Willkommen auf den Seiten des Auswärtigen Amts
Qəbul vaxtının təyin edilməsi
Şengen vizasına müraciət sənədlərinin qəbul edilməsi ilə bağlı Səfirliyk müqavilə əsasında yalnız Visa Metric servis şirkəti ilə əməkdaşlıq edir.
Şengen vizasına müraciət sənədlərinin VisaMetric servis şirkətinə təqdim edilməsi üçün qəbul vaxtı əvvəlcədən təyin edilməlidir: Qəbul vaxtını burada təyin etməli.
Milli vizaya yalnız aşağıdakı məqsədlər üçün ərizələrinin qəbulu
• § 16d 5-ci bəndə əsasən İxtisas dili imtahanı (Fachsprachenprüfung) və ixtisas bilikləri üzrə imtahanı (Kenntnisprüfung)
• Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları
• Dil kursu 3 aydan artıq
• Chancenkarte üçün
• Muzdlu əmək fəaliyyəti
• Peşə təhsili və təlimi üçün
• Avropa İttifaqının „Göy kartı“ (Blaue Karte EU)
• Praktika
əvvəlcədən görüş götürməklə VisaMetric servis şirkəti tərəfindən həyata keçirilir: Qəbul vaxtını burada təyin etməli
Aşağıdakı məqsədlər üçün milli viza ərizələrinin qəbulu
• Au Pair
• Ailə birləşməsi
• Könüllülük xidməti (volontyor xidməti)
• Hospitasiya 3 aydan artıq
• Xarici peşə təhsilinin tanınması üçün tədbirlər
• Alman miqrasiyası (Spätaussiedler)
• Yəhudi miqrasiyası
• Təkrar ölkəyə giriş
• Digər, adı burada qeyd olunmayan səfərlər, 90 gündən çox qalma müddəti ilə yaşayış məqsədləri
əvvəlki kimi yalnız səfirlik tərəfindən həyata keçirlir. Görüş vaxtının götürülməsi ödənişsiz və rahat online şəkildə mümkündür: Görüş vaxtı burada təyin olunur
Almaniyada müvəqqəti sığınacaq almış şəxslərin (subsidiär Schutzberechtigte) yaxın ailə üzvləri (ər/arvad, azyaşlı subay uşaqlar və azyaşlı uşaqların valideynləri) ailə birləşməsi məqsədi ilə viza üçün müraciət edə bilərlər. Ailə birləşməsi üçün müraciət edən ailə üzvləri bu internet səhifəsində qəbul vaxtı təyin edə bilərlər.
Hər bir ərizəçinin adına ayrıca qəbul vaxtı təyin edilməlidir. Bu qayda həmçinin azyaşlı uşaqlara da şamil edilir. Bir qəbul vaxtına bir neçə adın yazılması qadağandır. Adına qəbul vaxtı təyin edilməyən ərizəçilər buraxılmayacaqdır.
Milli viza üçün qəbul vaxtını təyin edərkən sənədlərin işlənməsi üçün daha çox vaxtın tələb olunduğunu nəzərə almağınız xahiş olunur (adətən ən az 8 həftə).
Konsulluq məsləhət saatları çərçivəsində göstərilən xidmətlər üçün xahiş olunur buradakı məlumata diqqət yetirin. Bu xidmətlər üçün görüşü buradan təyin edin.
Təyin olunmuş qəbul vaxtında gələ bilməyəcəyiniz təqdirdə xahiş olunur həmin reservasiyanı ləğv edin. Bunu Siz çox asanlıqla Sizə göndərilmiş təsdiq mailində ləğv etmə linki vasitəsilə həyata keçirə bilərsiniz.