirlikdə şəxsi görüş (qəbul) keçirildikdən və müraciəti əsaslandıran bütün sənədlər təqdim edildikdən sonra, səfirlik tərəfindən səlahiyyətli Miqrasiya İdarəsi (Ausländerbehörde) ilə razılaşdırılmaqla qəbul edilir.