Şengen zonasına girişin rəqəmsal qeydiyyatı (EES)
10 aprel 2026-cı il tarixindən etibarən İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də daxil olmaqla Aİ-nin bütün üzv dövlətlərində (Kipr və İrlandiya istisna olmaqla) xarici sərhədlərdə Şengen zonasına giriş və çıxışın rəqəmsal qeydiyyatı üçün rəqəmsal sistem (EES = Giriş/Çıxış Sistemi) tam şəkildə istifadəyə verilmişdir.
Bu qayda Şengen zonasına qısa müddət ərzində (180 gün ərzində maksimum 90 gün) daxil olmaq istəyən şəxslərə şamil edilir. Bundan başqa Aİ, AİB və İsveçrə vətəndaşları, eləcə də yaşayış icazəsi və uzunmüddətli vizası olan şəxslər istisnadır.
EES giriş və qalma şərtlərində heç bir dəyişiklik etmir. Səyahətçilərin özlərinin əlavə hər hansı bir tədbir görməsinə ehtiyac yoxdur. Dəyişiklik yalnız sərhəd nəzarəti məntəqələrindəki prosedurlara aiddir:
- Giriş zamanı şəxsi məlumatlar və səyahət sənədinə dair məlumatlarla yanaşı, biometrik məlumatlar (barmaq izləri və üz təsviri) qeydə alınacaq.
- Səyahət sənədlərinə artıq ənənəvi qaydada möhür vurulmayacaq. Giriş və çıxış qeydləri Avropa „Məlumatların mühafizəsi qanununa“ uyğun olaraq rəqəmsal şəkildə yadda saxlanılacaq.
- Seçilmiş hava limanlarında səyahətçilər prosesi sürətləndirmək üçün özünəxidmət terminallarından istifadə edə bilərlər.
Əlavə məlumatları Avropa İttifaqının internet saytından əldə etmək olar.