Willkommen auf den Seiten des Auswärtigen Amts

Şenqen vizası

Məqalə

3 aydan az müddət üçün Şenqen rəsmiləşdirilməsinə dair məlumat

Şengen vizası hər 180 gün ərzində Şengen ərazisində ən çox 90 gün qalmaq  hüququ verir. Əgər Sizin

səfərinizin əsas məqsədi Almaniyaya getməkdirsə bu halda Almaniyanın xaricdəki nümayəndəliyi kimi biz Sizin viza üçün müraciətinizə cavabdehik.

Ərizəni hazırlamaq

Ərizənizi aşağıdakı kimi hazırlayın:

  • Viza üçün ərizə formasını doldurun.
  • Ərizəyə əlavə olunacaq sənədləri toplayın. Çatışmayan sənədlər və ya sübutlar ərizənizə imtina cavabının verilməsi ilə nəticələnə bilər. Biz Sizin üçün hər səfər məqsədinə uyğun gələn yaddaş vərəqələri tərtib etmişik.
  • Bütün viza proseduruna dair ətraflı məlumatları Siz Şengen vizası üçün müraciət etməyə dair ümumi məlumatlar vərəqəsindən əldə edə bilərsiniz.

    Əgər Siz artıq son 180 gün ərzində Şengen ərazisində olmusunuzsa və yenidən səyahət etmək istəyirsinizsə, növbəti səfərinizi nə zaman və hansı müddətə edə biləcəyinizi yoxlamaq üçün bu kalkulyatordan istifadə edə bilərsiniz.

    Viza rəsmiləşdirmə prosesində Fərdi Məlumatların Mühafizəsinə dair məlumatları buradan əldə edə bilərsiniz

Ərizə ilə müraciət etmək

Bizim Səfirlik yalnız rəsmi tərəfdaşı VisaMetric servis şirkəti ilə əmkdaşlıq edir. Bu kənar servis şirkəti Sizə ərizə ilə müraciət etməkdə dəstək göstərir və Sizin sənədlərinizi Səfirliyə göndərir. Səfirlikdə Sizin viza müraciətiniz yoxlanılır və qərar verilir.

Servis xidmətləri gözləmə vaxtının qısalmasını mümkün edir və 24,50 avro rüsumun qarşılığında təklif edilir. Bundan başqa əlavə xidmətlərdən (məs.: VİP-xidməti) istifadə edilə bilər. Ərizə ilə müraciət etməyə dair məlumatları buradan əldə edə bilərsiniz.

Sənədlərin işlənmə müddəti

Səfirlik Sizin sənədlərinizi yoxlayır və qərar verir. Bu proses adətən sənədlərin  viza şöbəsinə daxil olduğu vaxtdan sonra 10 təqvim günü davam edir. Xahiş edirik anlayış göstərəsiniz ki, işlənmə müddətində işin gedişatına dair sualların cavablandırılması bir qayda olaraq mümkün olmayacaqdır. Bundan sonra isə: Yalnız ərizəçinin özü, onun qanuni nümayəndəsi və ya səlahiyyətli nümayəndəsinin sorğuları cavablandırıla bilər.


Pasportun geri qaytarılması

Səfirlik müraciətə dair qərar qəbul etdikdən sonra Siz öz pasportunuzu bizim kənar servis şirkəti vasitəsilə geri ala bilərsiniz.

Ein Antrag auf Erteilung eines Schengen-Visums liegt mit einem Bleistift auf einem Tisch vor einer EU-Flagge.
Antrag Schengen-Visum© dpa

Ərizə formaları, doldurulmuş ərizə forması və etibarnamələr


Siz ərizə formalarını alman, inglis və ya azərbaycan dilində doldura bilərsiniz. Ətraflı burada


Viza üçün müraciət prosesindən necə şikayət edə bilərəm?


Konsulluq şöbəsinin, kənar servis şirkəti-VisaMetricin işçilərinin davranışından və ya viza üçün müraciət prosesindən necə şikayət edə bilərəm?

Şengen vizası üçün müraciət edənlər ərizəçilər konsulluq şöbəsinin, kənar servis şirkəti VisaMetric işçilərinin davranışı və ya viza müraciəti prosesi ilə bağlı şikayətlərini istifadə edərək bildirə bilərlər. Xahiş olunur bunun üçün əlaqə formasındakı "Şengen viza proseduru ilə bağlı şikayət" göndəriş məqsədini seçin. Xahiş olunur unutmayın ki, şikayətlər yalnız alman və ya ingilis dillərində göndərilə bilər; alman və ya ingilis dillərindən başqa şikayətlərlə baxılmayacaqdır.

Zəhmət olmasa əlaqə formasındakı "Mövzu" bəndinə aşağıdakı üç seçimdən birini daxil edin:

a. Konsulluq işçilərinin davranışlarından şikayət

b. VisaMetric kənar servis şirkətinin davranışından şikayət

c. Viza müraciəti prosesi barədə şikayət

Qəbul edildikdən sonra şikayətinizi araşdıracağıq.

Vacib qeyd: Şikayət-əlaqə forması viza müraciətinə imtina, vizanın ləğv edilməsi və ya qüvvədən salınması barədə qərarlardan şikayət etmək üçün istifadə edilə bilməz –  bu xüsusilə o deməkdir ki,  heç bir etiraz məktubuna baxılmayacaqdır. Yenidən baxılma üçün müraciət proseduru haqqında məlumatı "Şengen vizası üçün müraciət haqqında ümumi məlumat" vərəqəsindən əldə edə bilərsiniz (bölmə 15).


Yaxşı yol! Viza sahibləri üçün məlumat

Əgər Sizin viza etiketinizin üzərindəki bütün məlumat düzgündürsə Sizin səfərinizin baş tutmasına artıq heç bir maneə qalmır. Xahiş edirik pasportunuzu əlinizə alan kimi bu məlumatları yoxlayın. Səhvlərin olduğu təqdirdə xahiş olunur bu barədə yubanmadan bizə dərhal məlumatı bildirin ki, biz Sizə yeni viza verə bilək. Əgər Siz bir səhv tapdınızsa, dərhal bizim email ünvanımıza yazın.

Sizin vizanız Sizin tam adınızı, pasport nömrənizi və fotoşəklinizi göstərir. Burada vizanızın etibarlılıq müddəti əks olunmuşdur. Həmin müddət Sizin səfərdə ola biləcəyiniz vaxt kəsiyini göstərir.Bundan başqa burada qala biləcəyiniz günlərin sayı qeyd olunmuşdur. Bu rəqəm vizanızın etibarlılıq müddəti ərzində Şengen ərazisində maksimal qalmaq icazəniz olan günlərin sayıdır.

Şengen vizasının verilməsi hələ ölkəyə giriş icazəsinin olmasına zəmanət vermir. Yekun qərar Şengen ərazisinə keçid yoxlanışı zamanı sərhəd polisi tərəfindən verilir. Ola bilər ki, sərhəd polisi Siz ölkəyə daxil olarkən etibarlı vizadan başqa həmçinin əlavə sənədlərin də təqdim olunmasını və maliyyə vəsaiti, ölkədə qalmağın məqsədi və müddəti habelə tibbi sığorta haqqında məlumatın verilməsini xahiş etsin. Bu səbəbdən Siz viza sənədlərinizin bir nüsxəsini (xüsusilə Almaniyaya dəvət məktubu, otel reservasiyası, səfər üçün tibbi sığorta) səfər edərkən özünüzlə götürməlisiniz.

Səhifənin əvvəlinə